• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 14-də Təhsil Nazirliyində orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında keçirilmiş “Gələcək nəsillərlə üz-üzə” III Ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

Qeyd edək ki, inşa müsabiqəsi Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Minilliyin Layihəsi”nin Azərbaycan bölməsi − Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi ilə təşkil edilib. Mərasimdə “Qlobal Minillik Prizi” beynəlxalq müsabiqənin təsisçisi və prezidenti, “Minilliyin Layihəsi”nin Meksika üzrə bölməsinin rəhbəri Konsepsion Olavarrieta, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, gənclər və idman naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri, digər universitet rektorları, məktəb direktorları və müəllimlər də iştirak edib. Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq öncə iştirakçıları salamlayıb və bu tədbirin keçirilməsində bir neçə dövlət qurumunun, müvafiq təşkilatların xüsusi rolu olduğunu vurğulayıb. Nazir “Gələcək nəsillərlə üz-üzə” III Ümumrespublika inşa müsabiqəsinin hər il Azərbaycan məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirildiyini, bu ildən etibarən isə universitet tələbələrinin də müsabiqədə iştirak etdiyini bildirib. Nazir qeyd edib ki, müsabiqəyə təqdim edilən inşa yazıları “Minilliyin Layihəsi”nin (www.millennium-project.org) 15 Qlobal Çağırışına uyğun 15 mövzunu əhatə edib, şagird və tələbələrin iştirakı, eləcə də mövzu seçimi sərbəst olub. İnşa müsabiqəsinin nəticələrindən bəhs edən Misir Mərdanov məlumat verib ki, bu il inşa yazılarının münsiflər heyəti tərəfindən qiymətləndirilməsi nəticəsində 657 şagird və 423 tələbə 15 Qlobal çağırış üzrə I, II və III yerlər uğrunda mübarizə aparıb. İştirakçılar arasından 58 qalib seçilib və onlardan 37-si şagird, 21-i isə tələbədir. Təhsil naziri bu müsabiqədə ölkəmizin ayrı-ayrı bölgələrindən orta məktəb şagirdlərinin, müxtəlif universitetlərdən tələbələrin iştirakını fərəhləndirici hal kimi dəyərləndirib. Nazir bildirib ki, müsabiqənin şagird finalçıları sırasında Bakı şəhəri üzrə 10, Sumqayıtdan 5, İsmayıllıdan 4, Zərdab, Ağdam, Hacıqabuldan 2, Quba, Tərtər, Qax, Zaqatala, Neftçala, Lənkəran, Ağcabədi, İmişli, Kürdəmir, Samuxdan isə 1 nəfər müvafiq yerlərə layiq görülüb. Qeyd olunub ki, Azərbaycan Dövlət İqtisad Universitetindən 5, Bakı Slavyan Universitetindən 3, Azərbaycan Dillər Universitetindən 2, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, bu institutun Qazax və Ağcabədi filialları, Gəncə Dövlət Universiteti,  Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Texnologiya Universiteti və Xəzər Universitetindən 1 tələbə müsabiqədə yer tutub. Təhsil naziri Misir Mərdanov müsabiqənin keçirilməsində Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynovanın xüsusi əməyi olduğunu qeyd edib. Çıxışının sonunda nazir müsabiqə qaliblərini  təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb. Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri R.Hüseynova “Gələcək nəsillərlə üz-üzə” inşa yazı müsabiqəsinin məqsədləri, iştirakçıları və mövzular haqqında ətraflı məlumat verib. O, hərtərəfli dəstək üçün müvafiq dövlət qurumlarına təşəkkürünü bildirib, Azərbaycan gənclərini belə müsabiqələrdə daha fəal iştirak etməyə səsləyib və qazanılan uğurların ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Sonra ötənilki müsabiqələrdə azərbaycanlı gənclərin mükafatlandırılma mərasimindən hazırlanmış video-süjet nümayiş olunub. Mərasimdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, “Qlobal Minillik Prizi” beynəlxalq müsabiqənin təsisçisi və prezidenti, “Minilliyin Layihəsi”nin Meksika üzrə bölməsinin rəhbəri Konsepsion Olavarrieta çıxış edib, “Gələcək nəsillərlə üz-üzə” inşa müsabiqəsinin əhəmiyyəti və yüksək intellektli gənclərin yetişdirilməsində rolu barədə fikirlərini bildiriblər. Tədbirdə müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Sonda müsabiqə qalibləri çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür ediblər.

Aprelin 10-da “Park İNN” otelində Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, HP və Microsoft şirkətlərinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Xalq kompüteri” layihəsinin icrasına başlanması münasibətilə təntənəli mərasim keçirilib.

Qeyd edək ki, layihənin əsas məqsədi əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinin lisenziyalı proqramlarla təchiz olunmuş müasir kompüterləri güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə Azərbaycan hökümətinin informasiya cəmiyyətinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Təşkilatçıların qərarına əsasən, ilkin mərhələdə 4 aylıq pilot layihə icra ediləcəkdir. Bu müddət ərzində müəllimlər layihə çərçivəsində güzəştli şərtlərlə ilk ayda 500, növbəti ayda isə 3 min kompüter əldə edə biləcəklər. Gələcəkdə layihənin daha da təkmilləşdirilərək digər sosial qruplar üçün (tələbələr, həkimlər, dövlət qulluqçuları və s.) həyata keçirilməsi də nəzərdə tutulur. Təhsil naziri Misir Mərdanov bu layihənin insanların informasiya-kommunikasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etməsi baxımından və informasiya cəmiyyətinə keçid mərhələsində mühüm rol oynayacağını bildirib. Nazir qeyd edib ki, təhsil sahəsində İKT-nin tətbiqi üzrə həyata keçirilən dövlət siyasətinin davamı olan bu layihə “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı( 2008-2012-ci illər)”nın əsas hissəsini təşkil edir. Hazırda ölkədə 170 minə yaxın müəllim olduğunu deyən təhsil naziri ilkin mərhələdə məhz müəllimlərə layihədə iştirak etmək hüququ verilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.  Çıxışının sonunda təhsil naziri layihənin Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərən və bu vacib addımın atılmasında xidmətləri olan qurumlara ölkənin təhsil ictimaiyyəti adından təşəkkürünü bildirib. Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov həyata keçirilən təhsil islahatları sırasında son illər informasiyalaşdırmanın xüsusi önəm daşıdığını vurğulayaraq bu layihənin uğurla icra olunmasını arzulayıb və bütün iştirakçıları ilk mərhələnin başlanması münasibəti ilə təbrik edib.  Mərasimdə layihənin əhəmiyyəti, həyata keçirilməsi istiqamətində görülmüş işlər, icra mexanizmi və s. haqqında ətraflı məlumat verilib. Sonra “Xalq kompüteri” layihəsinin icrasına başlanmasına dair dördtərəfli niyyət protokolu imzalanıb.

Dekabrın 15-də Azərbaycan Dillər Universitetində Milli TEMPUS İnformasiya gününə həsr olunmuş konfrans keçirilib.

Avropa Birliyinin TEMPUS proqramının Bakı ofisinin və qeyd olunan ali təhsil müəssisəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov, Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) əməkdaşı, TEMPUS proqramı üzrə məsul şəxs Franz Steidele, eləcə də ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.  Tədbiri giriş sözü ilə Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov açaraq konfrans iştirakçılarını salamlayıb və TEMPUS proqramının təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. S.Seyidov Dillər Universitetinin Avropa ölkələrinin qabaqcıl universitetləri ilə TEMPUS proqramı çərçivəsində səmərəli əməkdaşlığa malik olduğunu qeyd edib. O, TEMPUS proqramı çərçivəsində ölkəmizdən olan universitetin Avropa Birliyi layihəsində ilk idarəçiliyi və Avropa universitetlərinin Azərbaycan tərəfindən ilk koordinasiyasını aparmasını Azərbaycan təhsilinin böyük uğuru kimi qiymətləndirib. Rektor büdcəsi 1 milyon 100 min avro olan bu layihənin Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsi və təhsil sahəsində islahatların daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Təhsil naziri Misir Mərdanov çıxışında Avropa İttifaqının TEMPUS proqramında ölkəmizin iştirakından danışıb. TEMPUS proqramının fəaliyyət tarixindən bəhs edən təhsil naziri bildirib ki, Azərbaycan bu proqrama 1995-ci ildən qoşulub və indiyə qədər 22 layihədə iştirak edib. ADU-nun TEMPUS proqramının layihə koordinatoru seçilməsini yüksək qiymətləndirən Misir Mərdanov bu universitetin Azərbaycanda aparıcı ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Təhsil naziri həyata keçirilən layihənin dünya təhsil sisteminə inteqrasiya baxımından əhəmiyyətinə toxunub, Avropa İttifaqının Təhsil komissarlığı ilə birbaşa təmasların qurulmasının vacibliyini nəzərə çatdırıb. Sonra çıxış edən Avropa İttifaqının Bakıdakı xüsusi nümayəndəsi səfir Rolan Kobia Azərbaycanla təmsil etdiyi qurumun əlaqələrindən söhbət açıb. Proqramın əhəmiyyətindən danışan R.Kobia Azərbaycanın bu layihədə iştirakını yüksək dəyərləndirib. Onun sözlərinə görə, proqram Azərbaycan və Avropa təhsil müəssisələri arasında mövcud əlaqələrin daha da inkişaf etməsinə təkan verəcəkdir. Tədbirdə Milli TEMPUS Ofisinin rəhbəri Pərviz Bağırovun “Azərbaycanda TEMPUS və Milli TEMPUS Ofisinin rolu” və “Avropa Birliyinin digər proqramlarında Azərbaycan Universitetləri üçün imkanlar” mövzularından bəhs edən məruzəsi dinlənilib. P.Bağırov məruzəsində kurikulum, universitetin idarəolunması, keyfiyyətin təminatı, beynəlxalq münasibətlərin yaradılması, Azərbaycan universitetlərinin proqramda iştirakından geniş bəhs edib.  “TEMPUS proqramına müraciət etmək üçün yeni elektron qaydaları”  haqqında isə TEMPUS proqramı üzrə məsul şəxs, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) əməkdaşı Franz Steidele danışıb. Franz Steidele Avropa Birliyinin fəaliyyət proqramları və əməkdaşlıq, Avropa təhsil sistemi, eləcə də elektron müraciət qaydaları haqqında konfrans iştirakçılarına məlumat verib.  ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova “Azərbaycan Dillər Universitetində TEMPUS layihələri” mövzusunda çıxış edib. O, Azərbaycan Dillər Universitetinin layihənin koordinatoru olduğunu və 3 il müddətində həyata keçiriləcək layihədə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Azərbaycan Müəllimlər İnstitutunun da yaxından iştirak etdiyini bildirib. Sonda səslənən məruzələr ətrafında müzakirələr aparılıb.

Dekabrın 15-də Təhsil Nazirliyində mədəniyyət və incəsənət ixtisasları üzrə mütəxəssis hazırlayan ali məktəb rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Müvafiq ali məktəblərin xüsusiyyətləri nəzərə alınaraq tədrisin təşkilinin yaxşılaşdırılması ilə bağlı təkliflərin müzakirəsinə həsr olunmuş iclasda təhsil naziri Misir Mərdanov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Temurçin Əfəndiyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Fərhad Cəfərov, Azərbaycan Milli Konservatoriyasının prorektoru Akif Quliyev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov mədəniyyət və incəsənət ixtisasları üzrə mütəxəssis hazırlayan ali məktəblərdən verilmiş bir sıra təkliflərə Təhsil Nazirliyində baxıldığını bildirib. Təhsil naziri müzakirəyə çıxarılan təklifləri nəzərə çatdırıb. Bununla bağlı ali məktəb rəhbərləri ilə birgə müzakirələrin əhəmiyyətli olacağına əminliyini ifadə edən nazir müəyyən məsələlərlə bağlı fikir və mülahizələrini söyləyib. Sonra kulturologiya ixtisasının ixtisas təsnifatına daxil edilməsi, qabiliyyət tələb edən ixtisaslar üzrə bakalavr təhsili almış məzunlara ali məktəbdə pedaqoji fəaliyyət hüququ verəcək müvafiq peşəyönümlü kursun açılması, qabiliyyət tələb edən ixtisaslara qəbul zamanı elanlarda ixtisaslaşmaların adlarının da qeyd olunması, ehtiyac olan ali məktəblərə əlavə tyutor ştatlarının verilməsi, təhsil üzrə dövlət standartlarında ixtisaslaşma peşə hazırlığı və ixtisaslaşmalar üzrə seçmə fənlərə ayrılmış saatların miqdarının artırılması, ixtisasların özünəməxsusluğu nəzərə alınaraq ixtisas imtahanlarının müxtəlif formalarda təşkili və digər təkliflər ətraflı müzakirə edilib. Sonda Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində olan bir sıra məsələlərin müsbət həlli, digərləri ilə bağlı isə aidiyyatı qurumlar qarşısında məsələ qaldırılması qərara alınıb.

Sentyabrın 8-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Sarayının qarşısına gələrək, ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla anıblar. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun, Milli Məclis üzvlərinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın, paytaxtın rayon icra hakimiyyəti başçılarının, müxtəlif dövlət qurumları təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin və ümumtəhsil müəssisələri rəhbərlərinin qatıldıqları konfransda ulu öndər, qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük önəm verdiyi, ümummilli liderimizin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyi vurğulanıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə daim diqqət və qayğı göstərdiyi qeyd olunub. Bakının ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, paytaxtın təhsil müəssisələri artıq yeni tədris ilinə hazırdır. Belə ki, Bakı şəhərinin ümumtəhsil məktəblərində 330 mindən artıq şagirdi və onların təlim-tərbiyəsi ilə məşğul olan 34 minə yaxın müəllimi qarşılamaq üçün bütün zəruri tədbirlər həyata keçirilib. Konfransda cəmiyyətin tərəqqisində təhsilin mühüm rolu bir daha vurğulanıb, yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulanıb.

Sentyabrın 9-da Bakıdakı 276 nömrəli orta məktəbdə təhsil sistemində yeni qiymətləndirmə qaydalarının tətbiqinə həsr olunan iclas keçirilib.

İclasda təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq şöbə və struktur rəhbərləri, paytaxtın orta ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər. Tədbiri təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər və nəzərdə tutulan tədbirlər barədə danışıb. Təhsil naziri müəyyən məsələlərlə bağlı fikir və mülahizələrini söyləyərək, məktəb direktorlarına bir sıra tövsiyələrini verib. Sonra Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva «Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları» mövzusunda geniş məruzə-təqdimatla çıxış edib. Təranə Hacıyeva bildirib ki, ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı 20 qayda nəzərdə tutulub. Məruzəçi çıxışında məktəbdaxili qiymətləndirmədən, şagird nailiyyətlərinin qiymətləndirilməsindən (monitorinqi), kurikulum üzrə qiymətləndirmədən (təhsil idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluğunu ölçmək üçün aparılan qiymətləndirmə) və ümumi təhsilin pillələri üzrə yekun qiymətləndirmədən (əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları) ətraflı söz açıb, həmçinin digər qaydaları şərh edib. İclası təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması məsələsinə münasibətini bildirib, bununla bağlı müvafiq təkliflərini nəzərə çatdırıb.

Beynəlxalq Miqrasiya Təşkilatı ( BMqT) ilə Təhsil Nazirliyinin reallaşdırdığı “Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta məktəb təhsili” layihəsi çərçivəsində birinci konfrans keçirilib.

Konfransın məqsədi layihəyə qoşulan ümumtəhsil məktəb rəhbərlərinin və digər partnyorların insan alverinə qarşı mübarizə üzrə biliklərini artırmaq, təhsil vasitəsi ilə insan alverinə qarşı mübarizə üçün milli çərçivə haqqında ümumi razılığa gəlmək, layihənin həyata keçirilməsi istiqamətində müvafiq beynəlxalq təcrübənin öyrənilməsi olub. Beynəlxalq mütəxəssis İlya Dementiyev insan alverinə qarşı mübarizə üzrə Rusiya Federasiyasının Kalininqrad vilayətinin təcrübəsi ilə konfrans iştirakçılarını tanış edib. Çıxış və təqdimatlardan sonra ətraflı müzakirələr keçirilib. Konfransda Təhsil və Daxili İşlər nazirliklərinin əməkdaşları, QHT nümayəndələri, Milli idarəetmə komitəsinin üzvləri, layihənin koordinatoru və meneceri, layihə iştirakçıları olan Bakının 94, 149, 193, 158, 257, Xırdalan şəhər 3 və Sumqayıt şəhər 3 saylı məktəblərin rəhbərləri iştirak ediblər.

Aprelin 8-də Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin təşəbbüsü ilə 12 saylı Bakı Peşə Liseyində “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafi Üzrə Dövlət Proqramının (2007 - 2012- ci illər) ” tələblərinə uyğun olaraq texniki- peşə təhsilinin məzmununun təkmilləşdirilməsi üzrə seminar keçirilib.

Yeni dövlət standartlarına uyğun kurikulumların hazırlanması məqsədilə təşkil olunan bu seminarda Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin əməkdaşları, texniki peşə təhsili müəssisələrinin rəhbərləri, istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri iştirak edib. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi Elxan Cəfərov və Təhsil Problemləri İnstitutunun İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin direktoru Rəsul Əsgərov mövcud problemlər və onların həll edilməsi məqsədilə peşə kurikulumları hazırlayan işçi qruplarının yaradılması, onların vəzifələri, qarşıda duran məsələlər haqqında məruzə ilə çıxış ediblər. Sonra seminar iştirakçıları peşə təhsilinin mövcud durumuna bir daha nəzər salaraq, faydalı məsələləri qəbul etməklə geniş müzakirələr aparıblar. Seminarda təlim prosesinə yeni yanaşmaları müəyyənləşdirmək, şagirdin, məktəbin və cəmiyyətin ehtiyacları nəzərə alınmaqla qiymətləndirilməli olan məsələləri öyrənmək, aşkar olunmuş problemlərin aradan qaldırılması istiqamətlərində işlərin aparılmasını davam etdirmək də planlaşdırıldı.

Aprelin 7-də “Ekselsior” otelində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası” layihəsinin açılış mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan hökumətinə mövcud peşə təhsili və təlimi sistemində islahatlar aparılması işində dəstək göstərəcək bu layihənin məqsədi ölkəmizin qeyri-neft sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi, texniki- peşə təhsili məzunları üçün iş imkanlarının artırılmasından ibarətdir. Mərasimi açan təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə texniki-peşə təhsili sahəsinin təkmilləşdirilməsi istiqamətində müvafiq addımların atıldığını qeyd edib. Dünyanın müxtəlif ölkələrinin qabaqcıl təcrübəsindən, təhsil sistemində peşə təhsili müəssisələrinin nüfuzundan söz açan nazir həyata keçirilmiş bir çox tədbirlər, eləcə də bu layihənin uğurlu icrasının əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin birinci katibi cənab Stiven Stork və “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye bu layihənin ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsində önəmli rolundan və müxtəlif sahələr üzrə əlaqələrin qurulmasında maraqlı olduqlarından bəhs ediblər. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov “Peşə təhsili və təlimin perspektivləri və Azərbaycanın təhsil sistemi sahəsində islahatlarla əlaqəsi” adlı məruzəsində son zamanlar peşə təhsili sahəsinə artırılan diqqət və qayğıdan, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edib. Eyni zamanda “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş regionunda pilot icrası layihəsi” ilə bağlı görülmüş işlərdən danışıb. Mərasimdə layihənin rəhbəri Nils Kristensen “Peşə təhsili, təlimin müasirləşdirilməsi layihəsi, məqsədlər, layihənin icrası və gözlənilən nəticələr” mövzusunda məlumat verib, həmçinin bir sıra qurumların əməkdaşları qeyd olunan istiqamətdə çıxış edərək layihənin texniki-peşə təhsili sahəsinin inkişafında əhəmiyyətli rol oynayacağını vurğulayıblar.

Fevralın 25-də Təhsil Nazirliyində ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında Texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Əlaqələndirmə Şurasının ilk iclası keçirilib.

İclasda İqtisadi İnkişaf, Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları, Sahibkarlar Təşkilatı Milli Konfederasiyası və Qeyri-hökumət təşkilatı forumunun nümayəndələri iştirak edib. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq son illər bu sahəyə göstərilən dövlət qayğısından, qəbul edilən Dövlət Proqramından danışıb.Nazir müxtəlif qurumların nümayəndələrinin daxil olduğu Əlaqələndirmə Şurasının yaradılmasına böyük önəm verdiyini və müvafiq istiqamətdə mövcud olan problemlərin həllində şuranın xüsusi rol oynayacağını diqqətə çatdırıb. Sonra Misir Mərdanov Dövlət Proqramı qəbul edildikdən sonra görülən işlər və gələcək perspektivlər haqqında ətraflı məlumat vermək üçün sözü nazirliyin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova verib. N.Məmmədov “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin İnkişafı üzrə Dövlət Proqramı(2007-2012-ci llər)nın yerinə yetirilməsi vəziyyəti barədə” təqdimat-məruzə edib, peşə təhsili müəssisələrinin illər üzrə əsas göstəriciləri, onların avadanlıqlarla təminatı vəziyyəti, tədris-maddi bazası barədə statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb. Mövcud sahə üzrə bu günün reallığından söz açan məruzəçi hazırda ölkəmizdə 107 texniki-peşə təhsili müəssisəsinin fəaliyyət göstərdiyini, həmin müəssisələrdə isə 23 453 şagirdin təhsil aldığını qeyd edib. N.Məmmədov Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərdən, bir sıra beynəlxalq təşkilatlarla birgə görülən işlərdən, eləcə də perspektiv planlardan danışıb. İclasda cari ilin yanvarında Təhsil Problemləri İnstitutunda “İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin yaradılmasından, mərkəzin əsas funksiyalarından da söz açılıb. Tədbirdə iştirakçıların məruzə ilə əlaqədar suallarına cavab verilib, bir sıra məsələlərə dair rəy və təkliflər səslənib. Sonda Əlaqələndirmə Şurasının növbəti iclasının paytaxtın peşə təhsili müəssisələrindən birində keçirilməsi qərara alınıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı