• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Məhəbbət Vəliyeva Beyləqan rayonunda

Dekabrın 5-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Beyləqan rayonuna səfəri çərçivəsində  təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə 8 nömrəli tam orta məktəbdə olub.

Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağında yaradılmış şəraitlə tanış olub və dərs prosesini izləyib. Bildirilib ki, müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb.

Daha sonra nazir müavini Beyləqan rayonu  I Aşıqlı kənd tam orta məktəbinə də baş çəkib. Müəllim və şagirdlərlə söhbət aparılıb, tədris prosesində interaktiv təlim metodlarından istifadənin vacibliyi və əhəmiyyəti diqqətə çatdırılıb.

Məktəb rəhbərliyi və müəllimlərlə keçirilən görüşdə məktəbin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb və tövsiyələr verilib. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafı üçün atıla biləcək ən uğurlu addımlar da müzakirə edilib.

Görüşdə iştirakçıların rəyləri dinlənilib, sualları cavablandırılıb.


6 il əvvəl