• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Kitab təqdimatı keçirilib 

İyulun 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun “Düzgün qərarın hikməti” və əməkdar müəllim Asif Cahangirovun “Təhsilimiz: dünəndən sabaha” adlı kitablarının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov hər iki müəllifin təhsil sahəsindəki xüsusi rolundan söz açıb və onları təbrik edib.

 

Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizov müəlliflərin Azərbaycanda elmi-pedaqoji fikrin formalaşmasında əvəzsiz fəaliyyətlərinin olmasını qeyd edib.

 

Tədbirdə çıxış edən Şahlar Əsgərov “Düzgün qərarın hikməti” kitabında ictimai həyatla və təhsillə bağlı mühüm məqalələrin toplandığını bildirib. 

 

Əməkdar müəllim Asif Cahangirov da çıxışında yeni yazdığı “Təhsilimiz: dünəndən sabaha” adlı kitabda təhsil problemləri və islahatlar mövzusuna toxunduğunu deyib. 

 

Təqdimat mərasimində təhsil nazirinin müşaviri Elnur Nəsibov, millət vəkili Etibar Əliyev, ARTİ-nin direktor müavini Ənvər Abbasov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və digər qonaqlar çıxış edərək hər iki kitabın müasir Azərbaycan təhsilinin inkişafına və islahatların sürətlənməsinə verəcəyi töhfələri qeyd ediblər.


3 il əvvəl