• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 29-da Təhsil Nazirliyində ali məktəb tələbələri arasında keçirilmiş XV Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edib. Nazir ölkəmizin ali məktəblərində təhsil alan tələbələr arasında respublika fənn olimpiadasının keçirilməsini onların müxtəlif fənlərə marağının artırılması, istedadlı tələbələrin aşkara çıxarılması baxımından yüksək dəyərləndirib.
Azərbaycan təhsilinin, gənclərin hərtərəfli inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan təhsil naziri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Nazir, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi davamlı layihələrin müstəsna əhəmiyyət daşıdığını nəzərə çatdırıb.
 Orta məktəblərdə təhsil alan istedadlı şagirdlərin xüsusi qayğı ilə əhatə olunduğuna diqqət çəkən Misir Mərdanov ali məktəb tələbələri arasında fənn olimpiadalarının mütəmadi olaraq keçirilməsinin və elmi konfransların təşkilinin uğurlu nəticələr verdiyini qeyd edib. Nazir bildirib ki, XV Respublika fənn olimpiadasının yekun turu 2010-cu il mayın 26-da Azərbaycan Texniki Universitetində 11 fənn – riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili üzrə keçirilib.
Olimpiadanın final mərhələsinə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən 34 ali məktəbdən 458 tələbənin qatıldığını bildirən təhsil naziri iştirakçıların işlərinin Təşkilat Komitəsi və Münsiflər Heyəti tərəfindən qısa müddət ərzində yoxlanılaraq qaliblərin müəyyən edildiyini deyib. Misir Mərdanov əlavə edib ki, Münsiflər Heyətinin qərarına əsasən I yerə 11, II yerə 22, III yerə 33, həvəsləndirici mükafata isə 40 tələbə layiq görülüb və qaliblərə Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən diplom, pul mükafatı və hədiyyələrin təqdim olunması qərara alınıb.
Çıxışının sonunda nazir istər orta məktəb şagirdlərinin, istərsə də tələbələrin müxtəlif olimpiada və elmi konfranslara xüsusi hazırlıq mərhələsindən keçməsinin vacibliyini nəzərə çatdırıb, XV Respublika fənn olimpiadasının təşkilində zəhməti olan hər kəsə təşəkkür edib.
Məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan gənclərinin uğurlarının ilbəil artdığını vurğulayan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev bütün bu nailiyyətlərin Təhsil Nazirliyinin səmərəli fəaliyyəti nəticəsində qazanıldığını bildiriblər.
Daha sonra XV Respublika fənn olimpiadası qalibləri mükafatlandırılıb, onlara Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən diplom, pul mükafatı və hədiyyələr təqdim edilib.


10 il əvvəl