SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq Cənubi Koreyanın KAİST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) müxtəlif ixtisaslar üzrə bakalavr pilləsində təhsil almağa göndəriləcək azərbaycanlı tələbələrin seçilməsi məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edib.
Müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinin I və II kursunda təhsil alan, ali məktəblərə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə isə ən azı 600 bal toplayan 18 yaşı tamam olmuş tələbələr iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar ərizə-əsaslandırma (2 dildə-Azərbaycan və xarici dildə), doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyindən əldə edilir), 2 ədəd tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor müəllim heyəti tərəfindən verilir, ərizə formasını http://http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək mümkündür), xüsusi anket forması (http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək olar), ali məktəbə qəbul zamanı topladığı bal haqqında TQDK tərəfindən verilmiş arayış, tələbənin ali məktəbdə təhsil alması barədə arayışın və qiymət kitabçasından çıxarışın surətləri (notarial qaydada təsdiq olunmuş və ingilis dilində tərcüməsi ilə), tərcümeyi-hal (CV, 2 dildə-Azərbaycan və xarici dildə), 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 santımetr ölçüdə) və şəxsiyyət vəsiqəsinin surətini 10 may 2009-cu il tarixinə kimi Təhsil Nazirliyinə təqdim etməlidirlər.
Müsabiqədə uğur qazanan tələbələr Koreyanın KAİST Universitetində nanotexnologiya, bio mühəndislik, mexaniki, aerokosmik və sistem mühəndisliyi, mülki və ekoloji mühəndisliyi, sənaye dizaynı, kimya və biomolekulyar mühəndisliyi, materialşünaslıq və mühəndislik, nüvə və kvant mühəndisliyi, elektrik mühəndisliyi, kompüter elmləri, sənaye və sistemlər mühəndisliyi kimi ixtisaslar üzrə təhsil almaq imkanı qazanacaqlar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl