• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsil müəssisələrində çalışan müəllimlərin daimiləşmə nəticələri

Peşə təhsil müəssisələrində çalışan ümumtəhsil fənn müəllimlərinin müddətsiz müqavilə ilə daimiləşməsi üzrə müsahibə mərhələsi başa çatıb. Onlayn təşkil edilən müsahibə mərhələsində müvafiq fənlər üzrə ümumilikdə 31 ümumtəhsil fənn müəllimi iştirak edib. Seçim zamanı namizədin ixtisas, pedaqoji və tədris ilə bağlı bilik və bacarıqları qiymətləndirilib. Müsahibədə uğur qazanmış 26 müəllim ilə peşə təhsil müəssisələri tərəfindən müddətsiz əmək müqaviləsinin bağlanılmasına dair müsbət rəy verilib. Müsahibənin nəticələri barədə müvafiq məlumatlar namizədlərə “SMS” bildiriş vasitəsilə təqdim olunub.

Respublika turnirinin final mərhələsi davam edir

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan voleybol idman növü üzrə final yarışı keçirilib.   “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında təşkil olunan yarışda hər zonadan  I və II yer üzrə final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri, Abşeron, Qusar, Ağdam, Göyçay, Ağsu, Xəzər, Xətai, Cəlilabad, Masallı, Kürdəmir, Saatlı rayonlarının komandaları mübarizə aparıb.   Yarışda I yerə Cəlilabad rayonu, II yerə Masallı rayonu, III yerə Kürdəmir rayonunun komandaları layiq görülüb.   Olimpiya sistemi üzrə 6 zonada keçirilən turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edib.   Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında  keçirilən yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edir.     Qeyd edək ki, turnirin keçirilməsində məqsəd  şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.   Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

İntihar və intihara cəhd edilməsi hadisələri ilə əlaqədar konfrans keçirilib

İyunun 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə intihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar çoxsaylı dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.   Tədbiri giriş sözü ilə açan baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ardıcıl islahatların aparıldığını, vətəndaşların maddi rifah halının yaxşılaşdığını, sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını qeyd edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna təşəbbüsü nəticəsində əhalinin bütün təbəqələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Qeyd edilib ki, intihar və intihara cəhd edilməsi hadisələrinin digər dövlətlərlə müqayisədə ölkəmizdə dəfələrlə az baş verməsinə baxmayaraq, bu kimi halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə müvafiq dövlət qurumlarının yaxından iştirakı ilə zəruri qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.   Konfransda çıxış edən təhsil naziri Emin Əmrullayev yeniyetməlik dövründə intihar hallarının minimuma endirilməsinin tədris prosesinin əsas istiqamətlərindən birini təşkil etdiyini qeyd edərək ölkədə aparılan təhsil siyasətinin başlıca məqsədinin təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi olduğunu diqqətə çatdırıb.   Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu kimi hadisələrin qarşısının alınması istiqamətində müvafiq dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti ilə təxirəsalınmaz tədbirlərin görülməsinin önəmini bildirib.    Bundan sonra Milli Məclisin, Baş Prokurorluğun, Ədliyyə, Daxili İşlər, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının məsul əməkdaşları intiharların qarşısının alınması, bu kimi halları doğuran faktorlar və onların aradan qaldırılmasına dair məruzələrlə çıxış edib, mövzu ətrafında faydalı fikir mübadiləsi aparılmaqla intihar hadisələrinin ictimailəşməsində mətbuat orqanlarının daha həssas fəaliyyətinin önəmi xüsusi qeyd edilib.   Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış “İntihar və özünü öldürmə həddinə çatdırma, sosial fenomen və cinayət” adlı kitabın təqdimatı keçirilib.   Konfransın yekununda aidiyyəti qurumların iştirakı ilə intihar hadisələrin baş verməsinin minimuma endirilməsi istiqamətində qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq qurumlararası İşçi Qrupun yaradılması qərara alınıb.

Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib

İyunun 23-də ölkə Prezidenti cənab İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.    Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Təhsil Nazirliyinin 6 əməkdaşı da var.   Sərəncama əsasən, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Aparat rəhbərinin müavini Yaqub Piriyev, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Gülarə Xudiyeva “Tərəqqi” medalı, Hesabatvermə və icraya nəzarət sektorunun baş məsləhətçisi Zöhrab Kəlbəliyev, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin baş məsləhətçisi Suriyyə Nağıyeva "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.   Təltifə layiq görülən əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.   https://president.az/articles/52235

Təhsil naziri Bakı Ali Neft Məktəbində olub

İyunun 22-də təhsil naziri  Emin Əmrullayev Bakı Ali Neft Məktəbini (BANM) ziyarət edib. İlk olaraq Bakı Ali Neft Məktəbinin tədris kampusuna, Ali Məktəbin maddi-texniki bazasına, sosial infrastrukturuna baxış keçirilib. Təhsil naziri BANM-da yaradılmış tədris şəraiti və tədqiqat mühiti ilə yaxından tanış olub, tədris otaqlarına, tədqiqat laboratoriyalarına baxış keçirib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədris şəraiti, tələbələrə yaradılan imkanlar, həyata keçirilən tədqiqat işləri barədə nazirə ətraflı məlumat verib. Daha sonra Emin Əmrullayev BANM-ın tələbə, professor-müəllim heyəti ilə görüşüb. Bakı Ali Neft Məktəbində yaradılan tədris mühitindən məmnunluğunu ifadə edən təhsil naziri bildirib ki, illərdir bu təhsil müəssisəsi qəbul göstəriciləri, Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyub saxlayır. Təhsil üçün yaradılan şərait intellektual kontingentə tam uyğundur. Bu o deməkdir ki, Azərbaycanda təhsil alıb, savadlı, bacarıqlı olmaq üçün hər bir şərait yaradılıb. Tələbələrə savad, biliklə yanaşı, bacarıqların da aşılanmasının tərəfdarı olduğunu diqqətə çatdıran təhsil naziri yerli əmək bazarında kadr potensialının gücləndirilməsi üçün BANM-da yeni ixtisasların açılmasının vacibliyini vurğulayıb. Rektor Elmar Qasımov da öz növbəsində rəhbərlik etdiyi təhsil müəssisəsinin yüksəkixtisaslı, ingilisdilli kadr yetişdirmək missiyasını bundan sonra da uğurla davam etdirəcəyini qeyd edib. Daha sonra Emin Əmrullayev distant təhsil, əlavə ixtisas dərslərinin alınması, tələbə və şagirdlərin biliyinin qiymətləndirilməsi metodologiyası, buraxılış, qəbul, semestr imtahanları və digər mövzularda sualları cavablandırıb.   Sonda Emin Əmrullayevə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi təqdim olunub.

Sabahdan məktəb seçimi başlayır

24 iyun saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start veriləcək.   Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.   Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Şagirdlərin dərsliklərə dair fikirləri öyrənilir

2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə etmiş şagirdlərin fikirlərinin öyrənilməsi prosesi davam edir.   Bu məqsədlə “Virtual məktəb” platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib. Hər bir dərslik üzrə sorğuya daxil olaraq  irad və təklifləri yazmaq mümkündür.    Qeyd edək ki, Təhsil Nazirliyi şagirdləri bu il ilk dəfə olaraq keçirilən sorğuda yaxından iştiraka dəvət edir.

Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb. Müsahibə mərhələsində ümumilikdə 77 namizəd iştirak edib. Hazırda müsahibə nəticələrinin təhlili prosesi aparılır. İyul ayının əvvəlində müsahibənin yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcək.   Qeyd edək ki, sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndirilib.

Elektron ərizələrin yoxlanılması başa çatıb

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin yoxlanılması prosesi başa çatıb. Elektron ərizələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Ərizələr emal edildikdən sonra 59 171 namizədin ərizəsi qəbul olunaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Qeyd edək  ki, 4-11 iyun tarixlərində həyata keçirilən bu mərhələdə 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib. Növbəti mərhələdə test imtahanının qrafiki ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

SABAH qruplarında müəllim işləmək istəyənlər üçün son gün

İyunun 22-də Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar elan edilmiş müsabiqənin qeydiyyat mərhələsi başa çatır. Müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 00:00-dək müraciət formasını doldurmalıdırlar.      Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.   Qeyd edək ki, müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər.   Müsabiqə barədə ətraflı məlumatı bu linkə https://bit.ly/2SBjQXC  daxil olaraq əldə edə bilərsiniz.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı