• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Sağlam qida” sərgisi təşkil olunub

Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı şəhəri 246 nömrəli məktəb-liseydə “Sağlam qida” sərgisi təşkil olunub. Sərgi çərçivəsində “Sağlam təhsil” siniflərinin şagirdlərinin hazırladıqları, sağlam qidanın təbliğini əks etdirən stendlər təqdim olunub. Həmçinin “Sağlam təhsil” üzrə 4-cü sinif şagirdlərinin iştirakı ilə yarış keçirilib. Yarış müddətində komandalar sağlamlığa xeyirli, az kalorili yeməklər hazırlayıblar.  Yeməklər gigiyena normaları,  gözəllik və səliqə, ləziz, kreativ yanaşma meyarlarına görə münsiflər tərəfindən qiymətləndirilib.

Yekunda Bakı şəhəri 246, 83 nömrəli məktəb-liseylər və 322 nömrəli tam orta məktəbin “Sağlam təhsil” siniflərinin şagirdlərindən ibarət komandalar qalib seçilib.

Qeyd edək ki, “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində keçirilən “Sağlam qida” yarışının məqsədi şagirdlər arasında düzgün qida mədəniyyəti, sağlam qida məhsullarının seçimi ilə bağlı maarifləndirmə, sağlam həyat tərzinin və fiziki aktivliyin artırılmasının təbliğidir.


6 il əvvəl