• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İntihar və intihara cəhd edilməsi hadisələri ilə əlaqədar konfrans keçirilib

İyunun 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə intihar və intihara cəhd edilməsi hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə əlaqədar çoxsaylı dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.

 

Tədbiri giriş sözü ilə açan baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ardıcıl islahatların aparıldığını, vətəndaşların maddi rifah halının yaxşılaşdığını, sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını qeyd edərək Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna təşəbbüsü nəticəsində əhalinin bütün təbəqələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Qeyd edilib ki, intihar və intihara cəhd edilməsi hadisələrinin digər dövlətlərlə müqayisədə ölkəmizdə dəfələrlə az baş verməsinə baxmayaraq, bu kimi halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə müvafiq dövlət qurumlarının yaxından iştirakı ilə zəruri qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.

 

Konfransda çıxış edən təhsil naziri Emin Əmrullayev yeniyetməlik dövründə intihar hallarının minimuma endirilməsinin tədris prosesinin əsas istiqamətlərindən birini təşkil etdiyini qeyd edərək ölkədə aparılan təhsil siyasətinin başlıca məqsədinin təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi olduğunu diqqətə çatdırıb.

 

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu kimi hadisələrin qarşısının alınması istiqamətində müvafiq dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti ilə təxirəsalınmaz tədbirlərin görülməsinin önəmini bildirib. 

 

Bundan sonra Milli Məclisin, Baş Prokurorluğun, Ədliyyə, Daxili İşlər, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının məsul əməkdaşları intiharların qarşısının alınması, bu kimi halları doğuran faktorlar və onların aradan qaldırılmasına dair məruzələrlə çıxış edib, mövzu ətrafında faydalı fikir mübadiləsi aparılmaqla intihar hadisələrinin ictimailəşməsində mətbuat orqanlarının daha həssas fəaliyyətinin önəmi xüsusi qeyd edilib.

 

Tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən hazırlanmış “İntihar və özünü öldürmə həddinə çatdırma, sosial fenomen və cinayət” adlı kitabın təqdimatı keçirilib.

 

Konfransın yekununda aidiyyəti qurumların iştirakı ilə intihar hadisələrin baş verməsinin minimuma endirilməsi istiqamətində qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq qurumlararası İşçi Qrupun yaradılması qərara alınıb.


3 il əvvəl