SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı
Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirilməyə cari ilin dekabr ayında start veriləcək. Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramını diqqətinizə çatdırırıq.
29/11/2019 10:37
Berlin Humboldt Universiteti və “Hertie” İdarəçilik Məktəbinin birgə təqaüd proqramı
Almaniyanın Berlin Humboldt Universiteti və “Hertie” İdarəçilik Məktəbi 2020-2021-ci tədris ili üzrə birgə təqaüd proqramı elan edir. Doktorantura səviyyəsi üzrə elan olunan təqaüd proqramının müddəti 3 ildir. Təqaüd proqramına sənəd qəbulu 7 yanvar 2020-ci il tarixinə kimi aparılacaq. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
29/11/2019 09:40
Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edib
Noyabrın 28-də Təhsil naziri Ceyhun Bayramov Yevlax Rayon Təhsil Şöbəsində Ağdaş və Yevlax rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət və şikayətlərini diqqətlə dinləyərək, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, dərs saatlarının bölgüsü, işə bərpa olunma, direktorların işə qəbulu, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.
28/11/2019 17:52
2020-2021-ci tədris ili üzrə Çində təqaüd proqramı
Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına sənəd qəbulu 23 dekabr 2019-cu il tarixinə kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2020-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
28/11/2019 15:09
Peşə təmayüllü siniflərə mediatur
Noyabrın 28-də Bakı şəhəri 120 nömrəli tam orta məktəbə mediatur təşkil edilib. Mediaturun məqsədi media nümayəndələrini bu ildən pilot olaraq həyata keçirilən “Peşə təmayüllü siniflər” layihəsi çərçivəsində görülən işlərlə əyani tanış etmək olub. Bildirilib ki, sözügedən məktəbdə 1 peşə təmayüllü sinif təşkil edilib. Sinifdə 24 şagird təhsil alır. Cari tədris ilində təmayül sinfində aqronom və dərzi ixtisasları tədris olunur. Bununla yanaşı, aşpaz ixtisası və təmir-tikinti profili üçün də şərait yaradılıb. Ümumi təhsil müəssisəsinin həyətində şagirdlərin əkinçilik sahəsi üzrə peşə biliklərinə yiyələnməsi üçün əkin sahəsi də ayrılıb. Mediatur iştirakçılarına məlumat verilib ki, Təhsil Nazirliyi tərəfindən 2019-2020–ci tədris ili üzrə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən ümumilikdə 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçimi və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, təhsilalanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. Qeyd edilib ki, hazırda ölkə üzrə 20 ümumtəhsil məktəbində yaradılmış 20 peşə təmayüllü sinifdə ümumilikdə 420 nəfər şagird təhsil alır. Bu siniflərdə tədris Təhsil Nazirliyi tərəfindən təsdiq edilən tədris planı və müvafiq modul spesifikasiyası üzrə təhsilalanların meyil, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilib. Şagirdlərə ümumtəhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə fənlər tədris olunur. Əsas səriştələr fənnində “Peşə etikası və müştərilərə xidmət”, “Estetika və mədəni özünü ifadə”, “Layihə planlaşdırılması”, “Sahibkarlıq” kimi səriştələr tədris olunur. Eyni zamanda layihə profillərində “Kənd təsərrüfatı”, “Xidmət profili” və “Təmir-tikinti” istiqamətində müxtəlif peşələrlə bağlı şagirdlərə məlumatlar verilir. Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər üçün həmçinin sürücülük kurslarının tədrisi planlaşdırılıb. Həmin siniflərdə təhsil almış məzunlara sürücülük vəsiqəsi almaq imkanı yaradılacaq. Müxtəlif layihə profilləri üzrə səriştə və istiqamətlərin tədrisi mütəxəssislər tərəfindən həyata keçirilir və bu məqsədlə ayrı-ayrı ixtisaslar üzrə ümumilikdə 40 nəfər mütəxəssis cəlb edilib. Bu siniflərin yaradıldığı ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarları, o cümlədən mətbəx və iaşə, tikiş, dülgərlik, tikinti-təmir və digər təlimlər üzrə zəruri hesab edilən alətlər, ləvazimatlar və avadanlıqlar ilə təmin edilib.Həmçinin kənd təsərrüfatı istiqamətlərinin tədris olunduğu ümumi təhsil müəssisələrində təsərrüfat sahələri qurulub. Sonda media nümayəndələrini maraqlandıran digər suallar cavablandırılıb.
28/11/2019 14:43
Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edir
Noyabrın 28-də Təhsil naziri Ceyhun Bayramov Yevlax Rayon Təhsil Şöbəsində Ağdaş və Yevlax rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.
28/11/2019 11:26
Böyük Britaniyanın “King’s College London” ali təhsil müəssisəsi təqaüd proqramı elan edir
Böyük Britaniyanın “King’s College London” ali təhsil müəssisəsi 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Magistratura səviyyəsi üzrə elan olunan “The Alexandros Petersen Scholarship” təqaüd proqramının müddəti 1 ildir. Proqramda iştirak etmək istəyənlər üçün 18 dekabr 2019-cu il son müraciət tarixidir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.
28/11/2019 10:07
Azərbaycan Cənubi Qafqazda liderdir
2019-cu ilin noyabrınadək olan məlumata əsasən, “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdə artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir. Belə ki, “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1392 elmi tədqiqat işi qeydə alınıb. Analoji rəqəm Ermənistan üçün 1119, Gürcüstan üçün isə 999 təşkil edir. Qeyd edək ki, 2019-cu ilə dair məlumatlar növbəti ilin ilk yarımili ərzində tamamlanacaq və həmin rəqəmin artacağı gözlənilir. Təhsil Nazirliyi ilə “Clarivate Analytics” (“Thomson Reuters” şirkəti) arasında 22 dekabr 2015-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science”ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib.
28/11/2019 09:30
Təhsil naziri Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşüb
Noyabrın 27-də Təhsil naziri Ceyhun Bayramov Asiya İnkişaf Bankının nümayəndələri ilə görüşüb. Görüşdə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan layihə ilə bağlı məsələlər müzakirə olunub, həmçinin layihənin gələcək inkişaf perspektivlərinə də toxunulub.
27/11/2019 17:36
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı