• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Minskdə “Texnoloji dəyişikliklər şəraitində peşə təhsili” mövzusunda görüş

Belarus Respublikasının Minsk şəhərində “Texnoloji dəyişikliklər şəraitində peşə təhsili” seminarı keçirilib.

Bir sıra ölkələrin Təhsil Nazirliklərinin nümayəndələrinin iştirak etdiyi seminarda  ölkəmizi Təhsil nazirinin müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov təmsil edib.

Minsk görüşünün əsas məqsədi  peşə təhsili sistemində mövcud problemlər və potensial imkanlara fokuslanmaq, peşə təhsili sisteminin inkişafı məqsədilə təcrübə mübadiləsi aparmaqdan ibarət olub. Gənclərlə yanaşı əmək qabiliyyəti məhdud olan şəxslərin və yaşlıların təhsil imkanları, bu sahədə uğurlu təcrübənin bölüşdürülməsi görüşün əsas müzakirə mövzusu olub.

Seminar çərçivəsində Respublika Peşə Təhsili İnstitutuna, Belarus İnformatika və Radioelektronika Universitetinə və Minsk Dövlət Avtomexanika Kollecinə tanışlıq səfəri təşkil olunub, tədbirdə iştirak edən digər ölkələrin nümayəndələri ilə peşə təhsili sahəsində potensial əməkdaşlıq istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.


6 il əvvəl