• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İnternat məktəbində yeni il şənliyi

Dekabrın 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər. Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub. İnternat məktəbi ilə tanış olan media nümayəndələrinə məlumat verilib ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi 1962-ci ildən fəaliyyət göstərir. Məktəbdə təhsil alan şagirdlər eşitmə məhdudiyyəti olan uşaqlardır. Hazırda internat məktəbində 210 şagird təhsil alır, onlardan 120 nəfəri müəssisədə gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 39 müəllim və 28 tərbiyəçi məşğul olur. İnternat məktəbində  ümumtəhsil fənlərindən əlavə “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, həmçinin “Mimika və daktioloji iş”  dərsləri 13 loqoped müəllim tərəfindən fərdi şəkildə  tədris olunur. Xüsusi internat məktəbi 2015-ci ilin noyabr ayında əsaslı təmir və tikinti işləri yekunlaşdıqdan sonra şagirdlərin  istifadəsinə verilib. Şagirdlərin peşəyönümlü təlimi üçün tədris emalatxanalarında dərnəklər  (tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik) fəaliyyət göstərir. İnternat məktəbində rəqs, teatr, rəssamlıq kimi dərnəklər də təşkil olunub. Cari tədris ilində  Təhsil Nazirliyi tərəfindən xüsusi internat məktəbinin yataqxana korpusu əsaslı təmir olunaraq müasir tələbələrə cavab verən yeməkxana, istirahət və yataq otaqları ilə təmin olunub.

Peşə təmayüllü siniflərin şagirdləri Lənkəranda təcrübə səfərində

Peşə təmayüllü siniflərin şagirdləri üçün Lənkərana təcrübə səfəri təşkil edilib. Təcrübə səfərində Masallı, Cəlilabad, Şirvan, Sabirabad, Salyan və Biləsuvar üzrə ümumilikdə 6 məktəbdən 74 şagird iştirak edib. Səfərin təşkilində məqsəd şagirdləri potensial iş yerləri ilə tanış etmək, onlara iş prosesini tanıtmaq və ixtisaslarla bağlı real iş mühitini göstərməkdir. Təcrübə Lənkəran Springs Wellness Resort oteldə həyata keçirilib. Şagirdlər otelin müxtəlif departamentlərində təşkil edilən təlimlərdə iştirak edib, iş prosesi ilə yaxından tanış olublar. Qeyd edək ki,  X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd təhsilalanların ümumi orta təhsil bazasında peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, onların peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunaraq əmək bazarına hazırlanmasının təmin edilməsidir. Hazırda peşə təmayüllü siniflərdə ümumilikdə 420 şagird təhsil alır.

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edir

Dekabrın 20-də Təhsil naziri Ceyhun Bayramov Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Qubadlı rayon və Sumqayıt şəhər sakinlərini qəbul edir. Qəbulda Xızı rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.

Diaqnostik qiymətləndirmənin keçirilmə tarixi barədə məlumat şəxsi səhifələrə göndərilib

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edək ki, diaqnostik qiymətləndirmə cari ilin 24-28 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.

Nazir müavini Məhəbbət Vəliyeva Lerikdə məktəb açılışında

Dekabrın 19-da Lerik rayonu Orand kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev, rayon təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək dövlətin diqqət və qayğısı nəticəsində son illərdə təhsilin  infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş əhəmiyyətli işlər barədə ətraflı danışıb. Nazir müavini deyib ki, hər bir şəxs onlar üçün yaradılan bu imkanları yüksək qiymətləndirməli və onlardan maksimum faydalanmalıdır. Məhəbbət Vəliyeva bildirib ki, təhsilin qarşısında duran əsas vəzifələrdən biri milli-mənəvi dəyərlərə bağlı olan, tarixini bilən əsl Azərbaycan vətəndaşını yetişdirməkdir. Nazir müavini uşaqların yaxşı təhsil almasında valideynlərin müstəsna roluna, onların məktəblə sıx əməkdaşlığının əhəmiyyətinə də toxunub. Müasir dövrdə savadlı, bilikli olmağın vacibliyini qeyd edən Məhəbbət Vəliyeva vurğulayıb ki, oğlanlarla yanaşı qızların da təhsilə yiyələnməsinə xüsusi diqqət yetirmək lazımdır. Daha sonra çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova yeni məktəb binasının açılışı münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb. Sonra tədbir iştirakçıları məktəb binasında yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, 180 şagird yerlik məktəb binası 3 mərtəbəli tədris və 1 mərtəbəli idman korpusundan ibarətdir. Tədris binasında 11 sinif otağı, informatika, texnologiya, fizika, kimya, çağırışaqədərki hazırlıq  kabinetləri, kitabxana və oxu zalı, məktəbəhazırlıq qrupu otağı, tibb otağı, bufet və idman zalı da var.  Hazırda məktəbdə 147 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 20 müəllim məşğul olur.  Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün təbii qazla işləyən, müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb. Məktəbin elektrik enerjisi ilə təminatı üçün 100 kva transformator yarım stansiyası quraşdırılaraq generatorla təmin olunub.

Təhsil naziri Oğuz rayonu Padar kənd tam orta məktəbində yaradılan şəraitlə tanış olub

Dekabrın 19-da Təhsil naziri Ceyhun Bayramov Oğuz rayonu Padar kənd tam orta məktəbində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq olub. Əvvəlcə Təhsil naziri Ceyhun Bayramov və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Ümumi təhsil müəssisəsində yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, Oğuz rayonu Padar kənd tam orta məktəbi 1883-ci ildən fəaliyyətə başlayıb. Məktəb 460 şagird yerlikdir, tədris binasında 24 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, texnologiya otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana və oxu zalı, informatika, məktəbəhazırlıq otağı, 72 yerlik yeməkxana, idman zalı yerləşir.  Məktəb binasının istiliklə təmin olunması üçün təbii qazla işləyən müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb. Daha sonra məktəbin müəllim kollektivi ilə görüş keçirilib. Görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan Təhsil naziri Ceyhun Bayramov son illər ölkəmizdə məktəblərin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində əldə olunan uğurlardan danışıb. Təhsil naziri Ceyhun Bayramov məktəbin pedaqoji kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təhsil naziri Şəkidə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Dekabrın 19-da Təhsil naziri Ceyhun Bayramov Şəkiyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb. Şəki şəhəri 11 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri müəllimin hər bir şəxsin formalaşmasında, təhsilin keyfiyyətinin inkişafında mühüm rolundan danışıb. Ceyhun Bayramov son illərdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əmək haqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələrini nəzərə çatdırıb. Müəllim  peşəsinə marağın artdığını vurğulayan nazir bildirib ki, 5 il əvvəl müəllimlərin mərkəzləşdirilmiş işə qəbulu imtahanlarında iştirak üçün 12 000 nəfər qeydiyyatdan keçmişdirsə, cari ildə bu rəqəm 50 000-dək artıb. Ali təhsil müəssisələrinə qəbulda yüksək nəticə göstərənlər arasında hər 4 nəfərdən biri müəllim ixtisasını seçib. Müəllimlərin mühüm peşə keyfiyyətlərindən söz açan Təhsil naziri vurğulayıb ki, yaxşı müəllim təkcə ixtisasını yaxşı bilən deyil, müəllimin şagirdə münasibəti də əsas amildir. O, şagirdlə düzgün münasibət qurmağı bacarmalı, onların formalaşmasında səriştə və peşəkarlıq nümayiş etdirməlidir. Nazir Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın əhəmiyyətli fəaliyyətinə də toxunub, bu qurumun müəllimləri daha məhsuldar və səmərəli işləməyə həvəsləndirdiyini deyib. Çıxışının sonunda Təhsil naziri Ceyhun Bayramov müəllimlərin hər birinə  uğurlar arzulayıb. Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkdirilib.

Təhsil naziri Şəkidə məktəb açılışında

Dekabrın 19-da Şəki şəhəri 11 nömrəli tam orta məktəbin yeni inşa olunan binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova iştirak edib. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, respublikanın qocaman məktəblərindən biri olan 94 yaşlı Şəki şəhəri 11 nömrəli tam orta məktəb 1925-ci ildə istifadəyə verilib. 1955-ci ildən bu günə kimi ümumtəhsil məktəbi kimi fəaliyyət göstərir. Təhsil müəssisəsi 960 şagird yerlikdir. Dördmərtəbəli və beş korpusdan ibarət yeni məktəbdə 38 sinif otağı ilə yanaşı məktəbəhazırlıq qrupu otağı, hər cür avadanlıqlarla təchiz olunmuş fizika, kimya, biologiya, texnologiya, informatika, hərbi hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt zalı, idman zalı və 80 yerlik yeməkxana vardır. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün müasir tələblərə cavab verən qazanxana və nasosxana quraşdırılıb. Hazırda məktəbdə 930 şagird təhsil alır. Məktəbdə təşkil edilən 4 məktəbəhazırlıq qrupunda isə 85 nəfər oxuyur. Şagirdlərin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur. 2018-2019-cu tədris ilində məktəbi bitirən 49 məzundan 38-i ali təhsil müəssisələrinə qəbul olunub,11 nəfəri isə orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirir.

Turizm və kənd təsərrüfatı sahələri üzrə modul dərsliklər

“Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi” ixtisası üzrə kurikulum proqramı hazırlanıb. Kurikulum proqramına uyğun olaraq 6 yeni modul dərslik çap olunub. Təhsil Nazirliyi tərəfindən nəşr hüququ (qrif) verilən modul dərsliklər artıq tələbələrin istifadəsinə təqdim olunub. Yeni məzmunlu, praktik tapşırıqların geniş yer aldığı dərsliklər Almaniya Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə hazırlanıb. Qeyd edək ki, sözügedən təşkilat tərəfindən 2018-ci il ərzində Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində Dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (EDVET) qrant layihəsi çərçivəsində “Turizm təşkilatçısı”, “Mehmanxana inzibatçısı” və “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisasları üzrə kurikulumlar tərtib olunub və 16 modul dərslik hazırlanaraq çap edilib.

Sabirabad, Saatlı və İmişli rayon təhsil işçiləri ilə görüş

Dekabrın 18-də Sabirabad, Saatlı və İmişli rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Sabirabad, Saatlı və İmişli rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Tədbirdə Sabirabad, Saatlı və İmişli rayon təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib. Sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini ötən il təhsil sahəsində həyata keçirilən işlər, qarşıda duran vəzifələr barədə danışıb. Nazir müavini məktəblərin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə toxunub, bu göstəricilərin artırılması istiqamətində işlərin davam etdirilməsini tövsiyə edib. Daha sonra qeyd olunan rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorlarının iştirakı ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva şagirdlərin beynəlxalq müsabiqələrdə əldə etdiyi uğurlardan, məktəblərin ali təhsil müəssisələrinə qəbul göstəricilərindən danışaraq nəticələrin yaxşılaşdığını diqqətə çatdırıb. Nazir müavini dövlətin təhsil sahəsinə olan qayğısının nəticəsi olaraq son illərdə əldə olunan uğurlardan danışıb.  Görüş iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb. Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı