• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyində Bakı və Sumqayıt şəhərlərində yerləşən və birbaşa Nazirlikdən maliyyələşən təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə birbaşa Təhsil Nazirliyindən maliyyələşən xərclərin 2009-cu il üzrə icrası, 2010-cu ilin 9 ayı üzrə icra vəziyyəti və 2011-ci ilin proqnoz göstəriciləri, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi, ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi vəziyyəti, əmək haqlarının artımı ilə bağlı qarşıda duran vəzifələr, ştat və tarifləşmə cədvəllərinin yenidən hazırlanması, rüblük və illik mühasibat hesabatlarının təqdim edilməsi, "İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli, 150 nömrəli Qərarının icrası ilə bağlı qarşıda duran vəzifələr və bir sıra digər mövzular ətrafında müzakirələr aparılıb.
Seminar-müşavirəni giriş sözü ilə açan İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev tədbirin gündəliyi barədə məlumat verdikdən sonra 2009-cu ilin dövlət büdcəsi üzrə təhsil xərclərinin icrası, 2010-cu ilə dövlət büdcəsində nəzərdə tutulan təhsil xərcləri və 2011-ci ilə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri, həmçinin bir sıra göstəricilər barədə müqayisəli rəqəmləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ş.Əliyev bildirib ki, dövlət qayğısının yüksək təzahürü kimi təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə əhəmiyyətli dərəcədə artır.
Sonra Şahrza Əliyev seminar-müşavirədə müzakirə edilən mövzuların hər biri barədə məlumat verərək baş mühasiblərin qarşısında duran vəzifələrdən danışıb.
Seminar-müşavirədə İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun müdiri Vüqar Əsgərov birbaşa Təhsil Nazirliyindən maliyyələşdirilən xərclərin “2009-cu il üzrə icrası, 2010-cu ilin 9 ayı üzrə icra vəziyyəti və 2011-ci ilə proqnoz göstəriciləri, mövcud problemlər və qarşıda duran vəzifələr”, Mühasibat uçotu və hesabat sektorunun müdiri Fərhad Əliyev “Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarının tətbiqi, problemlər və qarşıda duran vəzifələr”, şöbənin baş məsləhətçisi Zahid Nagıyev “Təhsil işçilərinin əmək haqlarının artımı ilə bağlı qarşıda duran vəzifələr, ştat və tarifləşmə cədvəllərinin yenidən hazırlanması ilə bağlı məsələlər”, Mühasibat uçotu və hesabat sektorunun baş məsləhətçisi Akif Hacıyev “Rüblük və illik mühasibat hesabatlarının təqdim edilməsi ilə bağlı bir sıra məsələlər, təlimatlar, izahatlar və tövsiyyələr”,  Plan-maliyyə sektorunun aparıcı məsləhətçisi Ramil Orucov “Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi işlərinin gedişatının vəziyyəti və bu sahədə görüləcək işlər” və həmin sektorun baş məsləhətçisi Kəmalə Vəliyeva isə "İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli, 150 nömrəli Qərarının icrası vəziyyəti və bununla  bağlı qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib, baş mühasibləri maraqlandıran sualları cavablandırıblar.
Seminar-müşavirənin sonunda İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev müzakirə olunan mövzular üzrə bir sıra məqamlara aydınlıq gətirib, Təhsil Nazirliyi rəhbərliyinin İqtisadiyyat şöbəsinin qarşısında qoyduğu yeni tələblərdən söz açıb, bununla bağlı tabe təşkilatların baş mühasiblərinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.


10 il əvvəl