• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu davam edir

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu davam edir. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.   Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan  Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nümunəsi” bölməsinə “Arayış” sözünü yazmaqla qeydiyyatdan keçə bilərlər. Müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaq.    Müsabiqə ilə bağlı daha ətraflı məlumatı aşağıda təqdim edilən sual-cavab faylından əldə edə bilərsiniz.

Peşə təhsili üzrə teledərslərin 8 iyun cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 8 iyun tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

Tələbələrin yekun dövlət attestasiyası ilə bağlı mətbuat üçün açıqlama

Məlum olduğu kimi, ötən ildən başlayaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib. Cari tədris ilinin payız semestrinin imtahan sessiyası onlayn şəkildə keçirilib.   Hazırda xüsusi karantin rejimi davam etdiyinə görə Təhsil Nazirliyinin təklifinə əsasən, Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli 158 nömrəli qərarına uyğun olaraq ötən tədris ilində olduğu kimi, cari tədris ilində də orta ixtisas təhsili pilləsində (bütün ixtisaslar üzrə) və ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsinin təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılması məqsədəmüvafiq hesab edilib.   NK-nın müvafiq qərarına əsasən, orta ixtisas təhsili pilləsində bütün ixtisaslar üzrə, bakalavriat səviyyəsində isə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiyası, eləcə də magistratura səviyyəsində də bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir.   Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA  tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.   Orta ixtisas təhsili pilləsində və ali təhsilin bakalavriat səviyyəsində təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə üçün dövlət attestasiya sınaqları təşkil ediləcək.   Orta ixtisas təhsili müəssisələri və ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları təhsil müəssisələri və AMEA (magistratura səviyyəsi üçün) tərəfindən müəyyən edilir.

“Biz zəfər qazandıq!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyunun 7-də Hərbi Qənimətlər Parkında “Biz zəfər qazandıq! respublika onlayn rəsm müsabiqə-sərgisi”nin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.   Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, tanınmış mədəniyyət və incəsənət xadimləri, müsabiqənin qalibləri və digər rəsmilər iştirak edib.   Öncə qonaqlar Parkda yerləşdirilən rəsm sərgisi ilə tanış olublar.    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.     Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyətindən danışıb. Nazir müavini bildirib ki, istedadlı uşaq və gənclərin aşkar edilməsi, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından belə müsabiqələrin xüsusi əhəmiyyətini vurğulayıb. Nazir müavini Azərbaycan xalqının çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşadığını, bütün dünya azərbaycanlılarının təsvirəgəlməz qürur və sevinc hisləri keçirdiyini qeyd edərək Azərbaycan xalqının Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın mənfur qonşumuz Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli cağdaş tarixinə şanlı səhifə yazdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Firudin Qurbanov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə, sözün həqiqi mənasında, mövqelərini qoyub qaçdılar. Ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Firudin Qurbanov əlavə edib ki, Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.  Firudin Qurbanov qeyd edib ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Nazir müavini çıxışının sonunda qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Səlhab Məmmədov 44 günlük Vətən Müharibəsində Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun göstərdiyi şücaətdən bəhs edib, qalibləri təbrik ediblər.    Sonda müsabiqə-sərgidə I, II, III və həvəsləndirici yerlərə layiq görülmüş məktəblilər təltif olunub, diplom və hədiyyələr təqdim edilib.   Qeyd edək ki, 3 yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqə-sərgiyə ümumilikdə 1127 rəsm işi daxil olub. İşlər əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, əməkdar incəsənət xadimi Məmmədhüseyn Hüseynov və Azərbaycan Rəssamlar İttifaqının üzvü Bəşirova İnna Viktorovna tərəfindən qiymətləndirilib.  

MİQ-lə bağlı sualların cavablandırılması üçün xidmətlər

İyunun 4-dən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılıb. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.   Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir: - Çağrı Mərkəzi: “146-1” nömrəsi (həftənin iş günləri və saatları) - "Whatsapp nömrə": (+994) 51 206 78 48 (həftənin iş günləri və saatları) - İnsan Resurları Mərkəzi: Tel: (+994) 12 430 52 78   E-mail: irm@arti.edu.az  

Təhsilin rəqəmsal transformasiyası üzrə növbəti beynəlxalq tədbir keçirilib

“Microsoft” korporasiyasının formalaşdırdığı, YUNESKO və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iştirak etdiyi “Təhsilin rəqəmsal transformasiyası üzrə dünyanın lider ölkələri” koalisiyasının növbəti görüşü baş tutub.   Görüş çərçivəsində rəqəmsal təhsil ekosisteminin formalaşdırılması üzrə  birgə seminar keçirilib, Azərbaycan, Finlandiya və Avstraliyada COVID-19 pandemiyası dövründə təhsildə tətbiq edilən innovativ təcrübələrə dair təqdimatlar edilib. Görüşdə dinləyici qismində Braziliya, İspaniya və Macarıstan Təhsil nazirliklərinin nümayəndələri iştirak ediblər.   Azərbaycanda tətbiq olunan “Virtual məktəb” layihəsi və təhsilin rəqəmsal transformasiyası istiqamətində atılmış addımlar barədə çıxış edən Təhsil Sisteminin İnformasiyalaşdılması İdarəsinin rəisi Vüsal Xanlarov qeyd edib ki, başlıca məqsəd ölkədə təhsilalanlar üçün bərabər, fərdiləşdirilmiş və sənaye-əsaslı təhsil imkanlarının yaradılmasıdır. Bildirilib ki, COVID-19 pandemiyası dövründə qərarların qəbul edilməsində datadan istifadənin əhəmiyyəti artmış, qısa zamanda yeni sistemlər yaradılaraq istifadəyə verilmiş,  nəticədə data və süni intellektin effektiv tətbiqi inkişaf üçün geniş perspektivlər yaratmışdır. Belə ki, data-əsaslı təhsil modelində şagird nəticələrinin təhlili üçün innovativ alətlər təqdim olunur ki, aparılan çevik və əhatəli təhlillər nəticəsində boşluqları müəyyən edib, məzmunu vaxtında, lazım olan yerlərdə zənginləşdirmək mümkün olur.    Daha sonra təqdimatlar əsasında ölkələr arasında müzakirələr aparılıb və üç ölkədə təhsilin rəqəmsal transformasiyası üzrə aparılan işlər iştirakçılar tərəfindən dəyərləndirilib.    Qeyd edək ki, Azərbaycan “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyasına cari ildə Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında imzalanmış “Təhsilin rəqəmsal transformasiyası üzrə niyyət sənədi”nə əsasən qoşulub.    

e-telebe vasitəsilə müraciətlərin qəbulu davam edir

https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu davam edir. Müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq. Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri xahiş olunur.  Qeyd edək ki, 2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili)  üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.

Kimya, biologiya və informatika fənləri üzrə nəticələr 

Kimya, biologiya və informatika fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub.   Qaliblərin siyahısı və final turunun nəticələri ilə www.olimpiada.edu.az saytından tanış ola bilərsiniz.   Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.

e-telebe vasitəsilə müraciətlərin qəbulu müddəti uzadılır

https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu müddəti uzadılır. Müraciətlərin qəbulu iyun ayının 11-dək aktiv olacaq.   Sözügedən qrupdan olan tələbələrin güzəştdən yararlana bilməsi üçün müraciətlərini qeyd edilən tarixədək tamamlayıb təsdiq etmələri xahiş olunur.    Qeyd edək ki, 2020-2021-ci tədris ilinin payız (yarımili) semestri üçün təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilən tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur. Belə ki, həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili)  üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq, hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcək.   Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq sistemə müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələr 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı  https://e-telebe.edu.az elektron portalına mütləq qaydada müraciət etməlidirlər.  

“Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda beynəlxalq elmi konfrans

İyunun 4-də iqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların III beynəlxalq elmi konfransı keçirilib. Konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat və Təhsil nazirlikləri, Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holding"in sponsorluğu ilə baş tutub.  Nizami Gəncəvinin 880 illiyinə həsr olunan konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusunda olub.  Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncədə ucaldılan abidəsini, Nizami Gəncəvinin məqbərəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. UNEC magistrlərinin Gəncənin Heydər Əliyev Mərkəzində təşkil edilən rəsm sərgisi və əl işləri ilə tanışlıq olub.  Konfransda açılış nitqi ilə çıxış edən UNEC-in rektoru Ədalət Muradov  Nizami irsinin iqtisadçılar tərəfindən tədqiqinin iqtisad elminin ən müasir cərəyanlarından olan davranış iqtisadiyyatı və institusional iqtisadiyyat, eləcə də dövlətin iqtisadi proseslərdə iştirakı istiqamətində yeni konseptual ideyaların ortaya çıxarılması üçün əhəmiyyətli nəticələr verə biləcəyini bildirib.   Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışıb. Nazir bildirib ki, tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur  və bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir. Emin Əmrullayev son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqalələrin sayında dəyişiklik nəzərə çarpdığını da deyib və əlavə edib ki, bu sayı daha da artırmaq lazımdır.  İqtisadiyyat naziri Mikayıl Cabbarov innovativ iqtisadiyyatın təhsil sistemi ilə bağlılığına diqqət çəkib, UNEC-də keçirilən elmi konfransların bu istiqamətdə təqdirəlayiq olduğunu deyib. Dövrün qlobal çağırışlarından, sosial-iqtisadi inkişaf və inkişafın dayanıqlığını təmin edən amillərdən söz açan nazir IV sənaye inqilabının ölkə iqtisadiyyatı qarşısında yeni yanaşmalar ortaya qoyduğunu, Azərbaycanın hərb meydanında qazandığı qələbənin təməlində güclü iqtisadiyyatın dayandığını deyib.  Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov  da çıxışında “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunan beynəlxalq konfransın Azərbaycan təhsilinə böyük töhfələr verməklə yanaşı, Nizami yurdunun dünyada tanıdılması baxımından böyük rol oynayacağını diqqətə çatdırıb. “PAŞA Holding” Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Cəlal Qasımov holdinq tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən söz açıb.  Çıxışlardan sonra Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi İrsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzusunda videoməruzələri dinlənilib. Sonda konfransın təşkilatçılarına göstərdikləri dəstəyə görə UNEC tərəfindən təşəkkür plaketləri təqdim olunub. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Qeyd edək ki, iyunun 7-dək davam edəcək konfransın bölmə iclaslarında 34 ölkədən 700-ə yaxın iştirakçının 66 bölmədə  444  və  16 “Workshop”da 65 məruzələri dinləniləcək, ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə ediləcək. Konfransın məruzələr kitabı Harvard, Oksford, Yale, Stanford, Prinston, Kolumbiya, Toronto, Çikaqo, Duke və digər aparıcı universitetlərin, eləcə də “Royal Danish Library”, “British Library”, “Biblioteque Nationale de France” kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı