• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Yay məktəbi”nə qeydiyyat başlayıb

8 iyun tarixindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”nə qeydiyyat prosesinə start verilib.

 

Ümumi təhsil müəssisələrində təşkil olunacaq yay məktəblərində iştirak etmək istəyən təhsilalanların valideynləri (və ya digər qanuni nümayəndəsi) qeyd edilən tarixdən başlayaraq ərizə ilə ümumi təhsil müəssisəsinin rəhbərliyinə müraciət edə bilərlər.

 

“Yay məktəbi”ndə bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və  könüllü əsaslarla iştirak edə bilərlər.

 

I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.

 

Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir. “Yay məktəbi” iyunun 16-dan 30-dək davam edəcək.


3 il əvvəl