• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə - 9 iyul

Müəllimlərin işə qəbulu imtahanları davam edir – Fotolent

Təhsilalanların köçürülməsi prosesi başlanılır

12 iyul tarixindən tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.   Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu iyulun 26-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.   Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.   Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, I tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək hüququna malikdirlər.   Bununla yanaşı, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.[1]   Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.    Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Xarici ölkə ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır. [1] Bu zaman II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir.

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

İyulun 9-da 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib. KİV nümayəndələrinin iştirakı ilə baş tutan mediatur zamanı imtahanın gedişatı yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsində 59 171 namizəd iştirak hüququ qazanıb. İmtahanların beşinci günündə ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir. Bugünkü imtahanda 3291 namizədin iştirakı gözlənilir. 5-8 iyul tarixlərində keçirilən imtahanlarda 9 628 namizəd iştirak edib. Namizədlərdən 7 nəfər 60 bal toplayaraq ən yüksək nəticə göstərib. Qeyd edək ki, iyulun 5-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları avqustun 2-dək davam edəcək.

Müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənib

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqının hesablanması üçün onlayn kalkulyator xidməti yenilənərək vətəndaşların istifadəsinə verilib.    Bunun üçün Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin “Onlayn kalkulyator” (https://edu.gov.az/calculator) keçidinə daxil olmaq lazımdır. Onlayn kalkulyator xidməti vasitəsilə ümumi təhsil müəssisələrində çalışan bütün müəllimlər əməkhaqqını hesablama imkanı əldə edəcəklər.   Müəllimlər “Onlayn kalkulyator” (https://edu.gov.az/calculator) keçidinə daxil olmaqla müvafiq məlumatları qeyd etməli və “Hesabla” düyməsini seçməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları sağ tərəfdə açılan cədvəl vasitəsilə əldə edə biləcəklər.    Qeyd edək ki, yeni xidmətin yaradılmasında əsas məqsəd şəffaflığın və əlçatanlığın artırılmasıdır.

Lisey və gimnaziyalara seçim nəticələri müəyyənləşib

Lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının seçim nəticələri müəyyən olunub.   Valideynlər sy.edu.az portalı vasitəsilə “Şəxsi kabinet”ə daxil olaraq övladlarının seçim nəticələri ilə tanış ola bilərlər.   Övladları uğur qazanmış valideynlər 15 iyul saat 17:00-dək qəbul olduqları lisey və ya gimnaziyanı sistemdə təsdiqləməlidirlər. Əks halda, həmin şagirdlərin nəticələri ləğv ediləcək.   Qeyd edək ki, şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdirilib.

İyun ayı üçün tanınma üzrə müraciətlərin statistikası

Təhsildə Keyfiyyət Təminatı Agentliyi iyun ayı üçün tanınma üzrə müraciətlərin statistikasını elan edib. Belə ki, iyun ayı üzrə icrası 16 gün ərzində tamamlanan 208 müraciətin 144-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 64 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.   Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 33, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 27, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 2, digər səbəblər üzrə 2 nəfərin  müraciəti mənfi qərarla yekunlaşıb.   Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 77, Ukraynadan 62, Türkiyədən 37, Gürcüstandan 8, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 5, digər ölkələrdən isə 19 müraciətin olduğu müşahidə olunur.   Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 34, iqtisadiyyat üzrə 17, menecment üzrə 15, tibb 13, maliyyə və kredit üzrə 8 nəfər müraciətçi qeydə alınıb. Qeyd edək ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün  www.taninma.az  internet səhifəsinə müraciət edə bilərlər.

“Məktəb inspektoru” olmaq üçün son bir gün

“Məktəb inspektoru” vəzifəsi üzrə müraciətlərin qəbulu 10 iyul tarixinədək davam edəcək.    Müraciət etmək istəyən şəxslər Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəsmi internet səhifəsinə (www.tkta.edu.az) daxil olub vakansiya tələbləri ilə tanış olduqdan sonra məlumatlarını göndərə bilərlər.   Qeyd edək ki, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-valideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.  

İbtidai sinif üzrə imtahanların 3-cü günü

İyulun 9-da müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir.    Bu gün ibtidai sinif üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir. Test imtahanlarında 3291 nəfərin iştirakı gözlənilir.    Qeyd edək ki, ibtidai sinif üzrə imtahanlar iyulun 12-də yekunlaşacaq.   Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində müəllimlərin işə qəbulu

2021-2022-ci tədris ili üçün ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində informatika fənni üzrə müəllimlərin işə qəbulu həyata keçirilir.    Belə ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. İnformatika fənnini yeni formatda tədris etməyi hədəfləyən layihə üzrə çıxarılan vakansiyaları müsabiqədə iştirak edərək müvafiq bal toplayan namizədlər seçə biləcəklər.    Qeyd edək ki, Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və onlara proqramlaşdırmanın əsasları öyrədilir. 2017-ci ildən etibarən həyata keçirilən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı