• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib

İyulun 6-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomların təqdimetmə mərasimi keçirilib.   Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko, təhsil naziri Emin Əmrullayev, Azərbaycan səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev və digər rəsmi şəxslər tədbirdə iştirak ediblər. Əvvəlcə ali məktəbin tarixi və fəaliyyəti haqqında film nümayiş etdirilib.   Universitetin Bakı filialının rektoru Əziz Əliyev bu ali təhsil ocağının yaranma tarixi barədə məlumat verib. Rektor deyib ki, filialın ilk məzunları olan 87 nəfərdən 15-i ali məktəbi fərqlənmə diplomu ilə bitirib, onlardan üçü isə medalla təltif edilib.   Mərasimdə iştirak edən Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko universitetin klinik bazasında, Seçenov Universitetinin Bakı filialının Təlim-Simulyasiya Mərkəzi ilə tanış olduğunu qeyd edib və bu ali məktəbdə yaradılmış şəraiti yüksək qiymətləndirib. Mixail Muraşko Bakı filialında tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq deyib ki, məzunların təxminən 20 faizi fərqlənmə diplomu alıb.    Təhsil naziri Emin Əmrullayev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Azərbaycanda fəaliyyət göstərən ilk xarici tibbi ali məktəb olduğunu qeyd edib. Nazir bildirib ki, bu ali məktəb 6 illik fəaliyyəti dövründə Azərbaycanın təhsil sistemində layiqli yer tutub. Məzunları təbrik edən təhsil naziri bildirib ki, məzunlar bu ali məktəbdə təhsil almaqla yüksək ixtisas qazanmış olublar.   Azərbaycan səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev səhiyyə və tibb elmi sahələrində Azərbaycan və Rusiya arasında əməkdaşlıq barədə ətraflı danışıb. Teymur Musayev ali məktəbin məzunlarını və professor-müəllim heyətini təbrik edərək bugünkü məzunların Azərbaycan təbabətinin inkişafına töhfə verəcəklərinə və tanınmış həkimlər olacaqlarına əminliyini ifadə edib.    İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko bildirib ki, bu filialın açılması Rusiya ilə Azərbaycan arasında tarixi əlaqələr, dövlətlərimizin rəhbərlərinin siyasi qətiyyəti, ali məktəbin məzunu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sayəsində mümkün olub.    Tədbirdə məzunlar Hippokrat andı içiblər.   Sonda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib.

“Pandemiya dövrü üçün ümumi təhsil pilləsinə aid resurslar” adlı rubrika

Təhsil İnstitutunun (ARTİ) rəsmi internet səhifəsində “Pandemiya dövrü üçün ümumi təhsil pilləsinə aid resurslar” adlı rubrika yaradılıb. Rubrikada məktəb direktorları, müəllimlər və valideynlər də daxil olmaqla müxtəlif hədəf qrupları üçün çoxsaylı resurs hazırlanaraq yerləşdirilib.   Belə ki, müəllimlər üçün psixi sağlamlıq və psixososial dəstəklə bağlı "Şagirdlərə psixososial dəstəyin göstərilməsinə dair müəllimlər üçün tövsiyələr" (https://bit.ly/3ysbHnP)  və "Şagirdləri öyrənməyə təşviq edən strategiyalar: müəllimlər üçün tövsiyələr"(https://bit.ly/3dP0TrT)  adlı 2 tövsiyə hazırlanıb.   Rubrikada "Valideynlər üçün uşaqlara psixososial dəstək göstərməklə bağlı təlimat" (https://bit.ly/3dMzUNU) da yerləşdirilib.   Bununla yanaşı, ARTİ-nin rəsmi internet səhifəsinin “Media” bölməsinin “Video” hissəsində valideynlər üçün əlavə olaraq “Valideyn münasibətlərinin uşaq şəxsiyyətinin formalaşmasında rolu”, “Oyunların uşaq inkişafında rolu”, “Valideynlik məktəbi – Şərafət Şirinli” və “Valideynlik məktəbi – Erkin Rəhimov” adlı 4 videotəlimat hazırlanaraq yerləşdirilib. Video formatda olan bu resurslar ARTİ-nin “Youtube” kanalında da öz əksini tapıb.

Test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu

İyulun 6-dan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna başlanılır. İmtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.   Qeyd edək ki, 5 iyul tarixində fizika və informatika fənni üzrə keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 14:00-dan etibarən qəbul olunacaq.

Test imtahanı mərhələsinin ikinci günü

İyulun 6-da informatika fənni üzrə işə qəbul imtahanları keçirilir.   Bu gün 3000-dən çox namizədə imtahanda iştirak üçün dəvət göndərilib.   Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə 5 iyuldan start verilib və imtahanlar ölkə üzrə 11 imtahan mərkəzində keçirilir.

“Məktəb inspektoru” vakansiyası üzrə namizədlərin seçimi davam edir

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəb inspektoru” vakansiyası üzrə yazılı imtahan keçirilib. İmtahan 30 iyun tarixinədək müraciət etmiş və vakansiya tələblərinə uyğun hesab edilən namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə təşkil olunub.   70 dəqiqə davam edən imtahanda 127-si qadın, 73-ü kişi olmaqla, ümumilikdə 200 nəfər iştirak edib. İmtahan nəticələri 14 iyul tarixinədək elan ediləcək və bu mərhələdə uğurlu nəticə əldə edən şəxslər müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.   Qeyd edək ki, sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul tarixinədək davam edəcək.  Həmin tarixədək müraciət etmiş və vakansiya tələblərinə uyğun hesab edilən yeni namizədlər üçün cari ayın sonunadək yazılı imtahan təşkil olunacaq.   

Təhsilalanların könüllülük fəaliyyətinə təşviqi mövzusunda qrant müsabiqə

Təhsil Nazirliyi 2021-ci il üçün “Gənclərin öz potensialını üzə çıxarması, ölkədə və xaricdəki həmyaşıdları ilə qarşılıqlı əlaqələr qurulması, ölkə əhəmiyyətli tədbirlərdə iştirak edərək təcrübə qazanması məqsədilə təhsilalanların könüllülük fəaliyyətinə təşviqi” mövzusunda qrant müsabiqəsi elan edir.   Müsabiqənin təşkilində məqsəd tələbələr arasında könüllülüyün təbliği, könüllülərin sayının və əhatəliliyinin artırılması, təşkilatlanma və özünü inkişaf tədbirlərinin genişləndirilməsindən ibarətdir.   Müsabiqədə iştirak üçün müraciət sənədləri 7– 27 iyul 2021-ci il tarixlərində elektron formada  konullu@edu.gov.az elektron poçt ünvanına göndərilməlidir.   Layihələrin qəbulu üçün son müddət 27 iyul 2021-ci il, saat 21:00 müəyyənləşdirilib.   Müsabiqə barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.      

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 5 iyul

Müəllimlərin işə qəbulu imtahanlarının ilk günü - Fotolent

İnklüziv siniflərin sayı artırılır

2021-2022-ci tədris ilində inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsi genişləndiriləcək.   Təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən, növbəti tədris ilində  Bakı şəhəri 246 nömrəli və Quba şəhəri 2 nömrəli məktəb-liseylərdə, Gəncə şəhəri 39, Sumqayıt şəhəri 4 və 21, Şirvan şəhəri 10, Qazax şəhəri 2 və Şəki şəhəri 12 nömrəli tam orta məktəblərdə inklüziv siniflərin təşkili nəzərdə tutulub.   Əmrə əsasən, yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etməlidirlər.   İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Lisey və gimnaziya seçimi başa çatır

İyulun 5-də mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, lisey və gimnaziya seçim prosesi başa çatır. Proses 17:00-dək aktiv olacaq.     Qeyd edilmiş tarixdən sonra seçim etmək mümkün olmayacaq.   Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək.   Nəticələr iyulun 9-da şəxsi kabinetlərə göndəriləcək. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı