• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Yeni imtahan modeli: islahatlar, nəticələr və  gözləntilər" mövzusunda konfrans

Dekabrın 18-də Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Yeni imtahan modeli: islahatlar, nəticələr və  gözləntilər" mövzusunda konfrans keçirilib. Konfransda Prezident Adminstrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Təhsil naziri Ceyhun Bayramov, Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, təhsil işçiləri, tanınmış ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc rəhbərlik etdiyi qurum tərəfindən “Tam orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatdakı mühüm məqamları diqqətə çatdırıb. Zahid Oruc bildirib ki, Azərbaycandakı inkişafın yeni mərhələsində təhsil sistemində köklü islahatların aparılması strateji məsələ kimi dövlət siyasətinin daim diqqət mərkəzində qərarlaşıb. Daha sonra çıxış edən Prezident Adminstrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib ki, təhsil sistemi dəyişikliklərə və texnologiyaların inkişafına adaptasiya olmalı, gələcəyin çağırışlarına çevik reaksiya verməlidir. Azərbaycanın təhsil sistemində texnoloji yeniliklərin, innovativ prinsiplərin tətbiqinin, biliklərin qiymətləndirilməsi mexanizmlərinin daha da təkmilləşdirilməsi dinamik xarakter daşıyır. Səadət Yusifova qeyd edib ki, ölkəmizin müasir təhsil sistemi yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi özündə ehtiva edir. Buraxılış və qəbul imtahanlarında yeniliklər də məhz bu konteksdə nəzərdən keçirilməlidir. Daha sonra STM-in Daxili siyasətin təhlili departamentinin müdiri Tahirə Allahyarova ictimai rəy sorğusu əsasında hazırlanmış analitik hesabatı təqdim edib. Tahirə Allahyarova qeyd edib ki, STM-in 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai rəy sorğusu DİM-in regional mərkəzləri əsas götürülməklə, 10 şəhər və rayonu əhatə edərək, genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə yekunlaşıb. Nəticə olaraq, yeni imtahan modelinin cəmiyyət tərəfindən müsbət qarşılandığı müşahidə olunub. Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov yeni imtahan modelinin tətbiqinin təhsilin inkişafı üçün çox vacib amil olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, təhsillə bağlı məsələlərin bu cür müzakirəli təhlili çox əhəmiyyətlidir və faydalı nəticə verir. Ceyhun Bayramov bu gün tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, kreativlik və bir sıra bu kimi kompetensiyalara malik kadrların hazırlanmasının əhəmiyyətini qeyd edib.  Təhsil nazirinin sözlərinə görə, əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxundan Azərbaycanın təhsil sistemində qiymətləndirmələr həyata keçirilərkən istifadə etməkdir. Nazir bildirib ki, imtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil və bu baxımdan yenilik təqdirəlayiqdir. Ceyhun Bayramov deyib ki, yeni imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir. Bu da olduqca vacib istiqamətdir. Nazirin sözlərinə görə,  yeni imtahan modelində fənlərin sayının azaldılması abituriyentlərin imtahanlarda psixoloji baxımdan daha rahat olması üçün əhəmiyyətlidir. Yeni imtahan modelinin tətbiqi ilə bağlı Təhsil Nazirliyinin Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq etdiyini deyən nazir onu da vurğulayıb ki, bu tətbiqin əsas üstünlüyü onun müasir standartlara cavab verməsidir. Konfransda iştirak edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də çıxışında hesabatla bağlı fikirlərini səsləndirib. Məleykə Abbaszadə bu il təhsil islahatlarının bir hissəsinin bitdiyini və dəyişikliklərin müsbət təsirlərinin gözlənilən olduğunu diqqətə çatdırıb. Məleykə Abbaszadə  həmçinin sosial xarakterli araşdırmaların davamlı olmasının labüdlüyünə toxunub.  Konfrans digər natiqlərin çıxışları ilə davam etdirilib.

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Dekabrın 18-də 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunmuş məktəbdənkənar təhsil sahəsində çalışan işçilərin və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən idman-şahmat məktəblərinin 2019-cu ildə yüksək nəticə qazanmış idmançı və məşqçi-müəllimlərinin təltifolunma mərasimi keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsil və idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Nazir müavini bildirib ki, Azərbaycanın dövlət quruculuğunun vacib prioritetlərindən olan sağlam həyat tərzinin təbliği və sağlamlığın möhkəmləndirilməsi, idmanın inkişafı dövlət siyasətinin strateji vəzifələri sırasına daxil olub. Firudin Qurbanovun sözlərinə görə, uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, fiziki inkişafının təmini üçün şəraitin yaradılması, idmanın ayrı-ayrı növləri üzrə idman məktəblərinin fəaliyyətinin səmərəli qurulması Təhsil Nazirliyinin əsas vəzifələrindəndir. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman müəssisələrinin ölkəmizin idman həyatında xüsusi rolunun danılmaz olduğunu deyən nazir müavini bildirib ki, həmin müəssisələr uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, onlar arasında sağlam həyat tərzinin təbliği, idman növləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin hazırlanması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. Nazir müavini çıxışında “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələrinin 2019-cu ildə beynəlxalq yarışlarda qazandığı uğurları xüsusi qeyd edib. Firudin Qurbanov deyib ki, hazırda nazirlik sistemində 76 uşaq-gənclər idman və şahmat məktəbləri fəaliyyət göstərir ki, burada təxminən 60 mindən çox uşaq və gənc idmanın 29 növü ilə məşğul olur. Nazir müavini çıxışının sonunda təltifolunan şəxslərin hər birini təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, idman məktəblərinin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2017-ci ildə 2346 (respublika 1825, beynəlxalq 521 medal), 2018-ci ildə 2535 (respublika 1993, beynəlxalq 542), 2019-cu ildə isə 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıb. Sonda 2019-cu ildə yüksək nəticə qazanmış 60 idmançı və yüksək nəticəli idmançıların hazırlanmasında səmərəli fəaliyyətinə görə  44 məşqçi-müəllim, idman tədbirlərinin təşkilində səmərəli fəaliyyətinə görə  4 məşqçi-müəllim və bədən tərbiyəsi və idmanın təbliğ edilməsində səmərəli fəaliyyətinə görə 6 media işçisi təltif olunub. Təltiflər Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasının rektoru Fuad Hacıyev, olimpiya çempionları Namiq Abdullayev, Elnur Məmmədli və  Zemfira Meftahətdinova tərəfindən təqdim olunub.

“Məktəbimizdə” - fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Abşeron rayonu Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdəndir. Sözügedən təhsil müəssisəsi 2014-cü ildə istifadəyə verilib. Hazırda məktəbdə 1106 şagird təhsil alır. 2018-2019-cu tədris ilində  IX sinif buraxılış imtahanlarında məktəbin şagirdləri yüksək nəticə göstərərək Abşeron rayonu üzrə reytinq cədvəlində 1-ci yeri tutub. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

“Your English Voice” müsabiqəsinə qeydiyyat davam edir

“Your English Voice” ingilis dilli müsabiqəsinə qeydiyyat prosesi davam edir. Təhsil Nazirliyinin tabeliyində olan və Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə qoşulmaq istəyənlər 15 yanvar 2020-ci il tarixinədək www.yourenglishvoice.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı www.sabah.edu.az saytından əldə edə bilərsiniz. Qeyd edək ki, “Your English Voice” müsabiqəsi Təhsil Nazirliyi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai birliyi və “International House Manchester” dil məktəbinin tərəfdaşlığı ilə keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.

Nazir müavini Məhəbbət Vəliyeva Balakən rayonunda

Dekabrın 17-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Balakən rayonuna səfəri çərçivəsində təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Qabaqçöl qəsəbə Şərif kənd tam orta məktəbində olub. Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağında yaradılmış şəraitlə tanış olub və dərs prosesini izləyib. Bildirilib ki, ən müasir tələblər səviyyəsində inşa edilən məktəb keyfiyyətli təhsil üçün lazımi avadanlıqlarla təchiz olunub. Təhsil müəssisəsində ümumilikdə 22 sinif otağı var. Məktəbdə 2 laboratoriya yaradılıb. Kompüterlə təchiz olunmuş İKT zalı, yeməkxana, kitabxana, idman zalı, 80 yerlik akt zalı mövcuddur. Məktəbin ərazisində geniş idman meydançası da inşa olunub. Daha sonra nazir müavini həmin qəsəbədə yerləşən Yeni Şərif kənd tam orta məktəbinə də baş çəkib, müəllim və şagirdlərlə söhbət aparılıb. Məktəb rəhbərliyi və müəllimlərlə keçirilən görüşdə məktəbin fəaliyyətinin, təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb və tövsiyələr verilib. Səfər çərçivəsində nazir müavini Məhəbbət Vəliyeva Balakən rayonu Humanitar və Texniki təmayüllü liseyində  də olub. Liseydə keçirilən görüşdə təhsil nailiyyətlərinin artırılması istiqamətində atıla biləcək addımlar müzakirə edilib, rəylər dinlənilib.

V Respublika fənn müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi

Dekabrın 17-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi barədə danışıb. Emin Əmrullayev deyib ki, əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasıdır. Tədbirdə iştirak edən Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi, onların akademik potensiallarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Aparat rəhbəri şagirdlərimizin əldə etdikləri uğurlardan danışıb və bildirib ki, beynəlxalq yarışma qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məktəbliləri olimpiadalarda iştiraka daha da stimullaşdırır.  Muxtar Məmmədov Təhsil Nazirliyinin həyata keçirdiyi xüsusi siniflər layihəsinə diqqət çəkərək hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinfin fəaliyyət göstərdiyini qeyd edib. Çıxışının sonunda Aparat rəhbəri Muxtar Məmmədov qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Tədbirdə Respublika fənn müsabiqələri ilə bağlı videoçarx nümayiş olunub. Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib. Tədbirdə həmçinin nailiyyətləri ilə seçilən 25 ümumi təhsil müəssisəsinin rəhbərliyi də təltif olunub. Qeyd edək ki, V Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 22 mindən çox, final mərhələsində isə 5 minə yaxın şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 151 nəfər qalib elan olunub. Onlardan 25 nəfər qızıl, 50 nəfər gümüş, 76 nəfər isə bürünc medal qazanıb. 261 nəfər şagirdə isə yüksək nəticə göstərdiklərinə görə həvəsləndirici sertifikat təqdim olunub.

İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub

Dekabrın 17-də Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran Dövlət Universitetində olub. Səfər çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələrlə görüş keçirilib. Görüşdə ali təhsil müəssisələrinə qəbul şərtləri, magistraturaya qəbul imtahanında ediləcək dəyişikliklər, tədris prosesində təcrübəyə daha geniş yer verilməsinin vacibliyi, universitetlərdə elmi-tədqiqat işlərinin aparılması və digər məsələlər barədə danışılıb. Həmçinin təhsil mühitinin sağlamlaşdırılması, obyektivlik və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib. Bildirilib ki, səslənən fikir və təkliflər Təhsil Nazirliyinə təqdim ediləcək. Sonra İctimai Şuranın üzvləri tərəfindən universitetin kitabxanasına kitablar hədiyyə edilib. Şura üzvləri ali təhsil müəssisəsinin yeni istifadəyə verilmiş 2 tədris korpusu, tələbə yataqxanası, professor-müəllim heyəti üçün inşa edilən mənzillər,  universitetə məxsus sitrus bağı, çay plantasiyası, həmçinin  müasir fənn laboratoriyaları, informatika və linqafon kabinetləri ilə tanış olublar. Sonda xatirə şəkli çəkdirilib.

Qılıncoynatma üzrə açıq birincilik

Azərbaycan Texniki Universitetinin idman sarayında 2006-2009-ci il təvəllüdlü oğlan və qızlar arasında sablya, şpaqa və rapira silah növlərində qılıncoynatma üzrə “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib. Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-məktəblərindən, idman klublarından 29 komanda olmaqla 100-dən artıq idmançı mübarizə aparıb. Azərbaycan Qılıncoynatma Federasiyasının dəstəyi ilə keçirilən birinciliyin qalibləri kubok, medal və diplomlarla təltif edilib. Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupu üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında qılıncoynatma idman növünün təbliğ edilməsi, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.

Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasının medalçıları

Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadasında 4 gümüş və 2 bürünc medal qazanan şagirdlərimiz 100 faiz nəticə göstərərək ölkələrin reytinq siyahısında yuxarı mövqedə qərarlaşıb. 2004-cü ildən etibarən bu olimpiadaya qatılan Azərbaycan şagirdləri tərəfindən ümumilikdə 4 gümüş və 38 bürünc medal qazanılıb. Cari ildə isə şagirdlərimiz uğur əldə etməklə medalların sayını 48-ə çatdırıb. Məlumat üçün qeyd edək ki, Yeniyetmələrin XVI Beynəlxalq Elm Olimpiadası 3-12 dekabr 2019-cu il tarixlərində Qətərin paytaxtı Dohada keçirilib. Builki olimpiadada ölkəmizi təmsil edən 6 şagirdin hər biri qalib olub.

Balakən rayon təhsil işçiləri ilə görüş

Dekabrın 16-da Balakəndə rayon təhsil şöbəsinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Hesabat tədbirində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Balakən Rayon Təhsil Şöbəsinin rəhbərlik və kollektivi, məktəb direktorları iştirak ediblər. Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Tədbirdə Balakən Rayon Təhsil Şöbəsinin müdirinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzəsi dinlənilib. Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabat barədə fikrini bildirib. Nazir müavini buraxılış imtahanlarının nəticələrinə əsaslanaraq Balakən rayonunun yerləşdiyi mövqeni müzakirə edib. Məhəbbət Vəliyeva çıxışında təhsilin inkişafı, məktəblərdə təmayül siniflərinin, həmçinin məktəbəhazırlıq qruplarının təşkili məsələlərinə toxunub.  Çıxışının sonunda nazir müavini təhsil işçilərinə uğurlar arzulayıb. Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Balakəndə pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşüb. Görüş zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafı üçün atıla biləcək ən uğurlu addımlar müzakirə edilib. Görüşdə tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb. Məhəbbət Vəliyeva Nizami adına 1 nömrəli şəhər tam orta məktəbə də baş çəkib, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub, dərs prosesini izləyib, müəllim və şagird kollektivi ilə söhbət aparıb.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı