• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tədris digər dillərdə aparılan birinci siniflərə məktəb seçiminin tarixi

24 iyun saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start veriləcək.   Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.   Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılır. Birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp” hesabı da fəaliyyət göstərir. Vətəndaşlar sözügedən “Whatsapp” platforması vasitəsilə I sinfə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.      “Whatsapp” nömrə: (+994) 51 206 78 48

Yeniyetmə idmançılardan Avropa çempionatında yüksək nəticə

Bolqarıstanın Samokov şəhərində keçirilmiş yeniyetmələrin sərbəst və Yunan-Roma güləşi üzrə Avropa çempionatında yığma komandanın  tərkibində Təhsil Nazirliyinin tabeliyindəki uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri uğurla çıxış ediblər. Belə ki, Yunan-Roma güləşi üzrə keçirilən yarışlarda birinci yerə çıxan yığma komandamızın tərkibində “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Fərid Xəlilov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Sərbəst güləş idman növü üzrə “Təhsil”  Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri Musa Verdiyev, Cavid Cavadov və Əbdülrəhman İbrahimov Avropa çempionatının gümüş, Abşeron Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Zenfira Həşimova isə yeniyetmə qızlar arasında Avropa çempionatının bürünc medalına layiq görülüb.

“Yay məktəbi”nə mediatur təşkil edilib

İyunun 21-də Sumqayıt şəhər 9 və 25 nömrəli tam orta məktəblərə “Yay məktəb”i çərçivəsində mediatur təşkil edilib.   Mediaturun təşkilində məqsəd media nümayəndələrini bu ildən ümumi təhsil müəssisələrində təşkil edilən “Yay məktəbi” çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.   Mediatur iştirakçıları hər iki “Yay məktəbi”ndə yaradılmış şəraitlə tanış olub, tədris prosesinin gedişatını izləyib, müəllim və şagirdlərlə söhbət aparıblar.   “Yay məktəbi” çərçivəsində şagirdlərə keçirilən ustad dərsləri də izlənilib. Ustad dərslərində 31-ci beynəlxalq biologiya olimpiadasının qalibi Mətin Muradlı və “Buglance” şirkətinin təsisçisi və direktoru, startapçı gənc sahibkar Toğrul Səməd iştirak edib.   Mətin Muradlı şagirdlərlə görüşdə olimpiadalara hazırlıq prosesindən danışıb, uğur sirrini onlarla bölüşüb. Toğrul Səməd öz növbəsində maliyyə savadlılığından söz açıb, məktəbdən sonra müstəqil həyata atılan addımların düzgün ölçülməsi ilə bağlı təcrübələrini bölüşüb.   Daha sonra şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.   Mediatur iştirakçılarına məlumat verilib ki, “Yay məktəbi”ndə I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib və iyunun 30-dək davam edəcək.   Sonda mediatur iştirakçılarını maraqlandıran digər suallar cavablandırılıb.

“Məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edilir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “Məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir. Sözügedən vakansiya üzrə namizədlər üçün müəyyənləşdirilmiş tələblər aşağıdakı kimidir:   · Ali təhsil; · Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər; · Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır); · Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı; · Yüksək səviyyədə Azərbaycan dili biliyi; · “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı; · Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı; · Analitik, strateji düşünmə və problem həlletmə bacarığı; · Monitorinq və qiymətləndirmə bacarığı; · Təşkilatçılıq bacarığı; · Komandada işləmə bacarığı; · Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı; · Minimum yaş həddi - 30 yaş.   Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 iyul 2021-ci ildir.   Qeyd edək ki, vakansiya ilə bağlı daha ətraflı məlumatla müvafiq linkə (https://bit.ly/35D3m4e) daxil olaraq tanış ola bilərsiniz.

III, VII, X sinif şagirdlərinin dərsliklərə dair fikirləri öyrənilir

2022-2023-cü tədris ilinə ölkənin ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün təkmilləşdiriləcək dərsliklərə dair bu il həmin dərsliklərdən istifadə etmiş şagirdlərin fikirlərinin öyrənilməsi prosesinə başlanılıb.   Bu məqsədlə “Virtual məktəb” platformasında dərsliklərlə bağlı sorğu yerləşdirilib. Hər bir dərslik üzrə sorğuya daxil olaraq  irad və təklifləri yazmaq  mümkündür.    Qeyd edək ki, Təhsil Nazirliyi bu il ilk dəfə olaraq şagirdlərin fikirlərini öyrənməyi planlaşdırır və onları bu sorğuda yaxından iştiraka dəvət edir.

Direktorların işə qəbulu üzrə müsahibələrə start verilir

İyunun 21-dən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir.   İlkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.   Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyasında təşkil ediləcək.   Qeyd edək ki, hər günün sonunda Təhsil Nazirliyinin rəsmi internet saytındakı müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub olmadıqları barədə məlumatla tanış olmaq imkanı əldə edəcəklər.   Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (təhsil haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.   Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzulayır!

Respublika turnirinin final mərhələsi

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan atletika idman növü üzrə final yarışı keçirilib.   Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışda hər zonadan  I və II yer üzrə final mərhələsinə vəsiqə qazanan 12 komanda - Bərdə rayonu, Gəncə şəhəri, Balakən rayonu, Oğuz rayonu, Nərimanov rayonu, Xətai rayonu, Masallı rayonu, Salyan rayonu, Ucar rayonu, Sabirabad rayonu, Quba rayonu, Şabran rayonun məktəbliləri mübarizə aparıb.   Yarışda I yerə Bərdə  rayonu, II yerə Balakən rayonu, III yerə Gəncə şəhərinin komandası layiq görülüb.   Olimpiya sistemi üzrə 6 zonada keçirilən turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edib.   Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında  keçirilən yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edir.     Qeyd edək ki, turnirin keçirilməsində məqsəd  şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.   Turnir xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.

SABAH qruplarına tələbə seçimi davam edir

2021-2022-ci tədris ili üzrə SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi davam edir.   Müsabiqədə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.   Qeyd edək ki,  yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslərin müsabiqədə iştirak hüququ var.   Müsabiqə barədə daha ətraflı məlumatla müvafiq linkə (https://bit.ly/3gMs4EF)  daxil olaraq tanış ola bilərsiniz.

V qrant müsabiqəsinə təqdim edilmiş layihələr təhlil edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə daxil olmuş layihə təkliflərinin texniki ekspertiza mərhələsi yekunlaşıb. Müsabiqəyə təqdim edilmiş 971 layihədən 970-i bu mərhələdən uğurla keçib.  Hazırda texniki ekspertizadan keçmiş layihələrin qiymətləndirilməsi aparılmaqdadır. Müsabiqəyə marağın və müraciət sayının ilbəil artmasını nəzərə alaraq, cari ildə prosedurlara yenilik edilərək, qiymətləndirmə zamanı yaranmış sualların aydınlaşdırılması üzrə layihə müəllifləri ilə onlayn görüşlərin keçirilməsinə başlanılıb.  Qaliblərin müəyyənləşdirilməsi prosesinin iyul ayında yekunlaşacağı gözlənilir.

3 azərbaycanlı gənc Rumıniyada təhsil imkanı qazanıb

2021-2022-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 3 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.   Qalib namizədlər Rumıniyanın “Bucharest University of Economic Studies”, “University of Bucharest” və “University Oil Gas Ploieşti” ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində psixologiya, sosial elmlər, mədən, neft və qaz ixtisasları üzrə təhsil alacaqlar.   Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaq. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.   Müvafiq təqaüd proqramı barədə elan 4 mart 2021-ci il tarixində verilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı