• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu davam edir

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu davam edir. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Bu günədək ümumilikdə 43 026 nəfər elektron qeydiyyatdan keçib, onlardan 40 167 nəfəri qeydiyyatını tamamlayıb.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:

Çağrı Mərkəzi: “146-1” nömrəsi (həftənin iş günləri və saatları);

- "Whatsapp nömrə": (+994) 51 206 78 48 (həftənin iş günləri və saatları);

İnsan Resurları Mərkəzi: Tel: (+994) 12 430 52 78   E-mail: irm@arti.edu.az .

 

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı aşağıda təqdim edilən sual-cavab faylından əldə edə bilərsiniz.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair suallar və onların cavabları


3 il əvvəl