• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

MİQ-lə bağlı sənəd qəbulu sabah başa çatır

İyunun 11-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu prosesi yekunlaşacaq. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.   Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər.   Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən məlumat veriləcək.    Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir: - Çağrı Mərkəzi: “146-1” nömrəsi (həftənin iş günləri və saatları); - "Whatsapp nömrə": (+994) 51 206 78 48 (həftənin iş günləri və saatları); - İnsan Resurları Mərkəzi: Tel: (+994) 12 430 52 78   E-mail: irm@arti.edu.az.   Müsabiqə ilə bağlı daha ətraflı məlumatı aşağıda təqdim edilən sual-cavab faylından əldə edə bilərsiniz.   Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair suallar və onların cavabları  

Məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqə keçiriləcək

Məktəblilər arasında proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi elan edilir.   Müsabiqənin təşkilində məqsəd məktəblilərin rəqəmsal dünya, informatika elmi, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılmasıdır. Müvafiq sahələr üzrə məntiqi təfəkkürünün inkişaf səviyyəsi,  alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən  şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil edilən bu müsabiqədə V-VII sinif şagirdləri iştirak edə bilərlər.   Müsabiqəyə qeydiyyat iyunun 10-dan 20-dək davam edəcək. Qeydiyyat üçün müvafiq linkə daxil ola bilərsiniz: Müsabiqəyə qeydiyyat    Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ iyunun 27-də onlayn şəkildə keçiriləcək. Final mərhələsinin növbəti tədris ilinin əvvəlində təşkili nəzərdə tutulur. Yekunda qalib məktəblilər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət ediləcəklər.   Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Qeyd edilən müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrindən ümumilikdə 25 medal qazanıblar.

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

10 iyun 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılır. Sorğuların qəbulunun müvəqqəti dayandırılması tədris ilinin yekunlaşması və ümumi təhsil müəssisələrində yekun qiymətləndirmə prosesi ilə bağlıdır.  Portalda mövcud sorğuların tamamlanması prosesi 17 iyun 2021-ci il tarixinədək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. 17 iyun tarixindən isə proqram təminatı müvəqqəti olaraq dayandırılacaq.  Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

İyunun 9-da təhsil naziri Emin Əmrullayev “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə “Cisco” şirkətinin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, şirkətin Azərbaycan üzrə baş direktoru Ramil Eyyubov, MDB ölkələrində Strateji Müştərilər üzrə direktoru Vladimir Orlov və ərazi üzrə məsul meneceri Fərid Zeynalov iştirak ediblər.   Görüşdə “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsinin quruluşu çərçivəsində “Cisco” şirkəti ilə yaxından əməkdaşlıq edilib. Şirkətin təqdim etdiyi həllər vasitəsilə təhsil müəssisələrində İP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb. Ötən il ərzində tətbiq olunmuş “Cisco Umbrella” texnologiyası vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinin təhlükəsizliyi və məzmununun süzgəclənməsi keyfiyyətlə gücləndirilib.   Bildirilib ki, hazırda “Cisco” şəbəkə akademiyalarının Azərbaycanda sayı 21-ə çatdırılıb. Ötən tədris ilindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açılmış akademiya vasitəsilə “Cisco” şirkətinin təhsil məzmunu tədris planında istifadə olunur və digər ali təhsil müəssisələrinin təhsilverənləri üçün ixtisasartırma tədbirləri təşkil edilir. Akademiyalarda İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.   Bununla yanaşı, ötən tədris ilində şirkətlə əməkdaşlıq çərçivəsində Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə "Connected School" pilot layihəsinin icrasına başlanılıb.  Layihə çərçivəsində seçilmiş pilot məktəbin “Cisco” avadanlıqları və proqram təminatı ilə təmin edilib, təhsil müəssisəsinin şagird, müəllim və inzibati-idarəetmə heyəti üçün təlimlərin təşkil olunub, idarəetmə və tədris prosesində informasiya texnologiyalarından effektiv istifadəyə nail olmaq məqsədi ilə sistemli işlər həyata keçirilib.  Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Müzakirə nəticəsində “Cisco” təcrübəsinin, innovativ həll və texnologiyalarının təhsil sahəsində tətbiqi, təhlükəsiz internet və rəqəmsal məzmun üzrə işlərin aparılması nəzərdə tutulub.

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu davam edir

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu davam edir. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.   Bu günədək ümumilikdə 43 026 nəfər elektron qeydiyyatdan keçib, onlardan 40 167 nəfəri qeydiyyatını tamamlayıb.   Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir: - Çağrı Mərkəzi: “146-1” nömrəsi (həftənin iş günləri və saatları); - "Whatsapp nömrə": (+994) 51 206 78 48 (həftənin iş günləri və saatları); - İnsan Resurları Mərkəzi: Tel: (+994) 12 430 52 78   E-mail: irm@arti.edu.az .   Müsabiqə ilə bağlı daha ətraflı məlumatı aşağıda təqdim edilən sual-cavab faylından əldə edə bilərsiniz.   Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair suallar və onların cavabları

e-telebe vasitəsilə müraciətlərin qəbulu davam edir

https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir. Müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.   Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri xahiş olunur.    Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir: - Çağrı Mərkəzinin  “146-5” nömrəsi  ( həftəiçi 5 gün aktiv fəaliyyət göstərəcək);   - e-telebe.edu.az elektron portalının daxilində yazışma (dəstək) bölməsi;   - "Whatsapp” nömrə: (+994) 51 206 78 48

Mühəndislik ixtisasları üzrə ikili diplom proqramına qəbul davam edir

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına qəbul davam edir.   İkili diplom proqramı Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İnha Universiteti tərəfindən həyata keçirilir.   2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektronika mühəndisliyi və elektrik mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Proqramın məzunlarının əldə etdiyi bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində əhatə edəcək.    Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.    Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavr) nəticələri və İnha Universitetinin seçimi əsasında aparılır.   Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Təhsil naziri OSTİM Texniki Universitetinin nümayəndə heyəti ilə görüşüb

İyunun 8-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası OSTİM Texniki Universitetinin rektoru Murat Ali Yülekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.    Görüş zamanı təhsil naziri Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq çərçivəsində görülən işlər barədə qonaqlara məlumat verib. Ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən fəaliyyətdə OSTİM Texniki Universitetinin mümkün rolu barədə fikir mübadiləsi aparılıb.   Qeyd edək ki, OSTİM Texniki Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında  ikili diplom proqramları, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlığın həyata keçirilməsi barədə razılıq əldə olunub.

Respublika turnirinin növbəti zona yarışlarının qalibləri müəyyənləşib

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan idman növləri üzrə növbəti yarışlar keçirilib.   Atletika idman növü üzrə Lənkəran Olimpiya İdman Kompleksində, voleybol idman növü üzrə Sərhədçi İdman Olimpiya Mərkəzində, basketbol idman növü üzrə İsmayıllı Olimpiya İdman Kompleksində, mini futbol idman növü üzrə Şəmkir Olimpiya İdman Kompleksində turnirin növbəti yarışları təşkil olunub.   Nəticələrə görə, atletika idman növü üzrə I yerə Masallı, II yerə Salyan, III yerə  Astara rayonun məktəbliləri, voleybol idman növü üzrə I yerə Xəzər rayonu, II yerə Xətai rayonu, III yerə Yasamal rayonunun məktəbliləri, basketbol idman növü üzrə I yerə Şəki şəhəri, II yerə İsmayıllı rayonu, III yerə Zaqatala rayonunun məktəbliləri, mini futbol idman növü üzrə I yerə Gəncə şəhəri, II yerə Yevlax şəhəri, III yerə Naftalan şəhərinin məktəbliləri layiq görülüb.   Turnirin əsasnaməsinə uyğun olaraq, zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb.   Yarışların zona mərhələsinin qaliblərinə diplomlar təqdim edilib.   Olimpiya sistemi üzrə 6 zonada keçiriləcək turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edir.   Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında  keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edəcək.     Qeyd edək ki, turnirin keçirilməsində məqsəd  şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.   Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

“Yay məktəbi”nə qeydiyyat başlayıb

8 iyun tarixindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”nə qeydiyyat prosesinə start verilib.   Ümumi təhsil müəssisələrində təşkil olunacaq yay məktəblərində iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) qeyd edilən tarixdən başlayaraq ərizə ilə ümumi təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilərlər.   “Yay məktəbi”ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak edə bilərlər.   I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.   Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir. “Yay məktəbi” iyunun 16-dan 30-dək davam edəcək.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı