• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil işçiləri ilə görüş

Dekabrın 4-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib. 

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar.

Tədbirdə Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

           Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini təhsil sahəsində həyata keçirilən islahatların uğurlu nəticələrindən, qarşıda həllini gözləyən məsələlərdən danışıb. Məhəbbət Vəliyeva deyib ki, son illər ölkəmizdə müasir standartlara tam cavab verən məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin sosial rifahı yaxşılaşdırılır.

Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açaraq təhsil sistemində yeni yanaşma metodlarından və  idarəetmənin təkmilləşdirilməsindən danışıb.

Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.

Nazir müavini Məhəbbət Vəliyeva həmçinin Beyləqan şəhəri 1 nömrəli tam orta məktəbdə olub, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub, müəllim-şagird kollektivi ilə görüşüb, dərs prosesini izləyib. 


6 il əvvəl