• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xaricdə təhsil üzrə keçirilən müsahibələrin komissiya üzvləri "Təşəkkürnamə" ilə təltif ediliblər

İyulun 7-də təhsil nazirinin müavini Muxtar Məmmədovun iştirakı ilə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Macarıstan, Çin, Rumıniya və digər ölkələrin Azərbaycan vətəndaşları üçün ayırdığı təqaüd kvotaları, eyni zamanda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili məqsədilə keçirilən müsahibələrdə xüsusilə fərqlənən komissiya üzvlərinə “Təşəkkürnamə”lərin təqdim olunması ilə bağlı onlayn görüş keçirilib.   Görüşə müsahibə komissiyasının tərkibində iştirak etmiş bir sıra dövlət qurumlarının və müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri qatılıb.    Görüşdə bəzi komissiya üzvləri müsahibələr zamanı əldə etdikləri təcrübələri və müsahibə proseslərinə dair öz təəssürratlarını bölüşüblər.   Qeyd edək ki, sözügedən istiqamətlər üzrə xaricdə təhsil məqsədilə hər il Təhsil Nazirliyi tərəfindən müsahibələr keçirilir. 

Elektron arayışlar xidməti istifadəyə verilib

İyulun 7-də https://portal.edu.az/ platformasında elektron arayışlar xidməti istifadəyə verilib. Bu xidmət vasitəsi ilə arayışları almaq artıq daha sürətli və rahat olacaq. İstifadəçilər aşağıdakı arayış növlərini elektron formada əldə edə biləcəklər: Ali təhsil pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); Orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); Peşə təhsili pilləsində təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); Dövlət proqramı əsasında xaricdə təhsil almaq barədə arayış (hazırda təhsil alanlar); Dövlət proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış; Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış. Sözügedən elektron arayışların alınması proseduru çox sadədir. İlk növbədə https://portal.edu.az/ platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.   Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında (https://edu.gov.az/az/yoxla) İD nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.

Ali Attestasiya Komissiyası və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birgə layihəsinin təqdimatı keçirilib

İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” adlı birgə layihəsinin təqdimatı keçirilib.   Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev,  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, səhiyyə naziri səlahiyyətlərini icra edən, nazirin birinci müavini Teymur Musayev, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri, ali təhsil müəssisələrinin rektorları, elmi müəssisə və təşkilatların direktorları iştirak ediblər.   Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev elmi müəssisə və təşkilatların akkreditasiyası işinin təşkili haqqında danışıb. Ali Attestasiya Komissiyasının sədri məlumat verib ki, dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində dərc edilən məqalələrin sayına görə ölkələrin siyahısında Azərbaycan son dövrlərdə əhəmiyyətli irəliləyişə nail olub. 2014-cü ildə “Web of Science” bazasında dərc edilən elmi işlərin sayı 527 idisə, ötən il bu rəqəm 1787-yə çatıb. Azərbaycan üzrə dərc olunan məqalələrin 93 faizi fizika-riyaziyyat, texnika, Yer, biologiya və tibb elmləri, 7 faizi isə humanitar və ictimai elmlər sahəsinə aiddir. Fazil Mustafayevin sözlərinə görə, elmin inkişafı ölkəmiz üçün son dərəcə vacib və əhəmiyyətli olduğundan bu sahədə görüləcək işlər mütləq digər sahələrdə ölkədə aparılan islahatlarla uzlaşdırılmalıdır.   Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ-nin Azərbaycanda elmin və təhsilin inkişafına göstərdiyi dəstək haqqında ətraflı məlumat verib. Kestutis Yankauskas qeyd edib ki, təhsil və elmi tədqiqat sahəsindəki əməkdaşlıq bilik və təcrübənin sərbəst hərəkəti üçün imkan yaradır və bu da özlüyündə inkişaf etmiş iqtisadiyyat və açıq cəmiyyətin yaranmasında, həmçinin qarşılıqlı anlaşmanın güclənməsində əsas rol oynayır.   Layihə rəhbəri İlkin Nəzərov da öz növbəsində bildirib ki, layihə 3 mərhələdə (hazırlıq, icra və yekun) icra olunacaq. Layihənin 2022-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.   Keyfiyyət təminatı və akkreditasiya üzrə baş ekspert Axim Hopbax təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiyası sahəsində Avropa təcrübəsi haqqında təqdimatla çıxış edib. Bu sahədə Xorvatiya, Almaniya və Çex Respublikasının təcrübəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.   Sonda sual-cavab sessiyası təşkil olunub, müzakirələr aparılıb.   Qeyd edək ki, “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi müəssisələrin akkreditasiya prosesinin gücləndirilməsi” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və “IBF International Consulting” şirkətinin rəhbərlik etdiyi Konsorsium ilə birgə həyata keçiriləcək. Layihənin məqsədi Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq təhsilin doktorantura səviyyəsində daxili və xarici keyfiyyət təminatı prosesinin qurulması və elmi müəssisələrin akkreditasiyası üzrə yeni mexanizmlərin tətbiqini təşkil etməkdir. Bu məqsəd çərçivəsində keyfiyyət təminatı və akkreditasiya ilə bağlı qaydaların hazırlanması, kadrların bacarıqlarının artırılması və akkreditasiya prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur.

Doktoranturaya elektron sənəd qəbulu davam edir

https://portal.edu.az/  platformasında ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir.      Sənəd qəbulunun avqustun 1-də yekunlaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, portal üzərindən tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə bilirlər.

Təhsil naziri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

İyulun 6-da təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Kestutis Yankauskasla onun ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.    Görüşdə ötən müddət ərzində Azərbaycan və Avropa İttifaqı arasında təhsil sahəsində həyata keçirilən birgə layihələrə dair fikir mübadiləsi aparılıb. Emin Əmrullayev təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

I sinfə qəbulla bağlı apellyasiya müraciətlərinə başlanılır

İyulun 5-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrə start verilib. Müsabiqələr 15 iyul tarixinədək davam edəcək.   Övladının müsabiqə nəticəsindən narazı olan valideynlərin apellyasiya müraciətlərini təqdim etmələri üçün Təhsil Nazirliyi tərəfindən mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanı yaradılıb.   Valideynlər iyulun 8-dən 16-dək  mqtn-apellyasiya@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.  

TOPs təlimlərinə yekun vurulub

“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Masallı və Cəlilabad rayonlarının ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib.   Xüsusi karantin rejimi qaydalarına uyğun təşkil edilən təlimlərə Masallı və Cəlilabad rayonlarında fəaliyyət göstərən 220 ümumi təhsil müəssisəsindən 300 nəfərdən çox müəllim cəlb olunub. Fərqli qruplarda TOPs metodologiyası üzrə təşkil olunan 3 günlük praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilib.   Qeyd edək ki, TOPs layihəsi ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Layihə Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə icra edilir.  

İdman liseyinin yetirmələrinin beynəlxalq uğuru

Bakı şəhəri 1 nömrəli idman liseyinin yetirmələri cüdo üzrə gənclərin Avropa Kubokunda və yeniyetmələrin Avropa Kubokunda milli yığma komandanın tərkibində uğurla çıxış ediblər. Liseyin idmançısı Turan Bayramov Portuqaliyanın Koimbra şəhərində gənclər arasında keçirilən 24 ölkədən 306 cüdoçunun iştirak etdiyi yarışda qızıl medala layiq görülüb.  Liseyin digər yetirməsi Aydın Rzayev Çexiyanın Teplisa şəhərində yeniyetmələr arasında keçirilən 28 ölkədən 371 idmançının iştirak etdiyi yarışda gümüş medal qazanıb. 

Müəllimlərin işə qəbulu imtahanları davam edir

İyulun 7-də ibtidai sinif üzrə müəllim olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.    İmtahanlarda 3245 namizədin iştirakı nəzərdə tutulub.    Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 6 iyul

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı