SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini xüsusi tipli internat məktəblərində olub
3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Bakı şəhərində yerləşən Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində tədbir keçirilib. Tədbirdə iştirak edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil ocağının şəraiti ilə tanış olub və dərs prosesini izləyib. Məhəbbət Vəliyeva tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyətini diqqətə çatdırıb. Nazir müavininə məlumat verilib ki, sözügedən təhsil müəssisəsi 1967-ci ildən fəaliyyət göstərir. Hazırda internat məktəbində 18 sinif komplektində 112 nəfər şagird təlim-tərbiyə alır. Xüsusi siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər on illik təhsil müddətini başa vurduqdan sonra xüsusi təhsil haqqında şəhadətnamə alırlar. Xüsusi təhsil proqramları ilə yanaşı onlar məktəbin tədris emalatxanalarında tikiş, naxış salma, xalçaçılıq və dulusçuluq üzrə peşələrə yiyələnirlər. Müəssisənin nəzdində ayrıca iki mərtəbəli korpusda yerləşən reabilitasiya mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 139 nəfər uşaq reabilitasiya xidmətinə cəlb olunub. İnternat məktəbində uşaqların təlim tərbiyəsi ilə 55 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. *** Nazir müavini həmçinin Sumqayıt şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyada 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə də iştirak edib. Məhəbbət Vəliyeva əvvəlcə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olub. Tədbir çərçivəsində şagirdlərin ifasında maraqlı səhnələr, oyun və rəqslər nümayiş olunub, musiqi, şeir və nəğmələr səsləndirilib. Nazir müavini internat məktəbində yaradılmış şəraitlə də tanış olub. Bildirilib ki, təhsil müəssisəsi 1996-ci ildən fəaliyyət göstərir. 2010-ci ildən məktəbdə ümumtəhsil siniflər də fəaliyyətə başlayıb. Hazırda internat məktəbində İnteqrasiya təlimli internat tipli gimnaziya 10 ümumtəhsil sinif üzrə-179 nəfər, 29 xüsusi sinif üzrə 266 nəfər şagird təlim-tərbiyə alır. İnternat məktəbində uşaqların təlim-tərbiyəsi ilə 115 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Sonda xatirə fotosu çəkdirilib.
02/12/2019 17:13
Gənc müəllimlərlə görüş
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə 13 bölgənin gənc müəllimlərinin görüşü keçirilib. Görüşdə Şəmkir, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Samux, Göygöl, Goranboy, Kəlbəcər, Xocalı rayonları və Gəncə, Naftalan şəhərlərindən olan ümumilikdə 300-dən çox gənc müəllim iştirak edib. Görüşün məqsədi gənc müəllimləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, onun fəaliyyət istiqamətləri və müəllimlərin birgə əməyinə töhfəsi haqqında məlumatlandırmaqdır. Görüşdə gənc müəllimlər arasında qarşılıqlı əlaqələrin formalaşması istiqamətində fikir mübadiləsi aparılıb və onların təklifləri dinlənilib.
02/12/2019 15:54
“Məktəbimizdə”
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən, respublikamızın elm, təhsil və iqtisadiyyat sahələrində layiqli töhfələri olan 189 yaşlı Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdəndir. 1830-cu ildə Şuşada birsinifli qəza məktəbi kimi açılan bu tədris ocağı 19 şagirdlə fəaliyyətə başlayıb. Məktəbin yetirmələri arasında Firudin bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov kimi məşhur simalar da var. 1966-ci ildə sözügedən təhsil ocağı şəhər orta məktəbi statusu alaraq fəaliyyətini daha geniş şəkildə davam etdirməyə başlayıb. 1992-ci ildən 2015-ci ilə kimi Bakı şəhəri 38 nömrəli tam məktəbdə yerləşən tədris ocağı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müasir standartlara uyğun inşa edilmiş yeni binaya köçürülüb. Məktəbdə lazımi avadanlıqlarla təchiz olunmuş fənn kabinetləri, sinif otaqları, laboratoriya, idman və akt zalları, sərgi və şahmat otağı fəaliyyət göstərir. Son 3 ildə məktəb məzunlarının ali məktəbə qəbul göstəricisi 87-90 faiz təşkil edib. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
02/12/2019 15:31
“Sağlam qida” sərgisi təşkil olunub
Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı şəhəri 246 nömrəli məktəb-liseydə “Sağlam qida” sərgisi təşkil olunub. Sərgi çərçivəsində “Sağlam təhsil” siniflərinin şagirdlərinin hazırladıqları, sağlam qidanın təbliğini əks etdirən stendlər təqdim olunub. Həmçinin “Sağlam təhsil” üzrə 4-cü sinif şagirdlərinin iştirakı ilə yarış keçirilib. Yarış müddətində komandalar sağlamlığa xeyirli, az kalorili yeməklər hazırlayıblar. Yeməklər gigiyena normaları, gözəllik və səliqə, ləziz, kreativ yanaşma meyarlarına görə münsiflər tərəfindən qiymətləndirilib. Yekunda Bakı şəhəri 246, 83 nömrəli məktəb-liseylər və 322 nömrəli tam orta məktəbin “Sağlam təhsil” siniflərinin şagirdlərindən ibarət komandalar qalib seçilib. Qeyd edək ki, “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində keçirilən “Sağlam qida” yarışının məqsədi şagirdlər arasında düzgün qida mədəniyyəti, sağlam qida məhsullarının seçimi ilə bağlı maarifləndirmə, sağlam həyat tərzinin və fiziki aktivliyin artırılmasının təbliğidir.
02/12/2019 13:52
Vətəndaşlarla iş bölməsinə 14877 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 14877 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12907 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 1970 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1196 sənəd (383 ərizə, 813 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox təhsil haqqı, müəllimlərin diaqnostik qiymətləndirilməsi, şagirdlərin yerdəyişməsi və ümumi təhsil sahəsinə aid digər məsələləri əhatə edib.
02/12/2019 11:04
Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktorlar Şurasının 2-ci iclası
Noyabrın 29-da Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktorlar Şurasının 2-ci iclası keçirilib. Görüşün keçirilməsində məqsəd peşə təhsili müəssisələrinin fəaliyyəti, rastlanan problemlərlə bağlı mütəmadi müzakirələrin aparılması və müvafiq qərarların qəbul olunmasıdır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov iclasda çıxış edərək 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunan peşə təhsili müəssisələrinin əməkdaşlarını təbrik edib, Fəxri Fərman və döş nişanlarını sahiblərinə təqdim edib. İclasda iştirak edən peşə təhsili müəssisələrinin direktorları şuranın fəaliyyəti ilə bağlı təkliflər irəli sürüb, elektron sənəd qəbulu, publik hüquqi şəxs statusu, büdcədənkənar vəsaitlərin cəlb edilməsi, rəhbər və pedaqoji heyətin təlimlərə cəlb edilməsi, mövcud problemlər və onların həlli yollarına toxunublar. İclasda növbəti tədris ili üzrə qarşıda duran əsas vəzifələr, yeni tədris planı, modul və kurikulumların tətbiqi, həmçinin digər məsələlər barədə təkliflər səsləndirilib. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində məşvərətçi orqan olaraq fəaliyyət göstərən Direktorlar Şurası agentlik və peşə təhsili müəssisələri arasında koordinasiyanın gücləndirilməsi, peşə təhsili üzrə tətbiqi nəzərdə tutulan normativ hüquqi sənəd və təlimatların hazırlanması, səmərəli müzakirələrin təşkili və peşə təhsili müəssisələrinin fəaliyyətinin optimallaşdırılması kimi məqamları tənzimləyir.
29/11/2019 17:26
Belçikanın “College of Europe” ali təhsil müəssisəsinin təqaüd proqramı
Belçikanın “College of Europe” ali təhsil müəssisəsi 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Magistratura səviyyəsi üzrə elan olunan təqaüd proqramının müddəti 1 ildir. Tədris ingilis və fransız dillərindədir. Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2020-ci il tarixinə kimi aparılacaq. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
29/11/2019 15:55
Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası
Avropa İttifaqının Tvinninq proqramı çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası keçirilib. Tvinninq layihəsinin Azərbaycan üzrə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov iclası giriş nitqi ilə açaraq layihənin əhəmiyyətindən danışıb. Daha sonra layihənin Fransadan olan rəhbəri Bruno Kurval və Litvadan olan rəhbəri Giedrius Viliunas, layihənin Fransa üzrə koordinatoru Liza Baydanova iclasda məruzə ilə çıxış ediblər. Layihə üzvləri bu çərçivədə görülən işlərdən danışıb, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşacağına öz inamını ifadə edib, növbəti rüb ərzində planlaşdırılan tədbirlərin müzakirəsini aparıblar. Bundan başqa, layihə rəhbərləri nazirliyin Aparat rəhbərinin müavini Yaqub Piriyev və Elm, ali və orta ixitsas təhsili şöbəsinin əməkdaşları ilə görüşüb. Görüşdə layihənin icrası ilə bağlı məsələlərə toxunulub. Layihənin İdarəetmə Komitəsinin növbəti iclasının fevralın sonunda keçirilməsi ilə bağlı qərar qəbul edilib.
29/11/2019 15:34
Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib
Azərbaycanda təhsil və təlimlə bağlı inkişaf prosesləri- Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı”nın icrası, o cümlədən "Turin prosesi 2018-2020"-nin nəticələrinin təqdim olunması və təcrübələrin paylaşılmasına dair seminar keçirilib. Seminarın keçirilməsində əsas məqsəd Peşə Təhsili və Təlimi ( PTT) müəssisələrinin dəyərini təbliğ etmək, qrantların təmini və gələcək tədbirlərlə bağlı məsələlərin müzakirə olunmasıdır. Seminarda Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və digər dövlət qurumları, PTT məktəbləri, fəaliyyət qrantlarını təmin edən müəssisələr, donorlar, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Avropa Təlim Fondunun (ETF) nümayəndələri iştirak ediblər. Tədbirdə "Turin Prosesi 2018-2020"-nin nəticələri müzakirə olunub. Həmçinin, milli hesabatlar və ETF-nin qiymətləndirmə barədə hesabatlarının təqdimatı ilə yanaşı, prosesin nəticələrini təqdim və müzakirə etmək, tövsiyələr əsasında görüləcək tədbirləri müəyyən etmək, Azərbaycanda PTT sektoruna Avropa İttifaqının cari və gələcək yardımlarının ayrılması seminarın prioritet mövzularından olub. Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək qeyd edilən mövzular ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, Avropa İttifaqının 2014-cü il üzrə İllik Fəaliyyət Proqramında Azərbaycanın təhsil və təlim sektorunun inkişafına dəstək məqsədilə maliyyə yardımı ayrılıb. Yardım çərçivəsində PTT sahəsində islahatların aparılması, Milli Kvalifikasiyalar Çərçivəsi, o cümlədən çoxfunksiyalı təlim mərkəzlərinin müasirləşdirilməsi üçün qrant mexanizminin yaradılması və həyata keçirilməsinə köməklik göstərilməsi nəzərdə tutulub.
29/11/2019 12:47
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Lənkəran rayonu Sütəmurdov kənd tam orta məktəbinin kimya müəllimi Xalidə Qurbanlıya həsr olunub. Xalidə müəllim 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək 53 bal toplayıb. Xalidə Qurbanlı deyir ki, kimya sehrli bir aləmdir. Bu aləmi səyahət etmək, hər bir bağlı qapının açarını tapmaq kimidir. O, kimyanın tədrisi zamanı şagirdlərə həyatda, məişətdə ekoloji problemlərin həllində iştirak etmək bacarığı aşılamağa çalışır. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
29/11/2019 11:14
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı