• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı"nın icrasına dair seminar keçirilib

Azərbaycanda təhsil və təlimlə bağlı inkişaf prosesləri- Avropa İttifaqının "Təhsilə Dəstək Proqramı”nın icrası, o cümlədən "Turin prosesi 2018-2020"-nin nəticələrinin təqdim olunması və  təcrübələrin paylaşılmasına dair seminar keçirilib.

Seminarın keçirilməsində əsas məqsəd Peşə Təhsili və Təlimi ( PTT) müəssisələrinin dəyərini təbliğ etmək, qrantların təmini və gələcək tədbirlərlə bağlı məsələlərin müzakirə olunmasıdır.

Seminarda Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və digər dövlət qurumları, PTT məktəbləri, fəaliyyət qrantlarını təmin edən müəssisələr, donorlar, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Avropa Təlim Fondunun (ETF) nümayəndələri iştirak ediblər.

Tədbirdə "Turin Prosesi 2018-2020"-nin nəticələri müzakirə olunub. Həmçinin, milli hesabatlar və ETF-nin qiymətləndirmə barədə hesabatlarının təqdimatı ilə yanaşı, prosesin nəticələrini təqdim və müzakirə etmək, tövsiyələr əsasında görüləcək tədbirləri müəyyən etmək,  Azərbaycanda PTT sektoruna Avropa İttifaqının cari və gələcək yardımlarının ayrılması seminarın prioritet mövzularından olub.

Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək qeyd edilən mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Bildirilib ki,  Avropa İttifaqının  2014-cü il üzrə İllik Fəaliyyət Proqramında Azərbaycanın təhsil və təlim sektorunun inkişafına dəstək məqsədilə maliyyə yardımı ayrılıb. Yardım çərçivəsində PTT sahəsində islahatların aparılması, Milli Kvalifikasiyalar Çərçivəsi, o cümlədən çoxfunksiyalı təlim mərkəzlərinin müasirləşdirilməsi üçün qrant mexanizminin yaradılması və həyata keçirilməsinə köməklik göstərilməsi nəzərdə tutulub.


6 il əvvəl