SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 25-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) idarə heyətinin üzvləri və bu qurumla yaxından əməkdaşlıq edən bir qrup təhsil işçisi ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ilk öncə tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Milli Valideyn- Müəllim Assosiasiyasının fəaliyyəti barədə məlumat verib. Nazir bildirib ki, bu təşkilatın fəaliyyətinin əsas məqsədi valideynlərlə müəllimlərin sıx əməkdaşlığı vasitəsilə şagirdlərin təlim- tərbiyəsinin daha səmərəli təşkili və valideynlərlə məktəb arasında faydalı ünsiyyət mühiti yaratmaqdan ibarətdir.
Son 20 il ərzində Azərbaycanda təhsilin inkişafına dəstək olan təşkilatlar içərisində AMVMA-nın xüsusi yer tutduğunu söyləyən Misir Mərdanov təhsil ocaqlarında fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyalarının (VMA) sayının getdikcə artığını və onların işinin günbəgün yaxşılaşdığını nəzərə çatdırıb. Bakıdakı 46 nömrəli orta məktəbdə Valideyn-Müəllim Assosiasiyasının uğurlu fəaliyyətindən söz açan təhsil naziri bu nailiyyətlərin qazanılmasında Azərbaycan Milli Valideyn- Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovanın əməyini yüksək qiymətləndirib.
Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovanı 50 yaşının tamam olması münasibətilə təbrik edərək onun Təhsil Nazirliyinin "Fəxri Diplom"u ilə təltif olunduğunu bildirib. Nazir, daha sonra Vlideyn-Müəllim Assosiasiyasının işinin təşkili və məktəb-valideyn əlaqələrinin qurulması sahəsindəki səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisinə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı və Təhsil Nazirliyinin Fəxri fərmanını təqdim edib, VMA-nın işinə uğurlar arzulayıb.
Azərbaycanda təhsil islahatlarının həyata keçirilməsində VMA-nın rolundan söz açan Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova rəhbərlik etdiyi qurumun bir sıra təkliflərini nəzərə çatdırıb. Valideynlər arasında maarifləndirmə işinin aparılmasından bəhs edən T.Şərifova deyib ki, valideynlərin məktəblə əlaqəsinin zəif olması təlim-tərbiyə prosesinə mənfi təsir göstərən əsas amillərdən biridir. O, məktəbdə sağlam mühitin qorunması haqda fikirlərini bildirib, şagirdlərin vahid məktəbli formasına üstünlük verməsini müsbət hal kimi dəyərləndirib və bu məsələnin vacibliyini vurğulayıb.
Tədbirdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun "Təhsilin təşkili və idarəedilməsi" kafedrasının müdiri Nisə Cəlilzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Nailə Sərdarova, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, valideyn Nazim Quliyev və başqaları təhsil ocaqlarında VMA-nın fəaliyyəti barədə ətraflı danışıblar. Bildirilib ki, şagirdlərin məktəbə vahid məktəbli formasında gəlməsi və bu baxımdan valideynlər arasında müvafiq maarifləndirmə işinin gücləndirilməsi olduqca vacib məsələ kimi hər kəsi düşündürməlidir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl