SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Məktəb inspektoru” vakansiyası üzrə namizədlərin seçimi davam edir
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəb inspektoru” vakansiyası üzrə yazılı imtahan keçirilib. İmtahan 30 iyun tarixinədək müraciət etmiş və vakansiya tələblərinə uyğun hesab edilən namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə təşkil olunub.
70 dəqiqə davam edən imtahanda 127-si qadın, 73-ü kişi olmaqla, ümumilikdə 200 nəfər iştirak edib. İmtahan nəticələri 14 iyul tarixinədək elan ediləcək və bu mərhələdə uğurlu nəticə əldə edən şəxslər müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.
Qeyd edək ki, sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul tarixinədək davam edəcək. Həmin tarixədək müraciət etmiş və vakansiya tələblərinə uyğun hesab edilən yeni namizədlər üçün cari ayın sonunadək yazılı imtahan təşkil olunacaq.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl