• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yanvarın 6-da Təhsil Nazirliyində Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin 2010-cu ilə dair illik hesabatları dinlənilib.

Qeyd edək ki, hesabat iclasları Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin təşkili barədə “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq Təhsil Nazirliyi mərkəzi aparatının əməkdaşlarının 2010-cu il ərzində xidməti fəaliyyətinin qiymətləndirilməsi işinin daha səmərəli təşkili ilə əlaqədar verilən müvafiq əmrə əsasən keçirilir. Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bildirib ki, bu gündən başlayaraq nazirliyin bütün şöbələrinin 2010-cu il ərzində gördükləri işlərlə bağlı hesabatları dinləniləcək. İclasda Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov çıxış edərək rəhbəri olduğu şöbənin əsas vəzifə və funksiyalarından söz açıb. F.Qədirovun verdiyi məlumata görə, ötən il şöbə tərəfindən nazirliyin 3 illik Strateji Planı və 2010-cu il üçün illik fəaliyyət planı hazırlanıb. Şöbə müdiri bildirib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” sənəd hazırlanıb, bununla əlaqədar Nazirlər Kabineti tərəfindən müvafiq qərar imzalanıb. Ölkənin ümumtəhsil məktəblərində mövcud vakansiyaların ümumiləşdirildiyi və təhlil olunaraq dövlət sifarişinin hazırlandığını qeyd edən şöbə müdiri əlavə edib ki, ötən il ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilib. Bildirilib ki, 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 288 vakant müəllim yeri müəyyənləşdirilib və işə qəbulla bağlı reqlament nazirliyin internet saytında yerləşdirilib. Bir sıra proqram və layihələrin icrası istiqamətində görülən işlərdən bəhs edən F.Qədirov eyni zamanda ixtisasartırma təhsili müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi məqsədilə ötən il şöbənin nəzdində Əlavə təhsil sektorunun yaradıldığı, bununla bağlı sənədlərin hazırlandığı və müvafiq tədbirlərin həyata keçirdiyi barədə məlumat verib, qarşıda duran vəzifələri nəzərə çatdırıb. Sonra Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov illik hesabatında qeyd edib ki, Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı fəaliyyət göstərən bu idarə 3 şöbədən ibarətdir. S.Məmmədov qeyd edib ki, ölkəmizin 500 təhsil müəssisəsində kompüter sinifləri, müəllim və direktorların otaqlarını əhatə edən lokal şəbəkələr yaradılıb. İdarə rəisi ümumilikdə 1000 təhsil müəssisəsinin internet şəbəkəsinə qoşulduğunu diqqətə çatdırıb. Samir Məmmədov öz hesabatında ümumtəhsil məktəblərində çalışan müəllimlərin İKT bacarıqlarının artırılmasından, müvafiq sahədə aparılan işlərdən və bu istiqamətdə mövcud olan problemlərdən danışıb. İclasda hər iki hesabatla əlaqədar sual və təkliflər səsləndirilib. Tədbiri yekunlaşdıran təhsil naziri Misir Mərdanov Təhsil sisteminin informasiyalaşdırması idarəsinin nazirliyin ayrı-ayrı şöbələri ilə daha sıx əlaqədə işləmələrini tövsiyə edib və hər iki şöbənin qarşısında duran vəzifələri nəzərə çatdırıb.

Yanvarın 7-də Təhsil Nazirliyində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi, Dərslik və nəşriyyat şöbəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.

Öncə De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva çıxış edərək “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söz açıb. M.Hacıyeva Təhsil Nazirliyinin nəzdində yeni yaradılan De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin əsas vəzifələri və strukturu barədə danışıb. İdarə rəisi müvafiq Dövlət Proqramı çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun təmin edilməsi, onların müdafiəsi ilə bağlı reallaşdırılan layihələrin məqsədi və müvafiq dövlət qurumları ilə imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu haqqında məlumat verib. M.Hacıyeva “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması”, “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihələrinin səmərəli icrasının təmin olunması məqsədilə Koordinasiya Komitəsinin yaradıldığını qeyd edib. Ailə və uşaqlarla işləyən sosial işçilərin hazırlanması istiqamətində atılan addımları nəzərə çatdıran idarə rəisi bu məqsədlə 2010-2011-ci tədris illərində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 9 aylıq yenidənhazırlanma kursları təşkil olunduğunu, dövlət uşaq müəssisələrində tərbiyəçi vəzifəsində çalışanlar içərisindən 22 nəfərin seçilərək həmin kursa cəlb edildiyini açıqlayıb. M.Hacıyeva ötən il ərzində Reabilitasiya-İnkişaf və Günərzi Qayğı mərkəzlərinin yaradılmasından, bu sahədə görülən işlərdən, eləcə də uşaqların müəssisələrə verilməsinin qarşısının alınması məqsədilə bir sıra müvafiq qurumlarla birgə həyata keçirilən tədbirlərdən də söz açıb. Daha sonra idarə rəisi beynəlxalq təşkilatlarla əməkdaşlıq,  “Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyəti, bu xidmətə edilən müraciətlər, müəssisələrdə təlim-tərbiyə alan, habelə gecələyən uşaqların illər üzrə dinamikası və digər bu kimi məsələlər barədə geniş məlumat verib. Eyni zamanda, M.Hacıyeva 2011-ci il üçün nəzərdə tutulan vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. Sonra Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlının rəhbərlik etdiyi şöbənin ötən il ərzində gördüyü işlərə dair hesabatı dinlənilib. F.Şahbazlı öz hesabatında şöbədə çalışan əməkdaşlar, onların vəzifə bölgüsü, iş planına uyğun olaraq görülən işlər barədə məlumat verib. Şöbə müdiri 2010-2011-ci tədris ilinə ümumtəhsil məktəblərinin dərslik və dərslik komplektləri ilə təminatı vəziyyəti, məktəb dərsliklərinin nəşrə və çapa hazırlanması məqsədilə fənlər üzrə işçi qruplarının yaradılması, onların nəşri, çapı, yerlərə göndərilməsi üzrə satınalma müqavilələrinin hazırlanması və icrasının təmin edilməsinin təşkili, eləcə də bu istiqamətdə digər əsas məsələlərdən söz açıb. F.Şahbazlının verdiyi məlumata görə, 2010-2011-ci tədris ilinə I, III, VI və VIII-XI siniflər üçün nəşri nəzərdə tutulmuş dərslik və dərslik komplektləri “Ümumi təhsil sistemində dərslik siyasəti”, “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)”, “Dərsliklərin nəşri, çapı və paylanması qaydaları”na uyğun olaraq respublikamızın mövcud şagird kontingenti, eləcə də Gürcüstan və Dağıstanın təlim Azərbaycan dilində olan və xarici ölkələrdəki “Bazar günü” məktəblərinin tələbatı nəzərə alınmaqla müzakirə edilib, onların siyahısı və tirajı müəyyənləşdirilib. Dərslik komplektlərinin qiymətləndirilməsi meyarlarından söz açan şöbə müdiri Təhsil Nazirliyinin “Dərsliklərin nəşrinə hazırlıq işlərinin yaxşılaşdırılması haqqında” əmrinə uyğun olaraq müvafiq fənlər üzrə 133 nəfər praktik müəllimin iştirakı ilə işçi qrupları yaradıldığını, orta məktəb müəllimlərinin dərsliklərə dair verdiyi rəy və təkliflərin şöbə əməkdaşlarının iştirakı ilə müəllif, elmi redaktor və nəşriyyat redaktorları tərəfindən müzakirə olunduğunu və dərsliklər üzərində əsaslı iş aparıldığını da diqqətə çatdırıb. F.Şahbazlı qeyd edib ki, 2010-2011-ci tədris ilinə 127 adda 4637720 ədəd dərslik və müəllim üçün metodik vəsait çap edilib, müvafiq bölgü əsasında yerlərə çatdırılıb. Ötən il ərzində şöbəyə daxil olan ərizə və məktublar haqqında məlumat verən şöbə müdiri məktəb kitabxanaları və Dünya Bankı ilə birgə aparılan işlər, habelə bu kimi digər məsələlərdən bəhs edib, daha sonra 2011-ci ildə şöbənin qarşısında duran vəzifələri sadalayıb. İclasda hər iki hesabatla bağlı suallar cavablandırılıb və iştirakçıların təklifləri dinlənilib. Sonda təhsil naziri Misir Mərdanov qarşıda duran vəzifələrlə bağlı öz tövsiyələrini verib.

Yanvarın 8-də Təhsil Nazirliyində Ali və orta ixtisas təhsili şöbəsi və Beynəlxalq əlaqələr şöbəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.

Öncə Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev rəhbərlik etdiyi şöbənin fəaliyyətinin əsas istiqamətləri, 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söz açıb. İlham Mustafayev Ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşlarının vəzifə bölgüsü, onların iş planına uyğun olaraq yerinə yetirdiyi işlərdən bəhs edib. Şöbə müdiri kollegiya və rəhbərliyin yanında müzakirəyə çıxarılan məsələləri nəzərə çatdırıb, hesabat ili ərzində həyata keçirilmiş tədbirlərin nəticələrinə diqqət çəkib. O, bildirib ki, şöbə əməkdaşlarının iştirakı ilə ali məktəblərdə kredit sisteminin tətbiqi ilə bağlı simpozium, konfrans, seminar, treninqlər keçirilib, 2010-cu il üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının layihəsi hazırlanıb, ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı müvafiq addımlar atılıb, 2009-2010-cu tədris ilinin imtahan sessiyalarının təşkili və monitorinqi yerinə yetirilib. Ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın hazırlanması, «Təhsilin əsasları» fənninin tətbiqi ilə bağlı monitorinq və treninqlərin keçirilməsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq ilə bağlı görülmüş işlər haqqında söz açan İ.Mustafayev Dünya Bankının vasitəsilə Yaponiya hökumətindən alınmış qrant hesabına ali təhsilin islahatı üzrə layihənin hazırlanması, «2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı» və «2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı» çərçivəsində həyata keçirilmiş tədbirləri nəzərə çatdırıb. 2010-cu ildə şöbəyə daxil olmuş müraciət, ərizə və şikayətlər barədə məlumat verən şöbə müdiri 2011-ci ildə görüləcək işləri sadalayıb, hesabatla bağlı sualları cavablandırıb. Rəhbərlik etdiyi şöbənin 2010-cu ildə gördüyü işlərdən bəhs edən Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov əməkdaşlar arasındakı iş bölgüsü haqqında ətraflı məlumat verib. Şöbənin fəaliyyətinin əsas istiqamətlərini, ötən il beynəlxalq əməkdaşlıq sahəsində atılan addımları nəzərə çatdıran Qulu Novruzov bildirib ki, bu baxımdan Avropa Şurası, Avropa İttifaqı, YUNESKO, İSESKO, KOICA (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi), DAAD (Almaniya Akademik Mübadilə Təşkilatı), ACCELS, İREX, Avropa Təlim Fondu, ATƏT, JICA (Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi) və digər qurumlarla səmərəli əlaqələr davam etdirilib. Yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, təhsil sahəsində xarici ölkələrlə imzalanmış ikitərəfli saziş və protokollar, Bakıda və bir sıra xarici ölkələrdə keçirilmiş tədbirlər barədə söhbət açan Q.Novruzov, eləcə də beynəlxalq təşkilatlarla birgə reallaşdırılan müxtəlif layihə və proqramlar çərçivəsində keçirilmiş konfrans və seminarlarda Təhsil Nazirliyi əməkdaşlarının iştirakı etdiyini nəzərə çatdırıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlərdən bəhs edən Qulu Novruzov əcnəbilərin Azərbaycan ali məktəblərində təhsili, xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələr barədə olan statistik məlumatlara da diqqət çəkib. Ötən il ərzində şöbəyə daxil olmuş müraciət və ərizələr haqda məlumat verən Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov 2011-ci ildə qarşıda duran vəzifələrdən danışıb, hesabatla bağlı sualları cavablandırıb. Sonda təhsil naziri Misir Mərdanov hər iki şöbənin 2010-cu ildə gördüyü işlərlə bağlı fikirlərini bildirib, bir sıra məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.

Fevralın 17-də Təhsil Nazirliyində “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və ölkəmizin seçilmiş rayonlarında pilot icrası layihəsi” idarəetmə komitəsinin iclası olub.

İclasda İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm nazirliklərinin məsul işçiləri, Avropa İttifaqının Azərbaycan Respublikasında Beynəlxalq Texniki Yardımı Üzrə Koordinasiya Şurasının, Respublika Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının və İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər. Layihənin rəhbəri Nils Kristensen müvafiq sənəd barədə iclas iştirakçılarına ətraflı məlumat verib. Məlumat üçün bildirək ki, layihənin fəaliyyət planının əsas istiqaməti peşə təhsili və təliminin (PTT) modernləşdirilməsi üçün siyasətin hazırlanması bacarıqlarının, strategiyanın və müvafiq proqramın təkmilləşdirilməsidir. Bu sənədin hazırlanması “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”na və Təhsil Nazirliyinin 30 iyul 2007-ci il tarixli 940 nömrəli əmrinə əsasən məsləhətləşmələr aparmaqla həyata keçiriləcək. Qeyd edək ki, layihəyə əsasən turizm sektorunda səriştəyə əsaslanan peşə təliminin həyata keçirilməsi üçün milli, regional və yerli səviyyələrdə səmərəli tərəfdaşlığın qurulması nəzərdə tutulur. Bundan əlavə bütün maraqlı tərəflərin iştirakı ilə turizm sahəsi ilə bağlı peşə və kvalifikasiya standartlarının hazırlanması üzrə işçi qrupunun yaradılması planlaşdırılır. Fəaliyyətə başladığı dövrdən layihənin texniki tərəfdaşı olan Britaniya Şurasının mütəxəssisləri İsmayıllı, Gəncə, Mingəçevir şəhərlərinə səfər edib, yerli və xarici şirkətlərin nümayəndələri ilə görüşlər keçirib.

Yanvarın 10-da Təhsil Nazirliyində Təhsilin idarəolunmasının məlumat sistemləri və Elm şöbələrinin 2010-cu ildə görülmüş işlərə dair hesabatları dinlənilib.

İclasda 2010-cu ildə görülmüş işlər barədə çıxış edən Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov öncə qeyd edib ki, təhsilin idarəolunmasının məlumat sisteminin yaradılmasında və fəaliyyətində başlıca məqsəd təhsili səmərəli idarə etmək və son nəticədə təhsilin keyfiyyətini yüksəltməkdir. Təhsilin idarəolunmasının alt sistemləri, səviyyələri, müvafiq şəbəkənin strukturu və “Ümumtəhsil məktəbləri” alt sistemi barədə danışan İ.Sadıqov məktəblərdə kadr və şagird heyəti, təhsil şöbələrində çalışan əməkdaşlar və digər məsələlərlə bağlı bazada müvafiq məlumatların olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, məlumat bazasında təhsil sənədi alanlar, tədris ilinin əvvəlinə siniflər üzrə şаgirdlərin bölgüsü və yаş tərkibi, hazırlıq və I-IV sinif komplektlərinin sayı, məktəb kitаbхаnаlаrı, tədris məşğələlərinin növbəliliyi, günüuzadılmış qruplar, ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyəti və digər mühüm məlumatlar öz əksini tapıb. İ.Sadıqov rəhbərlik etdiyi şöbənin Təhsil Nazirliyinin digər şöbələri ilə müvafiq istiqamətlər üzrə yaratdığı əlaqələrdən, habelə “Xalq kompüteri” layihəsi çərçivəsində görülmüş işlərdən söz açıb. 2011-ci il üçün planlaşdırılan işlər haqqında danışan şöbə müdiri məktəbəqədər, orta ixtisas və məktəbdənkənar təhsil müəssislərinin vahid təhsil şəbəkəsinə qoşulmasının nəzərdə tutulduğunu vurğulayıb. Sonra Elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın şöbənin 2010-cu ildəki fəaliyyətinə dair hesabatı dinlənilib. G.Hüseynova şöbənin strukturu, vəzifələri və fəaliyyət istiqamətləri, əməkdaşların vəzifə funksiyalarını diqqətə çatdırıb. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın ali məktəb elminin inkişafında təkanverici rol oynadığını bildirən şöbə müdiri ali təhsil müəssisələrində bu baxımdan görülmüş işlər, əldə olunmuş nailiyyətlərdən bəhs edib. Şöbə müdiri ali məktəblərdə elmi tədqiqatların aparılması, elmi-pedaqoji kadrların hazırlanması, respublika və beynəlxalq konfransların keçirilməsi, tələbələrin elmi tədqiqat işləri və elmi kitabxanaların işinin təkmilləşdirilməsi üzrə həyata keçirilmiş tədbirlərdən söz açıb. G.Hüseynova şöbəyə daxil olan ərizə və məktublar barədə də məlumat verib, habelə qarşıda duran vəzifələri diqqətə çatdırıb. Sonda təhsil naziri Misir Mərdanov qarşıda duran vəzifələrlə bağlı hər iki şöbəyə tapşırıq və tövsiyələrini verib.

Yanvarın 11-də Təhsil Nazirliyində Monitorinq və qiymətləndirmə, İqtisadiyyat şöbələrinin 2010-ci ilin yekunlarına dair hesabatları dinlənilib.

Öncə çıxış edən Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva şöbənin yaranma tarixi, məqsədləri, strukturu, fəaliyyət istiqamətləri, normativ-hüquqi sənədlər barədə məlumat verib. T.Hacıyeva hesabat-təqdimatında 2010-cu ildə beynəlxalq qiymətləndirmə, bu qiymətləndirmənin nəticələrindən istifadə olunması, milli qiymətləndirmə və onun nəticələri, məktəbdaxili qiymətləndirmə, müvafiq sahədə sənədlərin, yoxlama və buraxılış imtahanlarının test banklarının hazırlanmasından söz açıb. Daha sonra şöbə müdiri IX-XI siniflər üzrə yekun qiymətləndirmənin və IX siniflərdə payız imtahanının nəticələri, yoxlama və buraxılış imtahanlarında valideynlərin iştirakı haqqında danışıb, habelə buraxılış imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələrinin, şagird nailiyyətlərinin təhlili və keyfiyyət göstəricilərini qeyd edib. T.Hacıyeva 2010-2011-ci dərs ilində yoxlama və buraxılış imtahanlarının 7 bölgə üzrə keçirilməsi, fənlər üzrə imtahan suallarının sayında dəyişikliklərin aparılması, şagirdlər üçün imtahana buraxılış vərəqələrinin hazırlanması istiqamətində görülən işlərdən danışıb. Monitorinq və qiymətləndirmə şöbəsi əməkdaşlarının beynəlxalq layihə və seminarlarda iştirakından, şöbəyə daxil olan ərizə, şikayət və məktubların icra olunmasından bəhs edən T.Hacıyeva 2011-ci ildə qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Sonra İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin 2010-cu ildə görülmüş işlərə dair hesabatı dinlənilib. Şöbədə görülən işlərin hüquqi bazası, şöbənin strukturu, fəaliyyət istiqamətləri, əməkdaşların vəzifə bölgüsü,  kollegiya müzakirəsinə çıxarılmış məsələlər barədə danışan Ş.Əliyev qeyd edib ki, ötən il nazirliyin tabeliyində olan təhsil müəssisələrinin maliyyələşdirilməsi istiqamətində müvafiq iş həyata keçirilib. Şöbə müdiri çıxışında 2010-cu il ərzində təhsilin ayrı-ayrı pillələri və sahələri üzrə birbaşa Təhsil Nazirliyinə ayrılmış faktiki vəsaitlər, dövlət proqramları və xüsusi əhəmiyyətli tədbirlər üçün ayrılan xərclər, növbəti illər üçün vəsaitlərin proqnozlaşdırılması, statistik hesabatların qəbulu, əmlak və əsaslı tikinti məsələləri, maliyyə, mühasibat və hesabat işlərinin avtomatlaşdırılması istiqamətlərində görülmüş işlərdən söz açıb. Əməkhaqqı və digər sosial məsələlər, ali təhsildə maliyyələşmə mexanizmi, təftiş və auditlərlə bağlı məlumat verən Ş.Əliyev şöbəyə daxil olan sənədlər, habelə 2011-ci ildə icrası nəzərdə tutulan əsas tədbirləri də qeyd edib. Sonda dinlənilən hesabatlarla bağlı sual və təkliflər səsləndirilib. Təhsil naziri Misir Mərdanov cari il üçün nəzərdə tutulan məsələlərlə bağlı öz tövsiyələrini bildirib.

Yanvarın 12-də Təhsil Nazirliyində Tərbiyə və məktəbdənkənar müəssisələr və Akkreditasiya şöbələrinin 2010-cu ildəki fəaliyyətlərinə dair hesabatları dinlənilib.

Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov çıxış edərək rəhbərlik etdiyi şöbənin vəzifələri, əməkdaşların vəzifə bölgüsü, digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əlaqələri barədə məlumat verib. Ölkə Prezidentinin Azərbaycanın görkəmli bəstəkar, şair və yazıçılarının yubileylərinin keçirilməsi haqqında sərəncamlarından irəli gələn vəzifələrin icrası, uşaq hüquqlarının təbliği, narkomaniyaya ilə bağlı maarifləndirmə və insan alverinə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsindən danışan A.İbrahimov ötən il Tələbə-Gənclər Təşkilatları İttifaqının yaradılmasını, “Təhsil və karyera” sərgisinin keçirilməsini də iştirakçıların diqqətinə çatdırıb. Şöbə müdiri hesabat-təqdimatında ekologiya sahəsində təhsil və maarifləndirmə işlərinin təşkilindən, uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılığının aşkar edilməsi, idman və şahmatın inkişafı istiqamətində atılan addımlardan, şahmat məktəbləri üçün yeni binaların istifadəyə verilməsindən, şahmatçılarımızın Avropa, Dünya birinciliklərində və çempionatlarında qazandıqları uğurlardan söz açıb. A.İbrahimovun verdiyi məlumata görə, ötən il yeniyetmə şahmatçılarımız 10 qızıl medal olmaqla 15 medal qazanıb. Bildirilib ki, bu ilin əvvəlinə olan orta reytinq göstəricilərinə görə dünyanın 10 ən güclü şahmat ölkəsi içərisində Azərbaycan 5-ci yerdədir. A.İbrahimov öz çıxışında turizm və diyarşünaslıq tədbirlərinin, hərbi-idman oyunlarının, “Azərbaycan haqqında nə bilirəm” I Respublika müsabiqəsinin, tələbələrin bədii-yaradıcılıq festivalının keçirilməsi barədə məlumat verib, habelə qarşıda duran vəzifələri diqqətə çatdırıb. Rəhbərlik etdiyi Akkreditasiya şöbəsinin bir ilə yaxın müddət ərzində fəaliyyət göstərdiyini qeyd edən Həbib Zərbəliyev 2010-cu ildə görülmüş işlər barədə hesabatla çıxış edib. H.Zərbəliyevin verdiyi məlumat görə, Akkreditasiya şöbəsi Təhsil Nazirliyinin müvafiq əmri ilə “Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi” alt komponenti çərçivəsində aparılan islahatlara və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq yaradılıb. Şöbənin hüquq və vəzifələri, əməkdaşların vəzifə bölgüsü,  iş planının 5 istiqamət üzrə müəyyənləşdirildiyi barədə danışan H.Zərbəliyev təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi və lisenziyalaşdırılması ilə əlaqədar görülmüş işləri vurğulayıb.  Şöbə müdiri qeyd edib ki, 2010-cu ildə akkreditasiyası keçirilmiş 15 təhsil müəssisəsindən 8-i ali, 5-i orta ixtisas, 2-si isə ilk peşə-ixtisas təhsili müəssisəsidir. H.Zərbəliyev şöbəyə lisenziya ilə bağlı daxil olan müraciətləri, əməkdaşların müxtəlif regional seminarlarda və beynəlxalq konfranslarda iştirakını nəzərə çatdırıb, eyni zamanda 2011-ci ildə lisenziya müddəti uzadılacaq və akkreditasiyası keçiriləcək təhsil müəssisələri haqqında məlumat verib. İclasda akkreditasiya işinin aparılması ilə bağlı səmərəli təkliflər səsləndirilib. Təhsil naziri Misir Mərdanov hər iki şöbəyə tövsiyələrini verib, Akkreditasiya şöbəsinin 2011-ci il üzrə iş planına müvafiq məsələlərin daxil edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Yanvarın 12-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha, səfirliyin müşaviri Kim Yonq Soq və Koreya İnsan Resursları İnkişafı Xidmətinin layihə meneceri Can Cey Munun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq son illər Koreya ilə Azərbaycan arasında yaradılmış əlaqələrdən və bu əlaqələrin hər iki dövlət başçılarının səmimi münasibətləri zəminində daha da inkişaf etdirilməsindən söz açıb. Təhsil sahəsində də səmərəli əməkdaşlığın mövcudluğunu nəzərə çatdıran nazir onu da vurğulayıb ki, hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Koreya Respublikasının universitetlərində 25-dən çox azərbaycanlı gənc təhsil alır. Eyni zamanda Misir Mərdanov Koreya dilinin ölkəmizdə öyrənilməsi istiqamətində iş aparıldığını da diqqətə çatdırıb. Sonra Misir Mərdanov Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması ilə əlaqədar görüləcək işlərdən danışıb və bu məsələnin müsbət həll olunacağına ümidvar olduğunu vurğulayıb. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha öncə ölkələrarası əlaqələrin inkişafından, təhsil sahəsindəki səmərəli əməkdaşlıqdan, Koreyada Azərbaycana olan maraqdan bəhs edib və yeni Peşə Tədris Mərkəzinin yaradılmasının bu əlaqələrə müsbət təsir göstərəcəyini vurğulayıb. Səfir, həmçinin Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması ilə bağlı ölkəmizdə səfərdə olan nümayəndə heyətinin bu ayın sonunadək müvafiq istiqamətdə araşdırmalar aparacağını, yekun olaraq Təhsil Nazirliyində təqdimatla çıxış edilməsinin nəzərdə tutulduğunu açıqlayıb və aidiyyəti dövlət qurumları nümayəndələrinin həmin təqdimatda iştirak etməsinin əhəmiyyətini bildirib. Eyni zamanda Li Ci Ha Azərbaycanda Peşə Tədris Mərkəzinin yaradılması işinə cari ilin iyununda başlamaq niyyətində olduqlarını nəzərə çatdırıb. Misir Mərdanov Peşə Tədrisi Mərkəzinin yaradılması ilə bağlı nümayəndə heyətinin fəaliyyətinə uğurlar arzulayıb və bu işdə nazirliyin müvafiq şöbəsinin onlara lazımi köməklik göstərəcəklərini qeyd edib. Koreya İnsan Resursları İnkişafı Xidmətinin layihə meneceri Jeong Jai Mun nəzərdə tutulan layihə və planlaşdırılan işlər barədə məlumat verib. Görüşdə qeyd olunan mərkəzin fəaliyyətə başlaması üçün müvafiq işlərin həyata keçirilməsi ilə bağlı digər məsələlər ətrafında söhbət aparılıb.

Təhsil naziri Misir Mərdanov “Xocalı soyqırımının on yeddinci ildönümünün keçirilməsi barədə” əmr imzalayıb.

Əmrə əsasən Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub. Tədbirlər planında fevralın 26-da ali, orta ixtisas, ümumtəhsil, texniki-peşə, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə ilk dərs saatının Xocalı soyqırımına həsr edilməsi, bu təhsil müəssisələrinin internet saytlarına soyqırımla bağlı məlumatların daxil edilməsi, rəsm sərgiləri, matəm mitinqləri, bədii və xatirə gecələrinin keçirilməsi, tamaşalar hazırlanması, sənədli və bədii filmlərin nümayişinin təşkil edilməsi, soyqırımın şahidi olan şəxslərlə görüşlər keçirilməsi barədə təhsil müəssisələrinin rəhbərlərinə, rayon və şəhər təhsil şöbələrinə tapşırıqlar verilib.

Yanvarın 13-də Təhsil Nazirliyində Kənd rayonları üzrə ümumi təhsil və Texniki peşə təhsili şöbələrinin 2010-cu il üzrə görülmüş işlərə dair hesabatları dinlənilib.

Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov 2010-cu ildə şöbənin əsas fəaliyyət istiqamətləri və əməkdaşlar arasındakı vəzifə bölgüsündən danışıb. A.Əhmədov “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn hüquqi normativ sənədlərin hazırlanması, kurikulum islahatının davam etdirilməsi və onun tətbiqinə dəstək” alt-komponenti üzrə təşkilati tədbirlərin, araşdırma və tədqiqat xarakterli işlərin həyata keçirilməsi ilə bağlı iclas iştirakçılarına ətraflı məlumat verib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası ilə əlaqədar istedadlı şagirdlərin Respublika seçim turunun keçirilməsini, iştirakçılar üçün vəsaitlərin hazırlanmasını diqqətə çatdıran şöbə müdiri “Kiçik Akademiya”ların yaradılması istiqamətində görülən işlərdən, ölkəmizin 8 bölgəsində müəyyən edilmiş məktəblərin bazasında xüsusi istedadlı şagirdlər üçün V siniflərin açılması ilə bağlı təşkilati tədbirlərdən də söz açıb. A.Əhmədov, həmçinin “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi sahəsində zəruri işlərin yerinə yetirilməsi, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə ümumtəhsil məktəbləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə inşa yazı müsabiqəsinin və məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının təşkili barədə məlumat verib. Şöbə müdiri tədris planları və proqramlarının hazırlanması, konfrans və seminarlarda iştirak, vətəndaşların müraciətlərinə baxılması, eyni zamanda 2011-ci il üçün nəzərdə tutulan məsələlər barədə fikirlərini bildirib. Texniki peşə təhsili şöbəsinin ötən il ərzində gördüyü işlərə dair hesabatla çıxış edən Namiq Məmmədov şöbənin strukturu, vəzifə bölgüsü, fəaliyyət istiqamətləri haqqında danışıb. Həyata keçirilmiş işləri sadalayan N.Məmmədov peşə təhsili müəssisələrinin işçi və şagird kontingentini, elektron peşə təhsili portalının istifadəyə verilməsini, məzunların işlə təmin olunduğu sahələri nəzərə çatdırıb. N.Məmmədovun verdiyi məlumata görə, son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 9 adda dərslik hazırlanıb. Peşə təhsili üzrə ən çox tələb olunan ixtisaslar, əmək bazarının öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edən şöbə müdiri “Peşə məktəblərinin inkişafı”, “Peşə təhsilinin təkmilləşdirilməsi” layihələri çərçivəsində reallaşdırılan tədbirləri də iştirakçıların diqqətinə çatdırıb. N.Məmmədov hesabat-təqdimatında müvafiq sahə ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, “Yaşıl texnologiya üzrə kadr hazırlığı” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihələri barədə də məlumat verib. Təhsil naziri Misir Mərdanov hər iki şöbəyə qarşıda duran vəzifələr və bir sıra müvafiq sənədlərin hazırlanması ilə bağlı tapşırıqlar verib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı