• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Pandemiya dövrü üçün ümumi təhsil pilləsinə aid resurslar” adlı rubrika

Təhsil İnstitutunun (ARTİ) rəsmi internet səhifəsində “Pandemiya dövrü üçün ümumi təhsil pilləsinə aid resurslar” adlı rubrika yaradılıb. Rubrikada məktəb direktorları, müəllimlər və valideynlər də daxil olmaqla müxtəlif hədəf qrupları üçün çoxsaylı resurs hazırlanaraq yerləşdirilib.

 

Belə ki, müəllimlər üçün psixi sağlamlıq və psixososial dəstəklə bağlı "Şagirdlərə psixososial dəstəyin göstərilməsinə dair müəllimlər üçün tövsiyələr" (https://bit.ly/3ysbHnP)  və "Şagirdləri öyrənməyə təşviq edən strategiyalar: müəllimlər üçün tövsiyələr"(https://bit.ly/3dP0TrT)  adlı 2 tövsiyə hazırlanıb.

 

Rubrikada "Valideynlər üçün uşaqlara psixososial dəstək göstərməklə bağlı təlimat" (https://bit.ly/3dMzUNU) da yerləşdirilib.

 

Bununla yanaşı, ARTİ-nin rəsmi internet səhifəsinin “Media” bölməsinin “Video” hissəsində valideynlər üçün əlavə olaraq “Valideyn münasibətlərinin uşaq şəxsiyyətinin formalaşmasında rolu”, “Oyunların uşaq inkişafında rolu”, “Valideynlik məktəbi – Şərafət Şirinli” və “Valideynlik məktəbi – Erkin Rəhimov” adlı 4 videotəlimat hazırlanaraq yerləşdirilib. Video formatda olan bu resurslar ARTİ-nin “Youtube” kanalında da öz əksini tapıb.


3 il əvvəl