• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 8 iyul

"Mən SABAHın məzunuyam" mərasimi keçirilib

İyulun 8-də onlayn şəkildə “SABAH-ın məzunu” mərasimi keçirilib.    Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev və digər rəsmilər, eləcə də ali təhsil müəssisələrinin rektorları, SABAH qruplarının əməkdaşları və tələbələr iştirak ediblər.    Əvvəlcə SABAH qruplarının fəaliyyətini əks etdirən, eləcə də Vətən müharibəsində qələbəmizi təcəssüm edən videoçarxlar nümayiş olunub.   Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev təhsilin inkişafının ölkəmiz üçün bütün dövrlərdə müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Nazir bildirib ki, SABAH qrupları layihəsinin tutduğu yol, ölkəmizin ali təhsil sistemində yeni və müasir təhsil mühiti formalaşdırmaq, ali təhsil müəssisələrinə qəbul olunan savadlı, bacarıqlı tələbələrə öz istedadını reallaşdırmaq üçün platformanı qurmaq məqsədinə xidmət edir.     Emin Əmrullayev çıxışında SABAH qrupları məzunlarının hər il magistratura pilləsinə qəbul, müəllimlərin işə qəbulu və digər indikatorlar üzrə yüksək nəticələr göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Təhsil naziri müəllim ixtisası üzrə məzun olan gənclərin Azərbaycan təhsilinin gələcəkdə yeni simalarına çevriləcəyini, ümumiyyətlə bu dövrdə məzun olacaq tələbələrin zəfər qazanmış Azərbaycanın iqtisadiyyatının və digər sahələrinin inkişafında, fərqli beynəlxalq müstəvidə ölkənin nüfuzunun yeni bir səviyyəyə çatmasında rol oynayacağını xüsusilə vurğulayıb.   Müasir və sürətlə dəyişən dünyada uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini deyən təhsil naziri bu yolda hər bir SABAH məzununa uğurlar arzulayaraq onları təbrik edib.   Tədbirdə SABAH qrupları layihəsinin rəmzi ənənələri- məzun papaqlarının havaya atılması, rəmzi SABAH açarının III kurs tələbələrinə verilməsi kimi videoçarxlar nümayiş olunub.     Tədbirin sonunda SABAH mərkəz rəhbərlərinin və müəllimlərinin təbrikini əks etdirən videoçarxlar göstərilib.   Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 35 ixtisas üzrə 2430-dan çox tələbəni əhatə edir. 2020-2021-ci tədris ilində 759 SABAH məzunu təhsilini başa vurur.

Regionlarda vətəndaşların videoqəbulu davam etdirilir

İyulun 1-dən Təhsil Nazirliyinin strukturuna daxil olan 5 Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən vətəndaşların müraciət, şikayət və təkliflərinin videoqəbul formatında dinlənilməsinə başlanılıb. Videoqəbul həyata keçirən Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin siyahısı aşağıdakı kimidir:  8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Kəlbəcər, Xocalı); 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd); 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Şirvan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Cəbrayıl); 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Masallı, Yardımlı, Cəlilabad); 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Lənkəran, Astara, Lerik).    Videoqəbulun təşkilində əsas məqsəd vətəndaş xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığının təmin edilməsidir. Videoqəbulların keçirilməsi müraciətlərin operativ həlli istiqamətində səmərəlilik qazandırır.   Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Virtual qəbul” bölməsi (https://edu.gov.az/az/contact) vasitəsilə və ya “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər.  Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 avqust 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb. 15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatda təşkil edilir. 19 aprel 2021-ci il tarixindən etibarən mövcud pandemiya şəraiti nəzərə alınaraq regionlarda da (Bakı, Gəncə, Sumqayıt, Quba, Lənkəran) vətəndaşların qəbulu videobağlantı vasitəsilə həyata keçirilir.   

68 ümumi təhsil müəssisəsində qayda pozuntuları aşkarlanıb

26 may-9 iyun tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki ərazisində yerləşən 137 məktəbdə monitorinq aparılıb. Monitorinq Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.   Monitorinq nəticəsində yoxlama aparılmış 68 dövlət məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. Belə ki, 1 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5-nə töhmət verilib, 62-nə isə xəbərdarlıq edilib.   Qeyd edək ki, monitorinqlərin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın qüvvədə olduğu müddət ərzində ölkəmizin müxtəlif regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi nəzərdə tutulur.

Elektron jurnal və gündəlikdən istifadə üzrə təlimlər həyata keçirilir

Ümumi təhsil müəssisələrinin pedaqoji və inzibati-idarəetmə heyəti üçün elektron jurnal və gündəlik platformasından istifadə üzrə onlayn təlimlər həyata keçirilir.   İyunun 21-dən başlayan təlimlərə hazırda 114 nəfər peşəkar təlimçinin iştirakı ilə 13 777 nəfər müəllim və 450 nəfər inzibati-idarəetmə heyətinin əməkdaşları cəlb olunub.   Yeni istifadəyə verilmiş platformanın səmərəli istifadəsinin təşkili məqsədilə keçirilən təlimlərdə müəllimlər elektron jurnal və gündəlik sistemi platformasının əsas bölmələrinin işlənməsi, dərs cədvəlinin tərtib edilməsi, elektron profilin tənzimlənməsi, şagird bölməsi ilə iş mövzularını öyrənirlər. İnzibati-idarəetmə heyəti üçün isə təlimlərdə tədris planına baxış, müvafiq uyğunlaşdırmaların aparılması, fənlər bölməsində aidiyyəti dəyişiklik və əlavələrin edilməsi, platformanın əsas bölmələri ilə iş, şagirdlər səhifəsinin idarə olunması kimi mövzular əhatə olunur.    Təlim proqramını uğurla bitirən iştirakçılara yekunda elektron sertifikatların təqdim edilməsi nəzərdə tutulur.

Vətən müharibəsində iştirak etmiş məktəblinin dostları ilə görüş

İyulun 8-də təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə Vətən müharibəsində iştirak etmiş “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə görüş keçirilib.   Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Vətən müharibəsindəki qalibiyyətimizdən söz açıb. Bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.   “Məktəblinin dostu” layihəsinin əhəmiyyətinə toxunan nazir müavini çıxışının sonunda məktəblinin dostlarının hər birinə Vətən müharibəsində göstərdikləri şücaətə görə təşəkkür edib və onlara uğurlar arzulayıb.   Sonda Vətən müharibəsində iştirak etmiş “Məktəblinin dostu” layihəsinin 9 əməkdaşına hədiyyələr təqdim edilib.

İbtidai sinif üzrə imtahanlar davam edir

İyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.    Bu gün namizədlər ibtidai sinif üzrə keçirilən imtahanlarda iştirak edirlər.   İmtahanlara 3291 namizəd dəvət olunub.    Qeyd edək ki, ibtidai sinif  üzrə imtahanlar 9 və 12 iyul tarixlərində də davam etdiriləcək.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

HTP məzunundan təlim proqramı

“Hökumətlərarası Təqaüd Proqramları“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlərin keçirilməsinə başlanılıb.  10 iyul saat 11:00-da baş tutacaq təlim proqramı “COVID-19 pandemiyasının iqtisadiyyata təsiri: Pandemiya - dünya iqtisadiyyatı üçün təhdid və ya yeni imkanlar?” mövzusuna həsr edilib. Təlimçi HTP proqramı çərçivəsində 2016-2018-ci tədris illəri üzrə Macarıstanda magistratura təhsili almış Xədicə Abdullayevadır.  Təlimdə iştirak etmək üçün müvafiq link   https://forms.gle/PLMhitzgzAmmRCTS7  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür. Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.  

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 7 iyul

Kitab təqdimatı keçirilib 

İyulun 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun “Düzgün qərarın hikməti” və əməkdar müəllim Asif Cahangirovun “Təhsilimiz: dünəndən sabaha” adlı kitablarının təqdimat mərasimi keçirilib.   Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov hər iki müəllifin təhsil sahəsindəki xüsusi rolundan söz açıb və onları təbrik edib.   Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov müəlliflərin Azərbaycanda elmi-pedaqoji fikrin formalaşmasında əvəzsiz fəaliyyətlərinin olmasını qeyd edib.   Tədbirdə çıxış edən Şahlar Əsgərov “Düzgün qərarın hikməti” kitabında ictimai həyatla və təhsillə bağlı mühüm məqalələrin toplandığını bildirib.    Əməkdar müəllim Asif Cahangirov da çıxışında yeni yazdığı “Təhsilimiz: dünəndən sabaha” adlı kitabda təhsil problemləri və islahatlar mövzusuna toxunduğunu deyib.    Təqdimat mərasimində təhsil nazirinin müşaviri Elnur Nəsibov, millət vəkili Etibar Əliyev, ARTİ-nin direktor müavini Ənvər Abbasov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və digər qonaqlar çıxış edərək hər iki kitabın müasir Azərbaycan təhsilinin inkişafına və islahatların sürətlənməsinə verəcəyi töhfələri qeyd ediblər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı