• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Universitet əməkdaşlarına dövlət təltifləri təqdim edilib

İyunun 11-də Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən təltif olunan iki universitetin əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.   Mərasimdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bu ali təhsil müəssisəsinin əməkdaşları, eyni zamanda Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə sözügedən ali təhsil müəssisəsinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib.   Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev təltifə layiq görülən universitet əməkdaşlarını yüksək dövlət mükafatlarına layiq görülməsi münasibəti ilə təbrik  edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.   Daha sonra universitetlərin əməkdaşlarına dövlət təltifləri təqdim olunub.

Ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri üçün seminarlar

10 və 11 iyun tarixlərində ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti üçün onlayn seminarlar keçirilib.   Seminarlar Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin dəstəyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşkilatçılığı ilə baş tutub.   Seminarlarda ali və orta ixtisas təhsili müəssisələrində çalışan 350-ə yaxın professor-müəllim heyətinin üzvü iştirak edib. Seminarda distant təhsilin təşkili üçün “Microsoft Teams” platformasının yaratdığı imkanlar və yeniliklər müəllimlərin diqqətinə çatdırılıb.

ADU-nun rektoruna dövlət təltifi təqdim edilib

İyunun 11-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elm və təhsilin inkişafındakı böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilən Kamal Abdullayevə bu ali mükafatı təqdim edib.   Təhsil naziri Kamal Abdullayevi təbrik edərək ona uğurlar arzulayıb, Azərbaycan təhsilinin və elminin inkişafındakı xidmətlərindən söz açıb.   Kamal Abdullayev öz növbəsində minnətdarlığını ifadə edib.

Ahmet Şerif İzgören “Yeni çağırışlar”da

16 iyun saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Türkiyənin ən tanınmış yazıçılarından biri, İzgören Akademiyasının qurucusu Ahmet Şerif İzgören olacaq. Ahmet Şerif İzgören ilə davamlı inkişaf və öyrənmə barəsində danışılacaq.   Ahmet Şerif İzgörən ABŞ, İngiltərə, Danimarka, Avstraliya, Almaniya, Fransa, Azərbaycan və digər ölkələr olmaq üzrə 4000-dən çox təlim və seminar təşkil edib, 30-dan çox kitabın müəllifidir. Hazırda İzgören Akademiyası, “Elma” nəşriyyatı olmaq üzrə bir sıra brendləri idarə edir.   Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Bu il XI sinfi 84 069 şagird bitirir

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirəcək.  IX sinfi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.   2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.   2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır. 

e-telebe vasitəsilə müraciətlərin qəbulu üçün son gün

İyunun 11-də https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu başa çatır. Müraciətlərin qəbulu bu gün saat 23:59-dək aktiv olacaq. Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri xahiş olunur. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub.

Sənəd qəbulu bu gün yekunlaşır

İyunun 11-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu prosesi yekunlaşır. Namizədlər bu gün saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.   Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər.   Müsabiqə ilə bağlı daha ətraflı məlumatı aşağıda təqdim edilən sual-cavab faylından əldə edə bilərsiniz.   Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair suallar və onların cavabları

e-telebe vasitəsilə müraciətlərin qəbulu sabah yekunlaşır

https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu sabah yekunlaşır. Müraciətlərin qəbulu 11 iyun saat 23:59-dək aktiv olacaq.   Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri xahiş olunur.     Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:   - Çağrı Mərkəzinin  “146-5” nömrəsi  ( həftəiçi 5 gün aktiv fəaliyyət göstərəcək);    - e-telebe.edu.az elektron portalının daxilində yazışma (dəstək) bölməsi;    - "Whatsapp” nömrə: (+994) 51 206 78 48

Təhsil naziri energetika naziri ilə görüşüb

İyunun 9-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil naziri Emin Əmrullayev və energetika naziri Pərviz Şahbazov arasında görüş keçirilib.   Əvvəlcə mərkəzin müasir standartlara cavab verən emalatxanaları, maddi-texniki bazası və tədris prosesinin təşkili ilə tanışlıq olub. Təqdimat zamanı bildirilib ki, beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabət qabiliyyətli kadrlar hazırlığını həyata keçirən mərkəzdə hazırda tələbələrə 9 istiqamət üzrə texniki peşə, 2 istiqamət üzrə isə yüksək-texniki peşə təhsili tədris olunmaqdadır.   İkitərəfli əməkdaşlıq müzakirələri zamanı təhsilin müxtəlif pillələri üzrə energetika sahəsində mütəxəssislərin hazırlanması istiqamətində mövcud proqramların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb, habelə beynəlxalq tərəfdaşların və özəl sektorun iştirakı ilə yeni proqramların hazırlanması üçün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.   Görüş çərçivəsində ölkəmizdə bərpa edilən enerji mənbələrinin, xüsusilə günəş enerjisinin istismarı sahəsində ehtiyac duyulan kadr potensialının hazırlanması prioritet istiqamət kimi qeyd olunub. Ölkə başçısının işğaldan azad edilmiş torpaqlarda yaşıl enerji zonasının yaradılması istiqamətində qarşıya qoyduğu tapşırıqların icrasını sürətləndirmək məqsədilə kadr ehtiyaclarının dəyərləndirilməsi və hazırlanması sahəsində birgə fəaliyyətin qurulması prioritet məsələlər siyahısına daxil edilib. Həmçinin, Energetika Nazirliyinin tərkibində olan təlim mərkəzlərinin praktiki məşğələlər üçün istifadə olunması, yeni tikiləcək peşə məktəblərində bərpa olunan enerji ixtisaslarının tədrisində ehtiyac duyulan infrastrukturun qurulmasının vacibliyi vurğulanıb.

UNEC əməkdaşlarına dövlət təltifləri təqdim edilib

İyunun 10-da Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə, bu ali təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.   Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə UNEC-in professor-müəllim heyətinin böyük bir qrupunu  yüksək dövlət mükafatlarına layiq görülməsi münasibəti ilə təbrik  edib.  Emin Əmrullayev UNEC-in ölkəmizdə elmin, təhsilin inkişafında müstəsna xidmətlərini diqqətə çatdırıb.   Nazir sonda UNEC əməkdaşlarına  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.   Daha sonra universitetin əməkdaşlarına 90 illik münasibətlə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə dövlət təltifləri təqdim olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı