• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycanda Könüllülərin 2-ci Həmrəylik Forumu keçirilib

Dekabrın 5-də “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Bu çərçivədə ölkədə fəaliyyət göstərən bütün könüllü hərəkatlarının və gənclər təşkilatlarının sərgisi də təşkil olunub. Tədbir Dövlət himninin səsləndirilməsi və Azərbaycanda könüllülük hərəkatının inkişaf mərhələlərini əks etdirən videoçarxın nümayişi ilə başlanıb. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gənclər siyasəti sahəsində, xüsusilə könüllülük hərəkatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyətini diqqətə çatdırıb. Müxtəlif dövlət qurumlarında könüllülər hərəkatının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Dekabrın 1-9-da qeyd edilən könüllülük həftəsi çərçivəsində könüllülərin gördüyü işlərdən danışıb. Forumda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin formalaşmasında və gələcəkdə səmərəli fəaliyyətlə məşğul ola bilmələrində könüllü kimi fəaliyyətlərinin müstəsna rol oynayacağına diqqət çəkib: “Könüllülük gənclərin gələcək fəaliyyətində onlara kömək olacaq keyfiyyətlər formalaşdırır. İlk növbədə, komanda mühitində işləmək və ünsiyyət bacarığını inkişaf etdirir. Dünyada aparılan  tədqiqatlar da göstərib ki, könüllülük fəaliyyəti ilə məşğul olanlar bu iki kompetensiya üzrə yüksək nəticələr göstərir”. Nazir müavini ölkə Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyində çıxışı zamanı təhsilin və gənclərin qarşısına qoyduğu vəzifələri xüsusi vurğulayıb: “Gələcəkdə ehtiyac olacaq ixtisaslara hazır olmaq üçün gənclər bir çox bacarıqlarını inkişaf etdirməlidirlər. Məhz könüllülük fəaliyyəti imkan verəcək ki, gələcəkdə özünüzə layiqli yer tuta biləsiniz”. Könüllülük fəaliyyətinə, gənclər siyasətinə Azərbaycanda çox böyük önəm verildiyini deyən F.Qurbanovun fikrincə, dövlətin diqqəti və qayğısı sayəsində könüllülər bütün sahələrdə, o cümlədən təhsil sahəsində fəal iştirak edirlər. Təhsildə “Bir” Könüllü platformasında uğurla davam edən bu fəaliyyət artıq 23 min tələbəni əhatə edir. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov könüllülük fəaliyyətinin təşkilindən, bu fəaliyyətin genişlənməsindən danışıblar. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai BMT Baş katibinin Beynəlxalq Könüllülər Günü münasibətilə müraciətini oxuyub.  Forum könüllülər təşkilatları və hərəkatlarının təmsilçilərinin “TEDx” formatında çıxışları və il ərzində fəallıq nümayiş etdirən könüllülərin mükafatlandırılması, həmçinin beynəlxalq müsabiqələrdə nailiyyətlər əldə edən istedadlı gənclərin təqdimatında musiqi nömrələri ilə davam etdirilib. Sonda rəsmi qonaqlar və könüllü təşkilatların təmsilçiləri birgə xatirə şəkli çəkdiriblər.   "Azərbaycan müəllimi" qəzeti

Nazir müavini Məhəbbət Vəliyeva Beyləqan rayonunda

Dekabrın 5-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Beyləqan rayonuna səfəri çərçivəsində  təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə 8 nömrəli tam orta məktəbdə olub. Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağında yaradılmış şəraitlə tanış olub və dərs prosesini izləyib. Bildirilib ki, müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Daha sonra nazir müavini Beyləqan rayonu  I Aşıqlı kənd tam orta məktəbinə də baş çəkib. Müəllim və şagirdlərlə söhbət aparılıb, tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyəti diqqətə çatdırılıb. Məktəb rəhbərliyi və müəllimlərlə keçirilən görüşdə məktəbin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb və tövsiyələr verilib. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafı üçün atıla biləcək ən uğurlu addımlar da müzakirə edilib. Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb.

“Həftənin sualı” - psixoloqların diaqnostik qiymətləndirilməsi

“Təhsil” televiziyasının “Həftənin sualı” verilişinin bugünkü buraxılışında məktəb psixoloqlarının diaqnostik qiymətləndirilməsi mövzusu müzakirə edilir. Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadədir. Veriliş nazirliyin saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanır. Mövzuya dair suallarınızı canlı yayım postunun şərhlər bölməsində yaza bilərsiniz.  

“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. Bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb. Əmrə əsasən, “Ədəbiyyat biliciləri” müsabiqəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Qeyd edək ki, "Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyl və maraqlarının gücləndirilməsidir.

Xırdalan şəhərində vətəndaşlar qəbul ediləcək

Abşeron, Zəngilan və Şuşa rayon sakinlərinin nəzərinə!   Təhsil nazirinin müavini Firudin Qurbanov 13 dekabr 2019-cu il tarixində, saat 10:00-da Xırdalan şəhərindəki Abşeron Rayon Mədəniyyət Mərkəzində 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Zəngilan və Şuşa rayon sakinlərini qəbul edəcək. Qəbulda Abşeron rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 5-11 dekabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

SABAH tələbələri “Otello əfsanəsi” tamaşasını təqdim ediblər

Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarının tələbələri Uilyam Şekspirin “Otello” pyesinin motivləri əsasında hazırladıqları “Otello əfsanəsi” tamaşasını təqdim ediblər. Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş edilən tamaşanı Təhsil naziri Ceyhun Bayramov, ADMİU-nun rektoru Ceyran Mahmudova və müxtəlif ali təhsil müəssisələrinin rektorları izləyiblər. Mistik ballada janrında hazırlanmış tamaşanın quruluşçu rejissoru Gümrah Ömərdir. Tamaşada SABAH qruplarında IV kurs aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələr Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya), Gövhər Fidan (Bianka), Elçin Əmirov (Rodriqo), Tural Kərimov (Hersoq) çıxış ediblər. Qeyd edək ki, ADMİU-nun SABAH qrupları Uilyam Şekspirin “Otello” pyesinin motivləri əsasında hazırlanmış “Otello əfsanəsi” tamaşası ilə bu yaxınlarda Rusiyada keçirilən Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun 39-cu Beynəlxalq Tələbə Festivalında iştirak edib. Bolqarıstan, Polşa, Slovakiya, Rusiya Dövlət Teatr Sənəti İnstitutu, S.Gerasimov adına ÜDKİ, Moskva Bədaye Teatrının məktəb-studiyası, Şukin və Şepkin məktəblərinin tələbələrinin sırasında ADMİU-nun SABAH qrupları da öz yerini alıb. Tələbələr festivalda “Dünya klassikasının milli fonda bənzərsiz şərhi” və ”Klassik dünya ədəbiyyatı motivləri əsasında çevik səhnə təcəssümü” diplomları ilə təltif olunub. “Otello əfsanəsi” tamaşası, həmçinin 2019-cu ilin martında Rusiya Teatr Sənəti İnstitutunda keçirilən “QİTİS – ustad dərsi” festivalında “Ən orijinal tamaşa” seçilib. Otello rolunun ifaçısı, SABAH qrupunun tələbəsi Ziya Ağayev isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə mükafata layiq görülüb.

Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil işçiləri ilə görüş

Dekabrın 4-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.  Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər. Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Tədbirdə Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.            Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini təhsil sahəsində həyata keçirilən islahatların uğurlu nəticələrindən, qarşıda həllini gözləyən məsələlərdən danışıb. Məhəbbət Vəliyeva deyib ki, son illər ölkəmizdə müasir standartlara tam cavab verən məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin sosial rifahı yaxşılaşdırılır. Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açaraq təhsil sistemində yeni yanaşma metodlarından və  idarəetmənin təkmilləşdirilməsindən danışıb. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib. Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb. Nazir müavini Məhəbbət Vəliyeva həmçinin Beyləqan şəhəri 1 nömrəli tam orta məktəbdə olub, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub, müəllim-şagird kollektivi ilə görüşüb, dərs prosesini izləyib. 

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi ilə əlaqədar "dəyirmi masa" 

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illik yubileyinə həsr olunmuş “Azərbaycan Respublikasının davamlı inklüziv inkişafı sahəsində dünya liderliyini təmin edən dövlət idarəçiliyi texnologiyaları” mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa" Azərbaycan Milli Elmlər Akademiyası, Xarici İşlər, Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə baş tutub. "Dəyirmi masa"nı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar sahələrdə uğurlu inkişaf nümayiş etdirdiyini bildirib. Rektor bu uğurların kökündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu vurğulayıb. Urxan Ələkbərov deyib ki, Azərbaycan Respublikası 2018-ci ildə bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran ölkədir. O, eyni ildə Davos Dünya İqtisadi Forumunda dünya ölkələrində davamlı inklüziv inkişafla bağlı durumun təhlil olunduğuna diqqət çəkib. Qeyd edib ki, bu təhlil əsasında hazırlanan hesabata görə, Azərbaycan Respublikası inklüziv cəmiyyətin formalaşdırılması və bu prosesin davamlılığının təmin olunması sahəsində əhəmiyyətli dərəcədə uğur qazanıb. Rektor diqqətə çatdırıb ki, nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişaf indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. Azərbaycanın inklüziv inkişaf sahəsində yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da mühüm xidmətləri var. "Dəyirmi masa"da çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, təhsil sahəsində həyata keçirilən islahatlar beynəlxalq miqyasda da öz müsbət nəticələrini verməkdədir. “Qlobal Rəqabətlilik İndeksi 2019” hesabatının nəticələrinə toxunan nazir müavini deyib ki, Azərbaycan təhsilin kəmiyyət və keyfiyyət göstəricilərini ölçən kateqoriyalar üzrə də xeyli irəliləyib. Firudin Qurbanov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə əhəmiyyətli məqamları diqqətə çatdırıb. Nazir müavini deyib ki, Təhsil Nazirliyi Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi və maarifləndirmə işlərinin aparılması istiqamətində UNESCO-nun "Assosiativ məktəblər" şəbəkəsinə qoşulub, ümumtəhsil məktəblərində Dayanıqlı İnkişaf Məqsədlərinin öyrənilməsinə başlayıb, həmin məktəblər “Dünyanın ən böyük dərsi“ aksiyasına qoşulub. UNESCO-nun Baş Qərargahında Bakı Dövlət Universitetinin 100 illiyinin qeyd olunduğunu xatırladan Firudin Qurbanov qeyd edib ki, bu, BDU-nun beynəlxalq səviyyədə tanınması baxımından qürurverici hadisə kimi dəyərləndirilməlidir. Firudin Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirindəki çıxışını xüsusi qeyd edərək bildirib ki, bu gün təhsilin qarşısında duran əsas vəzifələrdən biri yeni  ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasıdır. İnternet informasiyalarından düzgün istifadəyə toxunan nazir müavini deyib ki,Təhsil Nazirliyi tərəfindən gənclər arasında internetdən düzgün istifadə ilə bağlı Tədbirlər Planı hazırlanıb. "Bu istiqamətdə görüləcək işləri elə müəyyənləşdirməliyik ki, gələcəkdə gənclər ölkənin davamlı inkişafını təmin etsinlər". "Dəyirmi masa"da Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycanın inkişafı, bu inkişafın təmin olunmasına yol açan texnologiyalar, dövlətimizin başçısının gerçəkləşdirdiyi islahatlar barədə danışıblar.     AZƏRTAC

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

“Sağlam mühit – sağlam gələcək” layihəsi çərçivəsində Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə keçirilən təlimlər başa çatıb. İqlim dəyişmələri, ekosistem xidmətləri və su-sanitariya-gigiyena mövzuları üzrə bir ay ərzində davam etdirilən təlimlərdə Bakı və Sumqayıt şəhərlərini əhatə edən “Sağlam təhsil – sağlam millət” layihəsinə cəlb olunmuş 170 ibtidai sinif müəllimi iştirak edib. Keçirilmiş təlimlərin qiymətləndirilməsi məqsədilə iştirakçılar təlimdən əvvəl və sonra müvafiq mövzular üzrə hazırlanmış test suallarını cavablandırıblar. Qiymətləndirmə nəticələrinə əsasən, təlimdən əvvəl iştirakçılar tərəfindən verilmiş doğru cavabların təqribi faiz nisbəti 47, təlimin sonunda verilmiş doğru cavabların təqribi faiz nisbəti isə 76 təşkil edib. Qeyd edək ki, layihə 2016-2020-ci illər üçün Azərbaycan hökuməti və UNICEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində keçirilir. Layihənin məqsədi Təhsil  Nazirliyi tərəfindən həyata keçirilən “Sağlam təhsil – sağlam millət” layihəsinə cəlb olunmuş pedaqoji heyət və şagirdlərin dayanıqlı inkişaf məqsədləri üzrə məlumatlılığının artırılması, onlarda ekoloji düşüncə tərzinin formalaşdırılmasıdır. Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması üçün növbəti mərhələlərdə məktəblilər üçün maarifləndirici animasiya filmlərinin hazırlanması, təlimlərdən keçmiş sağlam təhsil sinif müəllimləri tərəfindən “Həyat bilgisi” fənni üzrə  Bakı şəhərində yerləşən 37 məktəbdə “Açıq dərslər”in, sağlam təhsil sinif şagirdlər arasında “Kim? Harada? Necə?” formatında intellektual oyun və valideynlər üçün maarifləndirmə seminarlarının təşkili nəzərdə tutulub.  Layihə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilir.

Təhsil Nazirliyində mətbuat konfransı

Dekabrın 4-də Təhsil Nazirliyində PİSA (Programme for İnternational Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri və beynəlxalq ikili diplom proqramlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında PİSA Proqramı haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, PİSA qiymətləndirilməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir keçirilir. PİSA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. PİSA tədqiqatında 80-dən artıq ölkə iştirak edir.           Bildirilib ki, Azərbaycanı 2018-ci ildə PİSA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 6827 nəfər 15 yaşlı şagird təmsil edib. Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420, oxu üzrə 389, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Daha sonra “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramları barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi əsas hədəflərdəndir. Sözügedən Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunması planlaşdırılır. Beynəlxalq ikili diplom proqramlarının ölkəmizin inkişaf prioritetlərinə uyğun sahələr (kənd təsərrüfatı, tibb, təhsil, informasiya texnologiyaları, mühəndislik və digər) üzrə həyata keçirilməsi nəzərdə tutulur. Mətbuat konfransında həmçinin beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim meyarları media nümayəndələrinin nəzərinə çatdırılıb, proqramın maliyyələşdirilməsi qaydaları barədə məlumat verilib. Sonda media nümayəndələrini maraqlandıran digər suallar cavablandırılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı