SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasının medalçıları
Azərbaycanlı şagirdlər Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında uğurla iştirak ediblər. Həmin şagirdlər haqqında məlumat təqdim olunur.
25/06/2019 15:26
Şagird yerdəyişməsi elektronlaşdırılır
Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır. Bu istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır. Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.
25/06/2019 14:51
Azərbaycanlı şagirdlərin daha bir uğuru
Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edən məktəblilər növbəti uğura imza atıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Toğrul Abbasov və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Yusif Qasımov gümüş medala layiq görülüblər. Bakı şəhəri 313 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Əlizadə, nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Amin Cəfərzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Elçin Musazadə və nazirliyin tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Aysun Bayramlı isə bürünc medal qazanıb. Beləliklə, şagirdlərimiz Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasından 2 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 6 medal əldə ediblər.
25/06/2019 10:35
“Xəyal et” İKT yay düşərgəsi davam edir
YUNESKO-nun maliyyə dəstəyi, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xəyal et” qızlar üçün İKT yay düşərgəsi layihəsi davam edir. Yay düşərgəsinin ilk günlərində iştirakçıların informasiya texnologiyaları sahəsi üzrə məlumatlılığının artırılması, eyni zamanda ixtisaslaşmış qurumlarla tanış olması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə kodlaşdırma, müxtəlif proqramlaşdırma dilləri üzrə təlimlər təşkil olunub. Düşərgə çərçivəsində İKT və aidiyyəti üzrə ixtisaslaşmış müxtəlif qurumlara təhsil turları-ekskursiyalar təşkil olunub. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinə, Bakı Ali Neft Məktəbinə, Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Qala Eko-Parkına, “Marc Academy” şirkətinə təşkil olunan təhsil turları məktəbli qızların informasiya texnologiyaları sahəsində biliklərinin artırılmasına, daha ətraflı məlumatlar əldə etməsinə imkan yaradıb. “Xəyal et” qızlar üçün İKT yay düşərgəsinin iştirakçılarının xüsusi marağına səbəb olmuş “Azərkosmos” turunda məktəbli qızlara telekommunikasiya peyklərinin quruluşu, hazırlanması, orbitə çıxarılması, işləmə mexanizmləri, idarə olunması barəsində məlumat verilib. Məktəblilər Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi və kampusun laboratoriyaları ilə tanış olub, “Mars Academy” şirkətinin təşkil etdiyi modelləşdirmə və robototexnika üzrə ustad dərslərində iştirak ediblər. Həmçinin düşərgə iştirakçıları Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Qala Eko-Parkında ağaclar əkib, alternativ enerji mənbələri, qlobol ekoloji problemlər haqqında təqdimatla tanış ediliblər. Azərbaycan qadınlarının İKT-də rolunun dəstəklənməsində təşəbbüs göstərən “Femmes Digitales” İKT Qadınlar Klubu ilə təşkil olunmuş görüşdə isə İKT sahəsində nailiyyət əldə etmiş qadınların uğur hekayələri dinlənilib, qadınların bu sahə üzrə rolu ilə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasında qızların asudə vaxtının səmərəli təşkili məqsədilə komanda quruculuğu oyunları, müxtəlif idman yarışları, intellektual oyunlar və əyləncəli saatlar təşkil edilib. “Xəyal et” qızlar üçün İKT yay düşərgəsi layihəsi iyunun 28-dək davam edəcək.
25/06/2019 10:20
Avropalı ekspertlərin Azərbaycana səfəri
Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinniq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib. Sözügedən layihənin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı üçüncü komponenti çərçivəsində ölkəmizə gələn ekspert qrupuna Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin Keyfiyyət mərkəzinin direktoru Yolita Butkiene, həmin ölkənin Vilnüs Gediminas Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nora Skaburskiene və Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin direktor müavini Yolanta Silka daxildir. Missiyanın məqsədi pilot olaraq seçilmiş ali təhsil müəssisələrini özünütəhlil hesabatlarının yazılması prosesində dəstəkləməkdir. Bu prosesdə universitetlərə Tvinninq layihəsi və Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən geniş dəstək göstərilib. Missiya zamanı layihənin pilot universitetləri olaraq seçilmiş Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, eləcə də Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti və Xəzər Universitetinin müvafiq təhsil proqramları üzrə (kimya mühəndisliyi, kompüter mühəndisliyi, fizika, kompüter elmləri, xarici dil müəllimliyi, informatika/riyaziyyat müəllimliyi) özünütəhlil hesabatları yazmış nümayəndələri ilə görüşlər keçirilib, yazılmış hesabatların ikinci variantı üzərində müzakirələr aparılıb və ekspertlərin tövsiyələri dinlənilib. Hesabatların yekun variantının iyulun ortalarında təhvil verilməsi gözlənilir. Özünütəhlil hesabatları əsasında həmin pilot universitetlərdə müvafiq ixtisasların bu ilin payızında pilot akkreditasiyasının aparılması gözlənilir.
24/06/2019 20:24
UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə
Azərbaycan-Fransız Universitetinin (UFAZ) I kurs tələbələri arasında ilk dəfə "Kangourou" beynəlxalq riyaziyyat müsabiqəsi keçirilib. Müsabiqədə iştirak edən 35 tələbəyə 50 dəqiqə ərzində məntiq və riyaziyyat üzrə test tapşırıqları verilib. Reytinqlərin nəticələrinə əsasən, UFAZ-ın 10 tələbəsi Fransa üzrə 500-dən çox iştirakçı arasında ilk 100-lükdə yer alıb. Kimya mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi Ləman Cəlilova 4-cü yeri tutaraq qızlar arasında ən yaxşı nəticəni göstərib. Ləman Cəlilova, həmçinin UFAZ-ın neft-qaz mühəndisliyi ixtisası üzrə I kurs tələbəsi Rövşən Ələskərov 11-18 iyul tarixlərində Fransada təşkil olunacaq “Kangourou” beynəlxalq yay riyaziyyat düşərgəsində iştirak edəcəklər. 1994-cü ildən etibarən "Kangourou Sans Frontières" (Sərhədsiz Kenquru) Assosiasiyası hər il "Kangourou" beynəlxalq riyaziyyat müsabiqəsini dünyanın dörd bir tərəfində 6 milyondan çox iştirakçı üçün təşkil edir. Bu müsabiqə ilk dəfə 1991-ci ildə fransalı iki müəllim André Deledicq və Jean Pierre Boudine tərəfindən Fransada "Kangaroo" adı altında keçirilib. İlk dəfə müsabiqəyə 120 min iştirakçı qatılıb. Müsabiqə 21 Avropa ölkəsində "Kangaroo without borders" adı altında keçirilir.
24/06/2019 17:37
Təhsil Nazirliyində press brifinq
İyunun 24-də Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı press brifinq keçirilib. Brifinqdə İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. Bu saatadək 500-dək namizəd artıq qeydiyyatdan keçib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Brifinqdə media nümayəndələrinin diqqətinə çatdırılıb ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərində keçiriləcək. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
24/06/2019 15:55
Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi davam edir
2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. Cari ilin aprelindən başlayan proses iyul ayının ortalarına qədər davam edəcək. Hazırda ən çox baxış sayının I sinif “Azərbaycan dili (tədris dili)” fənni üzrə dərslik layihəsinə aid olduğu müşahidə edilir. Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər. Təhsil Nazirliyi bir daha alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri, bir sözlə, bütün vətəndaşları müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
24/06/2019 11:49
Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
İyunun 24-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları
24/06/2019 09:40
“Refleksiv müəllim” seminarı
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə Zaqatalada “Refleksiv müəllim” seminarı keçirilib. Seminarın təşkili dərslərin daha səmərəli planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi ilə bağlı müəllimlərə dəstək məqsədi daşıyır. Rayonda məktəbəhazırlıq qruplarında işləyən ümumilikdə 121 ibtidai sinif müəllimi seminara qatılıb. Seminarın ənənəsinə uyğun olaraq əvvəlcə bir qrup müəllimin təqdimatı dinlənilib və müzakirə edilib. Seminar müəllimlər tərəfindən seçilmiş iş üsullarının mövzuya, şagirdlərin yaş səviyyəsinə uyğunluğunun müzakirəsi ilə davam etdirilib. Sonda təqdimatla çıxış edən müəllimlərə TİPİİ-nin korporativ hədiyyələri təqdim edilib.
22/06/2019 15:56
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı