• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Minskdə “Texnoloji dəyişikliklər şəraitində peşə təhsili” mövzusunda görüş

Belarus Respublikasının Minsk şəhərində “Texnoloji dəyişikliklər şəraitində peşə təhsili” seminarı keçirilib. Bir sıra ölkələrin Təhsil Nazirliklərinin nümayəndələrinin iştirak etdiyi seminarda  ölkəmizi Təhsil nazirinin müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov təmsil edib. Minsk görüşünün əsas məqsədi  peşə təhsili sistemində mövcud problemlər və potensial imkanlara fokuslanmaq, peşə təhsili sisteminin inkişafı məqsədilə təcrübə mübadiləsi aparmaqdan ibarət olub. Gənclərlə yanaşı əmək qabiliyyəti məhdud olan şəxslərin və yaşlıların təhsil imkanları, bu sahədə uğurlu təcrübənin bölüşdürülməsi görüşün əsas müzakirə mövzusu olub. Seminar çərçivəsində Respublika Peşə Təhsili İnstitutuna, Belarus İnformatika və Radioelektronika Universitetinə və Minsk Dövlət Avtomexanika Kollecinə tanışlıq səfəri təşkil olunub, tədbirdə iştirak edən digər ölkələrin nümayəndələri ilə peşə təhsili sahəsində potensial əməkdaşlıq istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.

Təhsil TV-də əməkhaqqı mövzusu

Ölkə Prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı müvafiq sərəncamlara əsasən, sentyabrın 1-dən dövlət ümumi təhsil  və peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları artırılacaq. Sərəncamlar neçə nəfərə şamil olunur? Müəllimlərin əməkhaqqı nə qədər artırılacaq? “Təhsil” televiziyasının  “Təməl” verilişinin budəfəki buraxılışında bu və digər suallar müzakirə edilir. Verilişin qonağı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovdur.  

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Aytac Kazımlıya həsr olunub. Uşaqlıqdan müəllim olmağı arzulayan Aytac Kazımlı 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 50 bal toplayıb. Hazırda Masallı rayonu Ərkivan qəsəbə (Bədirli kənd) Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Şagirdlərinin istedadına inanan Aytac Kazımlı yeni tədris metodları ilə onların dərsə marağını artırmağa çalışır. Sevdiyi peşə ilə məşğul olduğunu deyən Aytac müəllim savadlı və ağıllı fərdlər yetişdirməyi qarşısına məqsəd qoyub. Layihə ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb

ADA Universitetində “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında keçirilən 4-cü Beynəlxalq Təhsil Konfransı yekunlaşıb. 2 gün davam edən konfransda “Dayanıqlı İnkişaf Məqsədləri IV hədəflərinin təsirli reallığa çevrilməsi”, “Dayanıqlı İnkişaf Məqsədləri və ali təhsilin keyfiyyəti”, “Təhsildə elitizm: üstünlükləri və çatışmazlıqları” və “Təhsildə liderlik - qlobal biliklər” mövzularında bölmə iclaslarında məruzələr dinlənilib və müzakirələr aparılıb. Xatırladaq ki, konfrans ADA Universiteti, Təhsil Nazirliyi, Dünya Bankı və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilib. Konfrans təhsil sahəsindəki problemlərin araşdırılmasına marağı artırmaq, islahatların daha çox tədqiqatyönümlü olmasına imkan yaratmaq, yerli və beynəlxalq təcrübəni bir araya gətirmək, gəncləri tədqiqata cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaq məqsədilə təşkil edilib. AZƏRTAC

Fənn müsabiqələrinin final mərhələsi

Ümumtəhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında V Respublika  fənn müsabiqələrinin  final mərhələsi keçirilir. Təşkilat komitəsinin qərarı ilə final mərhələsi Bakı şəhəri ilə yanaşı Gəncə, Sumqayıt, Mingəçevir, İsmayıllı, Ağdaş, Şəki, Şəmkir, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində keçirilir. Final mərhələsində 4700-ə yaxın şagird iştirak edir. Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək.  Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur. Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və  olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub. Əvvəlcə Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşdü, onlar üçün yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, 1976-cı ildən fəaliyyət göstərən bu internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin nəzdində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan Reabilitasiya-İnkişaf Mərkəzi fəaliyyət göstərir. Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət etdi, onların əl işlərinə baxdı, fəaliyyət göstərən dərnəklərlə maraqlandı. İnternat məktəbinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş etdirdilər. Müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. x x x   Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə gəldi. Bildirildi ki, 1960-cı illərin əvvəllərindən fəaliyyət göstərən internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Buradakı 649 uşaqdan 226-sı internat məktəbində yaşayır. Azərbaycan və rus bölmələrinin olduğu internat məktəbində 87 sinif var. Artıq 4 ildir ki, internat məktəbində implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara implant əməliyyatından sonra xüsusi proqram üzrə dərs keçirilir. Təhsil müəssisəsində uşaqlar öz istəklərinə uyğun olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq, idman dərnəklərində məşğul ola bilərlər. İnternat məktəbinin məzunları arasında idmançılar, rəssamlar var. Bu məktəbə də Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.   AZƏRTAC

Layihə çərçivəsində şagirdlərlə görüş

“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində görüş keçirilib. Görüşdə Təhsil Nazirliyinin Təhsildə İnnovasiyalar sektorunun müdiri Orxan Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyeva, Şevron Xəzər şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov, məktəblilər və digər qonaqlar iştirak edib. Görüş Təhsil Nazirliyi, “Məktəblinin dostu” və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edənlər məktəblilərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi, sahibkarlıq sahəsində uğurlu karyera qurmağın yolları, tibb sahəsində baş verən innovasiyalar, incəsənət sahəsində kreativ düşüncənin önəmi, kənd təsərrüfatında həyata keçirilən islahatlar barədə ətraflı məlumat veriblər. Həmçinin seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirmək, şagirdlərin ixtisas seçimində fərdin qabiliyyət və bacarığının vacibliyi ön plana çəkilib. Bildirilib ki, Şevron Xəzər şirkətinin maliyyə dəstəyi ilə icra olunan “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin əsas məqsədi şagirdləri karyera seçiminə daha məqsədyönlü yanaşmanı öyrətmək, onları dəyişən əmək bazarı və yeni peşələr ilə tanış etmək, mümkün karyera və iş imkanları barədə maarifləndirməkdən ibarətdir. Qeyd edək ki, 2015-ci ildən həyata keçirilən layihəyə ümumilikdə 1 750 şagird cəlb olunub. 2018-2019-cu tədris ilində “Məktəblinin dostu” layihəsi ilə birgə icra olunan “Məqsədli karyera” mövzusunda keçirilən təlimlərdə 13 ümumi təhsil müəssisəsindən (277, 177, 95, 14, 61, 3, 47, 45, 272, 189-190, 19, 158, 57 nömrəli məktəblər) 500 şagird iştirak edib.

“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub

Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola məktəbli kuboku” turnirinin final mərhələsinə yekun vurulub. Masallı Olimpiya İdman Kompleksində keçirilən final qarşılaşmasında Masallı şəhər Sakit Tağıyev adına 4 saylı Digah və Ağdam rayon 18 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən Masallı rayonunun yetirmələri “Coca-Cola məktəbli kuboku” turnirinin 2018-2019-cu il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Qəbələ rayon 2 nömrəli tam orta məktəbin komandası tutub. Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, medal, xatirə hədiyyələri, turnirin "Ən yaxşı oyunçu", “Ən məhsuldar oyunçu”, “Fair play” nominasiyaları üzrə qaliblərinə mükafatlar təqdim olunub. Qeyd edək ki, “Coca-Cola məktəbli kuboku”nun 2018-2019-cu il mövsümünün məktəbdaxili mərhələsində 100 minə yaxın məktəbli iştirak edib. 8 ildir təşkil olunan “Coca-Cola məktəbli kuboku” ölkə üzrə keçirilən ən kütləvi futbol yarışmasıdır.

Azərbaycanlı şagirdlər 23-cü Balkan Riyaziyyat Olimpiadasında

 Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadası keçirilir. Olimpiadada Azərbaycanı 6 nəfərdən ibarət komanda təmsil edir. Komandaya Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdləri Amin Cəfərzadə, Toğrul Abbasov, nazirliyin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Aysun Bayramlı, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Elçin Musazadə, Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Əlizadə və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Yusif Qasımov üzvdür. Yarışda ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədi ilə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində 2 seçmə imtahanı keçirilib. Seçmə imtahanlarında 37 nəfər iştirak edib. Olimpiada iyunun 25-də başa çatacaq.

“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələrindən 8 medal

16-20 iyun 2019-cu il tarixlərində Macarıstan Respublikasının Budapeşt şəhərində döyüş idman növləri üzrə məktəblərin dünya oyunları keçirilib. 18 ölkədən 2350 idmançının qatıldığı yarışlarda “Təhsil” Respublika İdman Mərkəzinin karate və cüdo idman növləri üzrə komandaları 9 idmançı ilə təmsil olunub. Mərkəzin yetirmələri yarışlarda 5 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb, karate idman növü üzrə medal sayına görə 8 ölkə arasında komanda hesabında I yerə layiq görülüb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı