• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Regionlarda vətəndaşların videoqəbulu davam etdirilir

İyulun 1-dən Təhsil Nazirliyinin strukturuna daxil olan 5 Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən vətəndaşların müraciət, şikayət və təkliflərinin videoqəbul formatında dinlənilməsinə başlanılıb. Videoqəbul həyata keçirən Ərazi Maliyyə Hesablaşma Mərkəzlərinin siyahısı aşağıdakı kimidir: 

  • 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Kəlbəcər, Xocalı);
  • 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli, Xocavənd);
  • 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Şirvan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Cəbrayıl);
  • 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Masallı, Yardımlı, Cəlilabad);
  • 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi  (Lənkəran, Astara, Lerik). 

 

Videoqəbulun təşkilində əsas məqsəd vətəndaş xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığının təmin edilməsidir. Videoqəbulların keçirilməsi müraciətlərin operativ həlli istiqamətində səmərəlilik qazandırır.

 

Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Virtual qəbul” bölməsi (https://edu.gov.az/az/contact) vasitəsilə və ya “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna zəng edərək qəbula yazıla bilərlər. 


Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 avqust 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb. 15 fevral 2021-ci il tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatda təşkil edilir.


19 aprel 2021-ci il tarixindən etibarən mövcud pandemiya şəraiti nəzərə alınaraq regionlarda da (Bakı, Gəncə, Sumqayıt, Quba, Lənkəran) vətəndaşların qəbulu videobağlantı vasitəsilə həyata keçirilir. 
 


3 il əvvəl