SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir
İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir. İyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları
20/06/2019 11:08
Ali təhsilin beynəlmiləlləşməsi üzrə TAIEX seminarı
İyunun 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramı çərçivəsində ali təhsil müəssisələrinin nümayəndələri üçün “Ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda seminar öz işinə başlayıb. Seminarda Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli və nazirliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, Avropa Komissiyasının eksperti olaraq Polşa Akkreditasiya İdarəsi, Sloveniya Təhsil Nazirliyi və İspaniyanın Leon Universitetinin nümayəndələri, eləcə də 30 yerli ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri iştirak edir. İki gün davam edəcək seminarda Avropa Komissiyasının ekspertləri ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi, rəqabətqabiliyyətliliyinin artırılması, beynəlxalq sıralamada yer alması, əcnəbi tələbələr üçün cəlbediciliyinin artırılması sahələrində öz təcrübələrini yerli həmkarları ilə bölüşəcəklər. Seminar çərçivəsində yerli ali təhsil müəssisələri tərəfindən ali təhsildə beynəlmiləlləşmə ilə bağlı mövcud təcrübə barədə təqdimatlar olacaq.
20/06/2019 10:12
“Xəyal et” İKT yay düşərgəsi
“Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasında “Xəyal et” qızlar üçün İKT yay düşərgəsi layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə layihənin təşkilatçıları, tərəfdaş qurumların nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin sektor müdiri, layihə rəhbəri Ayla Həsənova məktəblilərin gələcəyin ixtisaslarına yönləndirilməsi üçün onların informasiya-kommunikasiya sahəsi üzrə bilik və bacarıqlarının artırılmasına, onlarda rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinin formalaşdırılmasına nail olmaq məqsədi ilə sahə üzrə müvafiq ali təhsil müəssisələri və digər qurumlarla tanışlığın, ümumi məlumatlılığın yaradılmasının vacib olduğunu bildirib. Daha sonra sektor müdiri layihə barədə məlumat verib və iştirakçılara uğurlar arzulayıb. Azərbaycanın müxtəlif ucqar bölgələrindən dəvət olunmuş 35 nəfər 13-14 yaşlı məktəbli qızların iştirakı ilə keçirilən yay düşərgəsi iyunun 28-dək davam edəcək. Layihə çərçivəsində iştirakçılara mütəxəssislər tərəfindən kodlaşdırma, müxtəlif proqramlaşdırma dilləri üzrə təlimlər, informasiya texnologiyaları sahəsi üzrə ixtisaslaşmış qurumlarla, həmçinin ali təhsil müəssisələri ilə yaxından tanışlıq məqsədi ilə ekskursiyalar, ixtisas seçimi ilə əlaqədar testlər və sorğular, robototexnika üzrə ustad dərsləri, mədəni və idman tədbirləri təşkil olunacaq. Sonda yay düşərgəsinin iştiraçılarına sertifikatlar təqdim olunacaq. Layihənin əsas məqsədi məktəbli qızların informasiya kommunikasiya texnologiyaları sahəsinə marağının artırılması, onların gələcək karyera seçimində aidiyyəti sahələr üzrə müvafiq ixtisaslara yönləndirilməsinə dəstək olmaqdır. Layihə UNESCO-nun maliyyə dəstəyi, Təhsil Nazirliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universiteti, Mars Academy və "Sağlam Düşüncə" Gənclər Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
20/06/2019 09:43
Yerdəyişmə müsabiqəsinin nəticələri - infoqrafika
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb. Elektron yerləşdirmənin nəticələrinə əsasən 1775 müəllim iş yerini dəyişib. Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib.
19/06/2019 18:12
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi
İyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər. Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, fənn olimpiadalarına maraq ildən-ilə artır. 2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib. Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov ölkə Prezidentinin bu günlərdə təhsilin infrastrukturunun yaxşılaşdırılması, yeni təhsil müəssisələrinin tikintisi və müəllimlərin əməkhaqqının artırılması ilə bağlı imzaladığı sərəncamların təhsil sahəsinə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu vurğulayıb. Nazir qalibləri təbrik edərək son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Təhsil naziri bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə mühüm nailiyyətlərin əldə edildiyini vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir. Nazir qeyd edib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələrinin və yerli təhsili idarəetmə orqanlarının prioriteti olmalıdır. Artıq bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq ki, bu da məktəblərin və müəssisə rəhbərlərinin rəğbətləndirilməsi üçün əsasdır. İstedadlı uşaqların aşkar edilməsi istiqamətində görülən işlərdən də danışan Ceyhun Bayramov çıxışının sonunda bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb. Mərasimdə Respublika fənn olimpiadaları iştirakçılarının və onların müəllimlərinin bilik yarışmasının təşkili və keçirilməsi ilə bağlı təəssüratlarının əks olunduğu videoçarx nümayiş edilib. Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir. Respublika fənn olimpiadalarının nəticələri barədə haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
19/06/2019 17:21
4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb
İyunun 19-da ADA Universitetində “İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı altında 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb. Konfrans ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNİSEF-in birgə təşkilatçılığı ilə keçirilir. Konfransın məqsədi təhsil sahəsində olan problemlərə və onların araşdırılmasına marağı artırmaq, islahatların daha çox tədqiqatyönümlü olmasına imkan yaratmaq, yerli və beynəlxalq təcrübəni bir araya gətirmək, gəncləri tədqiqata cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaqdır. Universitetin təhsil işləri üzrə prorektoru Vəfa Kazdal iştirakçılara konfrans haqqında ətraflı məlumat verib. Bildirib ki, konfransa maraq ildən-ilə artır. Əgər 1-ci konfransa 25 tədqiqat işi təqdim olunmuşdusa, 4-cü konfransa 10-u xaricdən olmaqla 100-ə yaxın tədqiqat göndərilib. Vəfa Kazdal qeyd edib ki, təhsil sahəsində əldə edilən nailiyyətlər və görüləcək işlər iki gün ərzində konfransda müzakirə olunacaq. Yerli təhsil mütəxəssisləri ilə yanaşı, nüfuzlu beynəlxalq ekspertlər də öz təcrübələrini bölüşəcəklər. ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında qeyd edib ki, beynəlxalq konfransın təşkili təqdirəlayiq haldır, ancaq belə tədbirlərin nəticələri daha vacibdir. Konfransın 4-cü dəfə keçirilməsi əvvəlki konfransların müsbət nəticələr verməsinə dəlalət edir. “Konfransda maraqlı mövzular müzakirə olunacaq. Təhsildə gündəmdə olan problemlər araşdırılacaq və onların həlli yolları axtarılacaq. Ümid edirəm ki, builki konfransdan da gözlənilən nəticələr əldə olunacaq”, – deyə rektor qeyd edib. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın ən qabaqcıl ali məktəblərindən biri olan ADA Universitetində belə konfransın keçirilməsi olduqca əhəmiyyətlidir. Nazir Azərbaycanda təhsilin vəziyyəti, müvafiq sahədə aparılan islahatlar haqqında danışıb. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Ceyhun Bayramov diqqətə çatdırıb ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5,7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək. Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi son illərdə Azərbaycanda təhsil sahəsinə ayrılan vəsaitdən və əldə olunan uğurlu nəticələrdən danışıb. UNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə regional təhsil məsləhətçisi Parmosivea Soobrayan Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıb. O bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir. Son üç ildə Azərbaycanda məktəbəhazırlıq proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəçarpan artım qeydə alınıb. Belə ki, 2015-ci ildə 15 faiz təşkil etmiş göstərici 2018-ci ildə 75 faizə bərabər olub. Bununla yanaşı, son iki ildə 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Parmosivea Soobrayan diqqətə çatdırıb ki, UNİSEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmamış uşaqlar üçün yeni kurikulum və tədris materialları işlənib hazırlanıb, yeni metodologiyalar üzrə təlimlər keçirilib. “Ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün onların tələb olunan vacib bacarıqlarının inkişaf etdirilməsi cəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə verir”, - deyə Parmosivea Soobrayan vurğulayıb. Çıxışlardan sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. AZƏRTAC
19/06/2019 16:27
Fənn olimpiadalarının qalibləri mükafatlandırılır
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilir. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak edirlər. Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. Bildirib ki, fənn olimpiadalarına maraq ildən-ilə artır. Qalibləri təbrik edən Təhsil naziri Ceyhun Bayramov son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Təhsil naziri bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb. Mərasim olimpiada qaliblərinin mükafatlandırması ilə davam edir. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
19/06/2019 16:05
“Birincilərin birincisi”
30 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 299 nəfər qalib elan olunub. Hər fənn üzrə ən yüksək nəticə göstərən şagirdlər “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.
19/06/2019 15:50
Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi - CANLI YAYIM
19/06/2019 14:39
Ucqar kəndin gənc müəllimi
Mədət Əlizadə 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 50 bal toplayıb. Əslən Ağcabədi rayonundan olan Mədət müəllim Qubanın ən ucqar kəndində dərs deməyi seçib. O, hazırda T.Şahbazov adına Xaltan kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir.
19/06/2019 14:17
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı