• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Məktəb inspektoru” vəzifəsi üzrə müsabiqə davam edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəb inspektoru” vəzifəsi üzrə elan edilən müsabiqə davam edir.  Sözügedən vakansiya üzrə namizədlər üçün müəyyənləşdirilmiş tələblər aşağıdakı kimidir: · Ali təhsil; · Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər; · Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır); · Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı; · Yüksək səviyyədə Azərbaycan dili biliyi; · “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı; · Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı; · Analitik, strateji düşünmə və problem həlletmə bacarığı; · Monitorinq və qiymətləndirmə bacarığı; · Təşkilatçılıq bacarığı; · Komandada işləmə bacarığı; · Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı; · Minimum yaş həddi - 30 yaş.   Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 iyul 2021-ci ildir.   Qeyd edək ki, vakansiya ilə bağlı daha ətraflı məlumatla müvafiq linkə (https://bit.ly/35D3m4e) daxil olaraq tanış ola bilərsiniz.

SABAH qruplarına tələbə seçimi davam edir

2021-2022-ci tədris ili üzrə SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi davam edir.   Müsabiqədə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.   Qeyd edək ki,  yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirak hüququ var.   Müsabiqə barədə daha ətraflı məlumatla müvafiq linkə (https://bit.ly/3gMs4EF)  daxil olaraq tanış ola bilərsiniz.

Şahmat məktəbinin yeni binası istifadəyə verilib

İyunun 24-də Respublika şahmat məktəbinin yeni binasının açılışı və məktəbli şahmatçılar arasında 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunan turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva,  Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Qarabağ qaziləri, tanınmış şahmatçılar iştirak ediblər. İlk olaraq təhsil naziri Emin Əmrullayev qonaqlarla birgə məktəbdə yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, məktəbin binası 27 məşğələ, 2 kompüter və 4 müəllim otağı, 1 akt zalı,  1 idman zalı, 1 yarış zalından ibarətdir. Yeni istifadəyə verilmiş binada şahmat idman növü üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi nəzərdə tutulur. Daha sonra Silahlı Qüvvələr Gününün qeyd edilməsi ilə əlaqədar məktəbli şahmatçılar arasında keçirilən turnirin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.      Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev əvvəlcə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbirdə iştirak edən Qarabağ qazilərini təbrik edib, 44 günlük Vətən müharibəsinin Zəfərlə nəticələnməsində ordumuzun roluna diqqət çəkib. Təhsil naziri çıxışında son dövrlərdə təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb, şahmat idman növünün məktəblilərdə intellektin inkişaf etdirilməsi ilə yanaşı qətiyyətliliyin formalaşmasında əhəmiyyətindən danışıb, qalibləri təbrik edib. Daha sonra çıxış edənlər yeni istifadəyə verilən binada yaradılan şəraitdən, bu kimi tədbirlərin istedadlı şahmatçıların üzə çıxarılması və inkişaf etdirilməsində müsbət təsirindən, məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsinin, idmana cəlb olunmalarının vacibliyindən danışıb, qalib şahmatçılara uğurlar arzulayıblar. Çıxışlardan sonra dörd nominasiya üzrə turnirin qalibləri təltif olunub, onlara diplom və medallar təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbərliyi arasında görüş keçirilib.   Görüşün məqsədi Agentliyin fəaliyyəti barədə Şuranı məlumatlandırmaq və onun fəaliyyəti ilə bağlı ictimaiyyətin rəylərini öyrənməkdən ibarət olub.   Görüşdə Agentliyin İdarə Heyətinin sədri Eldar Orucov TKTA-nın fəaliyyəti barədə təqdimat edib və cari il ərzində görülən işlər barədə hesabat verib.   Daha sonra  İctimai Şuranın üzvlərinin ünvanladıqları suallar cavablandırılıb.   Görüşdə Agentliyin fəaliyyət istiqamətlərinə dair rəy və tövsiyələr verilib, ictimaiyyəti maraqlandıran məsələlərə toxunulub.   Sonda TKTA və İctimai Şura arasında əməkdaşlığın davam etdirilməsi qərara alınıb.

“Tullantıdan incəsənətə” sərgisinə ekskursiya təşkil edilib

Bakı Dənizkənarı Bulvarda “NARGIS” Nəşriyyat evi tərəfindən təşkil edilən yararlı tullantı materiallarından hazırlanan sənət əsərləri sərgisinə ekskursiya təşkil edilib. Ekskursiyada Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan futbol idman növü üzrə finala vəsiqə qazanan komandalar iştirak edib.    Ekskursiya zamanı uşaqlara tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantıların sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında ətraflı məlumat verilib.     Qeyd edək ki, sərgidə yararlı tullantı materiallarından hazırlanan 15 sənət əsəri nümayiş olunur. Sərgidə Təhsil Nazirliyinin Respublika Uşaq-gənclər inkişaf mərkəzi ilə “NARGIS” Nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsinin qalibi olmuş Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin Portreti" paneli də yer alıb.

“Vətəndaş müraciətləri” xidmətindən istifadəyə dair videotəlimat

Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə https://portal.edu.az/ platformasına “Vətəndaş müraciətləri” xidməti əlavə olunub. Xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.   Sözügedən xidmətdən yararlana bilmək üçün aşağıdakı videotəlimatı izləyə bilərsiniz.  

46 947 nəfər e-telebe üzərindən müraciət edib

2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az  elektron portalına 46 947 nəfər müraciət edib. Onlardan 34 035 nəfəri ali, 10 883 nəfəri orta ixtisas, 2 029 nəfəri isə peşə təhsili müəssisələrində təhsil alır.   Hazırda müraciətlər üzrə müvafiq təhsil müəssisələri ilə birgə işlər aparılır.   Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə 14 milyon manat ayrılıb.

Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.   25 iyun saat 17:00-da baş tutacaq təlim proqramı “Müqavilələrin idarəolunması proseduru” mövzusuna həsr edilib. Təlimçi qeyd olunan Dövlət Proqramı çərçivəsində Fransanın Strasburq Universitetinin hüquq ixtisası üzrə magistratura pilləsindən məzun olan Maarifə Paşayevadır.    Təlimdə iştirak etmək üçün müvafiq link  https://cutt.ly/xn82hOH  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.   Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Məktəb seçimi başlayır

24 iyun saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start verilir.   Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.   Bundan başqa, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş, müsahibədən uğurla keçmiş və avtomatik olaraq proqram təminatı vasitəsilə birinci sinfə yerləşdirilən uşaqların valideynləri ( qanuni nümayəndə) fərqli məktəb və sinif seçə bilərlər. Bunun üçün qeyd edilən tarixdən etibarən “Şəxsi kabinet”ə daxil olaraq sorğunu silib yeni sorğu yaratmaq mümkündür.

Təltifetmə mərasimi keçirilib

İyunun 23-də Təhsil Nazirliyinin təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə təhsil işçilərinin vaksinasiya prosesinin təşkilində iştirak edən “Məktəblinin dostu” layihəsinin əməkdaşları və məktəb direktorlarının mükafatlandırılması mərasimi keçirilib.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Mərasimdə təhsil naziri Emin Əmrullayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və digər qonaqlar iştirak ediblər.   Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin əməkdaşlarının vaksinasiya prosesinin təşkilində fəaliyyətini yüksək qiymətləndirib. Nazir pandemiya dövründə  “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə aparılan xüsusi iş prosesindən də geniş söz açıb.    Emin Əmrullayev sonda təltif edilən əməkdaşları təbrik edib, məktəblinin dostlarına iş fəaliyyətlərində uğurlar arzulayıb.   Çıxış edən Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil işçilərinin vaksinasiyada fəal iştirakı peyvəndləmə prosesinin uğurla həyata keçirilməsinə öz töhfəsini verib. Zaur Əliyev təlim-tədris prosesinin fasiləsiz təmin olunması üçün vaksinasiya işinin bu cür yüksək səviyyədə təşkilinin təqdirəlayiq olduğunu deyib.   Daha sonra təhsil işçilərinin vaksinasiya prosesinin təşkilində iştirak edən 44 məktəblinin dostu, 10 heyət üzvü, 13 direktora sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı