• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib

Dekabrın 3-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü münasibətilə “Fərqliyik, bərabərik” uşaq festivalı təşkil olunub. Tədbir Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, BMT-nin Uşaq Fondu və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilib. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, əlilliyi olan və olmayan uşaqların birgə fəaliyyətlərinin təbliğinə yönələn festival, eyni zamanda, onların istedad və qabiliyyətlərini üzə çıxarmaq, inklüziv cəmiyyətin yaradılmasında inklüziv təhsilin vacibliyini vurğulamaq məqsədi daşıyır. Tədbirdə əvvəlcə “Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun əlilliyi olan gənclərin həyat hekayələrindən və inklüziv təhsilin əhəmiyyətindən bəhs edən videoçarxı nümayiş etdirilib. İştirakçılar, həmçinin ƏSA teatrının hazırladığı “Bərabərik!” inklüziv səhnəciyi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və “Danceability Azerbaijan” İnklüziv Rəqs Şirkətinin üzvlərinin müxtəlif rəqs nömrələrini izləyiblər. Bununla yanaşı, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin eşitmə və danışma əlilliyi olan uşaqlardan ibarət “Uşaq teatrı” və “Vokal” dərnəyinin üzvləri “Dostluq” mahnısını təqdim ediblər. Festival çərçivəsində, həmçinin İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi, “Bumblebee Play/Preschool” Uşaq İnkişaf Mərkəzi, “Sevimli bala” Elm Mərkəzi, 1 və 3 saylı uşaq-gənclər inkişaf mərkəzləri, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi və Azərbaycan Stolüstü Tennis Federasiyası uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradıb. Eyni zamanda, BMT-nin İnkişaf Proqramının Avropa İttifaqının maliyyə dəstəyi ilə İçərişəhərdə yaratdığı İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi tərəfindən dulusçuluq və vitraj guşəsi təşkil olunub. Festival çərçivəsində əlilliyi olan və olmayan uşaqların iştirakı ilə müxtəlif əyləncəli və maarifləndirici proqramlar, əl işlərindən ibarət sərgi təqdim edilib. Tədbirdə iştirak edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti jurnalistlərə açıqlamalarında əlilliyi olan uşaqların istedadının, potensialının üzə çıxmasında insanların davranışının və dəstəyinin vacib olduğunu deyiblər. Bildiriblər ki, həmin uşaqlara dəstək göstərdikdə, şərait yaratdıqda, onların qayğısına qaldıqda onlar daha böyük işlər görə bilərlər. Festivalda inklüziv cəmiyyətin formalaşması üçün əlilliyi olan uşaqların inklüziv təhsil almasına imkan yaradılmasının və əlil olmayan həmyaşıdları ilə birgə fəaliyyətinin vacibliyi qeyd olunub.   AZƏRTAC  

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır. Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir. Bu çərçivədə Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Bu tədbirlərlə Oğuz rayonu, Bayan kəndində yerləşən Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin “Kapitalbank" ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə A.Nəcməddinovun, baş usta İmdad İsmayılovun, baş mühasib və digər işçilərin xidməti otaqlarında, yardımçı sahələrdə, o cümlədən A.Nəcməddinovun yaşadığı rayonun Kərimli kəndində yerləşən evində məhkəmə qərarı ilə axtarış aparılmış, peşə məktəbinin şagirdlərinə məxsus 39 ədəd plastik kart, şagirdlər tərəfindən təhsil haqqı kimi ödənildiyi bildirilmiş 600 manat pul və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür. İstintaq zamanı toplanmış ilkin sübutlarla Azər Nəcməddinovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutulmuşdur. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş şagirdlərin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Təhsil naziri Kolumbiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Dekabrın 3-də Təhsil naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Luis Antonio Dimate Kardenas ilə görüşüb. Görüş zamanı Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonağa məlumat verib.

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Dekabrın 3-də  Azərbaycan Texniki Universitetində Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planının təqdimatına həsr olunmuş mətbuat konfransı keçirilib. Konfransda İctimai Şuranın rəhbərliyi və üzvləri, təhsil ekspertləri, KİV nümayəndələri iştirak ediblər. Tədbiri Şuranın sədri Şahlar Əsgərov açaraq qurumun yaradılmasının zərurəti ilə bağlı məlumat verib. Bildirilib ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılıb. 11 üzvü olan Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir. Konfransda çıxış edən Şuranın məsul katibi İlqar Orucov Fəaliyyət Planını təqdim edərək media nümayəndələrinin diqqətinə çatdırıb ki, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı” Şura üzvlərinin iştirakı ilə hazırlanıb və geniş müzakirə olunaraq qəbul edilib. Fəaliyyət Planı Şuranın cari tədris ilində icra edəcəyi işləri özündə əks etdirir, beş istiqaməti əhatə edir və sənəddə hər bir istiqamət üzrə planlaşdırılan fəaliyyət növləri müəyyənləşdirilib. Sənəddə eyni zamanda, Təhsil Nazirliyinin və onun qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, nazirliklə ictimaiyyət arasında səmərəli fəaliyyətin təşkili, nazirlik və onun yerli idarəetmə orqanlarının fəaliyyətində aşkarlıq və şəffaflığın təmin olunması, təhsil siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların maraqlarının öyrənilməsi, təhsil subyektlərinin qanuni maraqlarının təmin və müdafiə edilməsi məsələləri, birgə əməkdaşlıq və əlaqələndirmə tədbirləri əksini tapıb. Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

İnklüziv təhsillə bağlı layihələr

Təhsil Nazirliyi ilə UNİCEF-in birgə əməkdaşlığı çərçivəsində 2015-2016-cı tədris ilindən ölkəmizdə “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Layihə hazırda Bakı şəhərində yerləşən 220 nömrəli məktəb-lisey, 138, 252 və 202 nömrəli tam orta məktəblərdə icra olunur. Ümumilikdə 66 sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunub. Ölkəmizdə inklüziv təhsillə bağlı Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi də həyata keçirilir. Layihə Bakı, Şəki, Ağcabədi, Quba, Şamaxı və Cəlilabad bölgələrini əhatə edir. Həmçinin UNİCEF tərəfindən “Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv keyfiyyətli təhsilin genişləndirilməsi” layihəsi icra olunur. Layihə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Təhsil Nazirliyi ilə əməkdaşlıq şəklində həyata keçirilir. Layihənin məqsədi əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində keyfiyyətli inklüziv təhsil alması üçün əlverişli mühitin yaradılması, o cümlədən kadr hazırlığı və əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb olunması üçün cəmiyyətdə müsbət münasibətlərin dəstəklənməsidir. Layihə Bakı, Sumqayıt, Quba, Şəki, Ağcabədi, Gəncə və Qazaxda icra edilir.

Bakıda “Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində” layihəsi çərçivəsində tədbir keçirilib

Dekabrın 3-də "Lider Qadınlar" İctimai Birliyinin “Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində” layihəsi çərçivəsində tədbir keçirilib.              Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, "Lider Qadınlar" İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai və başqaları iştirak ediblər. Tədbirdə çıxış edən Məlahət İbrahimqızı bildirib ki, 2019-2020-ci illər beynəlxalq ictimaiyyət tərəfindən dünya qadın hərəkatına, xüsusilə qadın hüquqlarına, ana sağlamlığına, qadınlara qarşı ayrı-seçkilik və zorakılığın ləğv olunmasına dair BMT sənədlərinin qəbulu və əlamətdar tarixi tədbirlərin keçirilməsinin yubiley illəridir. Qeyd edib ki, 25 il əvvəl Pekində qəbul olunmuş sənədlərdə 12 strategiya müəyyən olunub. Onlar yoxsulluğun aradan qaldırılması və qaçqın və köçkünlərin sosial problemlərinin həlli xüsusi önəm daşıyır. Ötən dövr ərzində bu iki məsələnin aradan qaldırılması istiqamətində Azərbaycanda ciddi işlər görülüb. Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda qadın hüquqları mövzusunda ümumrespublika inşa müsabiqəsinə start verilir. Onun sözlərinə görə, müsabiqə qadın hüquqları mövzusunda respublika üzrə tam orta məktəblərin 10 və 11-ci sinifləri arasında keçiriləcək. İnşa-yazı müsabiqəsinin dekabrın 7-də "İnsan hüquqları haqqında" Beynəlxalq Bəyannamənin qəbul olunduğu ərəfədə keçirilməsi planlaşdırılır. Layihənin nəticələrinin təqdimatı 2020-ci ilin mart ayında olacaq. Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən danışıb.  “2019-2020-ci illər qadın hərəkatında, qadın hüquqları ilə bağlı sənədlərin qəbulunda əlamətdar dövrdür. Biz 11 il əvvəl ailə dəyərləri mövzusunda Heydər Əliyev Fondu ilə birgə film festivalı keçirdik və çox uğurlu da alındı. Düşündük ki, qadın haqları mövzusunda məktəblilər arasında inşa müsabiqəsinin təşkil edilməsi bu mövzunu araşdırmaq baxımından məqsədəuyğundur”, - deyə Komitə sədri vurğulayıb. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, qadın problemlərinin araşdırılması, ictimaiyyətə açıqlaması baxımından bu layihə mühüm əhəmiyyət kəsb edir. O əlavə edib ki, son illərdə Azərbaycanda bu istiqamətdə mühüm islahatlar həyata keçirilir. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cəmiyyətin formalaşmasında qadınların rolundan danışıb. O bildirib ki, bu işdə təhsilin, elmin müstəsna yeri var. “İlk dəfə müsəlman şərqində qızlar üçün məktəb məhz Azərbaycanda H.Z.Tağıyevin təşəbbüsü ilə açılıb. Bu gün də Azərbaycan qadınları bütün sahələrdə uğurla təmsil olunurlar. Təhsil gələcəyin təminatıdır. Qızların təhsilli, dünya görüşlü olması gələcəyimizin təminatıdır. Son illərin statistikası göstərir ki, qızların sayı nəinki humanitar, həm də texniki sahələrdə artır. Onlar xaricdə təhsil alırlar. Beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında fəallıq göstərirlər”, - deyə nazir müavini vurğulayıb. Məhəbbət Vəliyeva inşa müsabiqəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, müsabiqədə 30 mindən çox şagirdin iştirakı gözlənilir.   AZƏRTAC

Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimi

Dekabrın 3-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova mərasimi giriş sözü ilə açaraq elmi konfransın əhəmiyyətinə toxunub, bu konfransın doktorant və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq üzrə uğurlarından söz açan Gülçöhrə Məmmədova deyib ki, universitetdə hazırlanan ixtisasların beynəlxalq akkreditasiya alması qarşıya qoyulan məqsədlərdən biridir. Rektor bildirib ki, son 4 ildə universitet memarlıq ixtisası üzrə İngiltərənin beynəlxalq aləmdə tanınan, bu sahə üzrə ən nüfuzlu akkreditasiya təşkilatı olan “RİBA” ilə əməkdaşlıq edilir. Əməkdaşlıq çərçivəsində ali təhsil müəssisəsində memarlıq təhsili yenidən qurulub, yeni metodika tətbiq edilib, aparılan işlərin nəticələrinə əsasən, “RİBA”-nın Akkreditasiya Komissiyası universitetə bu akkreditasiyanın verilməsi barədə müsbət qərar qəbul edib.  Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov konfransın Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunduğunu, Nəsimi poeziyasının Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynadığını xatırladıb. Təhsil naziri "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, eləcə də digər istiqamətlərdə tədbirlər həyata keçiriləcəyini qeyd edib. Nazir daha sonra elmi-pedaqoji kadr hazırlığı ilə əlaqədar bir sıra statistik göstəriciləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ceyhun Bayramov bildirib ki, hazırda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə 2626 nəfər təhsil alır ki, fəlsəfə doktoru proqramları üzrə təhsil alanların 67 faizi, elmlər doktoru proqramları üzrə təhsil alanların isə 51 faizi ali təhsil müəssisələrinin payına düşür. 2018-ci ildə fəlsəfə doktoru proqramlarına 665 nəfər, elmlər doktoru proqramlarına isə 165 nəfər qəbul olub. Eyni ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı isə müvafiq olaraq 605 nəfər və 87 nəfər təşkil edib. Ceyhun Bayramov bildirib ki, cari ildə “Web of Science” indeksli  elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına  görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinciliyini qoruyub saxlayır. Nazir əlavə edib ki, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin bugünkü və gələcək inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. Ceyhun Bayramov çıxışının sonunda elmi nəticələrin təqdim olunması və elmi diskussiyaların aparılması üçün davamlı platforma statusu qazanmış bu konfransın yeni nəsil alimlərin yetişməsinə öz mühüm töhfəsini verməkdə olduğunu diqqətə çatdırıb, həmçinin konfransın işinə uğurlar arzulayıb. Tədbirdə çıxış edən AMEA-nın akademik katibi, müxbir üzvü Əminağa Sadıqov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev konfransın əhəmiyyətindən söz açıb, ölkəmizin ali təhsil müəssisələrinin elmi infrastrukturu və elmi potensialı haqqında fikirlərini bildiriblər. Daha sonra doktorantlar Aytac Əkbərli, Elnur Məmmədli və Sevinc Qocayeva təqdimatlarla çıxış ediblər.                 Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Konfransda iştirak üçün müraciət etmiş 500 doktorant və gənc tədqiqatçının məruzələri 15 bölmə üzrə dinləniləcək. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edir. Konfrans iki gün davam edəcək.

Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

Dekabrın 2-də Təhsil naziri Ceyhun Bayramov “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə “Cisco” şirkətinin vitse-prezidenti Qay Didrix, şirkətin Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sperou, şirkətin regional və Azərbaycan üzrə menecerləri iştirak ediblər. Görüşdə “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsinin quruluşu  çərçivəsində “Cisco” şirkəti ilə yaxından əməkdaşlıq edilib.  Şirkətin təqdim etdiyi həllər vasitəsilə təhsil müəssisələrində İP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb. Hazırda “Cisco” Şəbəkə akademiyalarının Azərbaycanda sayı 13-ə bərabərdir. Onlardan 5-i ali təhsil müəssisələrində, digərləri isə özəl qurumlarda yerləşir. Akademiyalarda İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir. Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Müzakirə nəticəsində “Cisco” təcrübəsinin, innovativ həll və texnologiyalarının təhsil sahəsində tətbiqi üzrə işlərin aparılması nəzərdə tutulub.

TOPs təlimləri Şabran məktəblərində

“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Şabran rayonunun ümumtəhsil məktəblərində təlimlər keçirilib. Təlimlərə Şabran rayonunda fəaliyyət göstərən 47 ümumtəhsil müəssisəsindən 50 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilb. Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə edilib. Qeyd edək ki,  TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilir. Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Səriştəliliyin artırılması üzrə təlimlər

Pilot peşə təhsili mərkəzlərinin müəllim və mühəndis-pedaqoji heyətinin, eləcə də müəssisə daxili təlimçilərin səriştələrinin artırılması, müasir texnika ilə tanışlıq məqsədilə silsilə təlimlər davam edir. Bu istiqamətdə növbəti təlim “Buğda əkini və silosluq, dənlik qarğıdalının istehsal texnologiyası”  mövzusunda xarici ekspert tərəfindən Qax  Peşə Liseyində keçirilib. Təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissə Qax Peşə Liseyində, praktiki hissə isə Qax Aqroparkında (ULU Agro MMC) keçirilib. Həmçinin “Bitkiçilikdə maşın xərclərinin hesablanması və istehsalın iqtisadiyyatı” mövzusunda alman eksperti tərəfindən  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim təşkil olunub. Gəncə Avtomobil Zavodunun İsmayıllı rayonunda yerləşən servis mərkəzinə iştirakçıların səfəri də təşkil olunub. Prosesinin davamlılığının təmin edilməsi məqsədilə iştirakçıların gələcəkdə müvafiq mövzularda sahibkarlara və həssas qruplara təlim keçməsi nəzərdə tutulub. Təlimlərə pilot peşə mərkəzlərinin müəllim və usta heyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Mərkəzi və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, eyni zamanda “AZZA Agro” MMC, “Kazımoğlu KFT” MMC, “Uğur” MMC, “Gilan Dairy Farms” MMC-nin müəssisədaxili təlimçiləri və fərdi fermer təsərrüfatlarının nümayəndələri qatılıblar.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı