SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub
Təhsil Nazirliyi, AFFA və Coca-Cola şirkətinin birgə layihəsi olan “Coca-Cola məktəbli kuboku” turnirinin final mərhələsinə yekun vurulub.
Masallı Olimpiya İdman Kompleksində keçirilən final qarşılaşmasında Masallı şəhər Sakit Tağıyev adına 4 saylı Digah və Ağdam rayon 18 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıb. Rəqibini 5:0 hesabı ilə məğlub edən Masallı rayonunun yetirmələri “Coca-Cola məktəbli kuboku” turnirinin 2018-2019-cu il mövsümünün qalibi olub. Turnirdə 3-cü yeri Qəbələ rayon 2 nömrəli tam orta məktəbin komandası tutub.
Final qarşılaşmasından sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, medal, xatirə hədiyyələri, turnirin "Ən yaxşı oyunçu", “Ən məhsuldar oyunçu”, “Fair play” nominasiyaları üzrə qaliblərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, “Coca-Cola məktəbli kuboku”nun 2018-2019-cu il mövsümünün məktəbdaxili mərhələsində 100 minə yaxın məktəbli iştirak edib. 8 ildir təşkil olunan “Coca-Cola məktəbli kuboku” ölkə üzrə keçirilən ən kütləvi futbol yarışmasıdır.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl