• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Elektron ərizələrin yoxlanılması başa çatıb

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi üzrə elektron ərizələrin yoxlanılması prosesi başa çatıb. Elektron ərizələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Ərizələr emal edildikdən sonra 59 171 namizədin ərizəsi qəbul olunaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.


Qeyd edək  ki, 4-11 iyun tarixlərində həyata keçirilən bu mərhələdə 60 627 namizəd elektron ərizəsini tamamlayaraq müraciətini təsdiqləyib.


Növbəti mərhələdə test imtahanının qrafiki ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


3 il əvvəl