• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə dövlət təltiflərinin təqdimetmə mərasimi

Dekabrın 16-da Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib. Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin ölkədə ali təhsil sisteminin inkişafında, yeni elm və təhsil müəssisələri şəbəkəsinin formalaşmasında əvəzsiz rolundan söz açıb. Ceyhun Bayramov çıxışında universitetin yubileyi ilə bağlı ölkə səviyyəsində və xaricdə silsilə tədbirlər həyata keçirildiyini xüsusi diqqətə çatdırıb.  Nazir bildirib ki, 2019-cu il Azərbaycan təhsil tarixində BDU yubileyi kimi yaddaşlarda qalacaq. Ötən tədris ilinin mühüm məqamları, təhsil nailiyyətlərinə toxunan Ceyhun Bayramov sonda BDU əməkdaşlarını təbrik edib, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra Bakı Dövlət Universitetinin əməkdaşlarına 100 illik münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə fəxri adlar, orden və medallar təqdim olunub.   Dövlət təltiflərinin təqdimetmə mərasimindən fotolar

Lənkəranda  İctimai Şura üzvləri ilə görüş

Dekabrın 16-da Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran Şəhər Təhsil Şöbəsində bir qrup təhsil işçisi ilə görüş keçirib. Görüşdə Lənkəran Şəhər Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi, məktəb direktorları və müəllimlər iştirak ediblər. Görüşdə iştirak edən Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov rəhbərlik etdiyi bölgənin təhsil göstəriciləri, əldə edilən nailiyyətlər və görülən işlərdən danışıb. Daha sonra İctimai Şuranın məsul katibi İlqar Orucov, qurumun üzvləri Nadir İsrafilov və Etibar Əliyev çıxış ediblər. Çıxışlarda Şura ilə sıx əməkdaşlıq, qurumun illik fəaliyyət planı, ümumtəhsil məktəblərinin idarəetmə metodunda tətbiq edilən yeniliklər və təhsil sahəsində həyata keçirilən islahatlardan danışılıb, eləcə də digər məsələlərə toxunulub. Sonda iştirakçıların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb. Bildirilib ki, görüş çərçivəsində müzakirə edilən məsələlər İctimai Şura tərəfindən təklif olaraq Təhsil Nazirliyinə təqdim ediləcək.

Çin və Macarıstanda təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb

2020-2021-ci tədris ili üzrə ÇinMacarıstanda təhsil təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb. Hökümətlərarası Təqaüd Proqramları ( HTP ) çərçivəsində xaricdə təhsil üçün elan edilmiş sənəd qəbulunun son müddəti Çin təqaüd proqramı üzrə 6 yanvar, Macarıstan təqaüd proqramı üzrə isə 15 yanvar 2020-ci il tarixinədək uzadılıb. Eyni zamanda, müsahibə mərhələsinə buraxılmaq üçün tətbiq edilən seçim meyarlarında bəzi dəyişikliklər edilib. Ətraflı məlumatla Çin və Macarıstan elan mətnlərindən tanış ola bilərsiniz.

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Dekabrın 14-də Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.  Aksiya çərçivəsində Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək badam ağacı əkilib. Ağacəkmə aksiyasına “Bir” tələbə-könüllülər də qatılıb. Qeyd edək ki, əkilən badam tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik müəssisələrində yerləşdirilib.

“Study UK Alumni Awards 2019”un qaliblərinin adları açıqlanıb

Britaniya Şurası (British Council) və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi “Study UK Alumni Awards 2019”un qaliblərinin adlarını açıqlayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib. Qaliblər üç nominasiya (Peşəkar nailiyyət; Sahibkarlıq mükafatı; Sosial təsir mükafatı) üzrə iş adamı, sahibkar və ictimai xadim kimi əldə etdikləri mühüm nailiyyətlər, eləcə də Böyük Britaniya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın gücləndirilməsinə verdikləri mühüm töhfələr nəzərə alınmaqla "şort-list"ə düşən 10 namizəd arasından seçilib. Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tədbirdə çıxış edərək deyib ki, “Study UK” məzun mükafatlarının finalçılarını seçmək çox çətin idi. “Azərbaycanda Böyük Britaniyada təhsil almış və əldə etdikləri bilik və bacarıqlardan ölkələrinin inkişafını dəstəkləmək üçün istifadə edən bir çox istedadlı insan var. Onların hamısını alqışlayır və hər birinə böyük uğurlar arzulayıram”, - deyə o qeyd edib. "British Council" təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah çıxışında bildirib ki, bu ilin finalçıları yalnız Britaniya məzunlarının müxtəlifliyinin və onların göstərdikləri səylərin deyil, həm də Birləşmiş Krallığın təhsil sisteminin dünyanı dəyişən gücünün dəlilidir. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, azərbaycanlı tələbələrin dünyanın ən yüksək səviyyəli təhsil müəssisələrində təhsil almaları qürurvericidir. Bu, Böyük Britaniya və Azərbaycan arasında əlaqələrin daha da inkişafına töhfə verir. Bu gün Azərbaycanda təhsilə böyük dövlət qayğısı var. Bu qayğıdan yararlanan gənclərimiz gələcəkdə ölkəmizin daha da inkişafına öz töhfələrini verəcəklər. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə gənclərimizin dünyanın ən qabaqcıl ölkələrinin ali təhsil müəssisələrində təhsil almalarının sevindirici olduğunu deyib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qalibləri təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Bu nüfuzlu beynəlxalq mükafat Britaniyanın ali təhsil imkanlarını və ölkənin bütün dünyadakı məzunlarının nailiyyətlərini qeyd etmək üçün nəzərdə tutulub. Təqdim edildiyi beşinci ildə bu mükafatı əldə etmək üçün 100-dən çox ölkədən olan və Birləşmiş Krallığın 120-dən artıq ali təhsil müəssisəsini təmsil edən 1200-dən çox Britaniya məzununun ərizəsi daxil olub. "Study UK Alumni Awards"un hər kateqoriya üzrə qalibi 3000 funt sterlinq (6700 manat) məbləğində mükafat əldə edəcək. Onlar bu vəsaiti öz seçimləri əsasında peşəkar inkişaf imkanlarına sərf edəcəklər.   AZƏRTAC 

Qubadlı, Şuşa və Zəngilan rayon təhsil işçiləri ilə görüş

Dekabrın 13-də Bakıda yerləşən Şuşa rayonu 1 nömrəli tam orta məktəbdə Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Tədbirdə Qubadlı, Şuşa və Zəngilan rayon təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib. Daha sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini ötən il təhsil sahəsində həyata keçirilən işlər, qarşıda duran vəzifələr barədə danışıb. Məhəbbət Vəliyeva məktəblərdə tədris prosesinə rəhbərlik və nəzarət mexanizminin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Sonra qeyd olunan rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları, eləcə də Bakı, Abşeron və Sumqayıtda fəaliyyət göstərən məcburi köçkün məktəblərinin direktorlarının iştirakı ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin təhlili nəticəsində gəlinən qənaətlər, məktəblərin savadlı kadrlarla təminatının vacibliyi, ümumi təhsil müəssisələrində həyata keçirilən tədbirlərin məqsədyönlü və səmərəli təşkili məsələlərinə toxunub. Çıxışının sonunda Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb. Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib və suallar cavablandırılıb.

Məktəblilərin Bakı şəhər birinciliyi

Respublika Velotrekində “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Bakı şəhərinin məktəb komandaları arasında keçirilən veloidman üzrə yarışlara yekun vurulub. Nəticədə I yerə 308 nömrəli, II yerə 29 nömrəli, III yerə isə  111 nömrəli məktəb komandaları layiq görülüb. Qeyd edək ki, birincilik Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə badminton (IX-X siniflər), veloidman (qızlar, VII-VIII siniflər) və həndbol (VIII-X siniflər) idman növləri üzrə keçirilir. Oktyabr ayından başlanılan yarışların məktəbdaxili mərhələsinə badminton idman növü üzrə 252, həndbol üzrə 233, veloidman üzrə 247 məktəb qatılıb. Ümumilikdə üç idman növü üzrə təşkil olunan yarışlarda 13 mindən artıq məktəbli iştirak edib. Yarışlar Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Məqsəd məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, fiziki tərbiyə müəllimləri ilə idman federasiyaları, idman məktəbləri arasında əməkdaşlığı gücləndirmək, həmçinin olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir.

TOPs təlimləri Qusar məktəblərində

“TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində Qusar rayonunun ümumtəhsil məktəblərində təlimlər keçirilib. Təlimlərə Qusar rayonunda fəaliyyət göstərən 86 ümumtəhsil müəssisəsindən 100 nəfərə yaxın fiziki tərbiyə müəllimi cəlb olunub. Ayrı-ayrı qruplarda TOPs metodologiyası üzrə təşkil olunan praktiki təlimlər zamanı fiziki tərbiyə fənninin məzmunu ilə bağlı müzakirələr aparılıb, müasir təlim üsulları vasitəsilə dərslərin tədrisinin yüksəldilməsi üçün praktiki məşğələlər keçirilib, dərslərin effektli tədris edilməsi üçün TOPs Oyun–metodiki tədris kartlarından istifadə qaydaları müəllimlərə izah edilb. Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəllimlərin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsinin nəticəsi müqayisə edilib. Qeyd edək ki, TOPs layihəsi Təhsil Nazirliyi, “British Council”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilir.  Ümumilikdə cari tədris ilində Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin, Quba, Qusar Şabran, Siyəzən və Xızı rayonlarından 423 məktəb layihəyə cəlb olunub, həmin məktəblərin 700-dən artıq  fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilib. Layihə ümumtəhsil məktəblərində təhsilalanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının inkişaf etdirilməsi, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının, fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Dekabrın 13-də Təhsil nazirinin müavini Firudin Qurbanov Abşeron rayonunda gənc müəllimlərlə görüşüb. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan görüşdə Abşeron, Şuşa və Zəngilan rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən 400-dən çox müəllim iştirak edib. Abşeron Rayon Mədəniyyət Mərkəzində keçirilən görüş zamanı Firudin Qurbanov müasir dövrdə müəllimdən tələb olunan keyfiyyətlər haqqında geniş çıxış edib. Nazir müavini müəllimin yüksək peşəkarlıq və insani keyfiyyətlərə, öyrənməyi öyrədə bilmək bacarığına malik olmasının, həmçinin şagirdlərə qarşı sevgi və hörmətin vacibliyini vurğulayıb.  Firudin Qurbanov qeyd edib ki,  müəllimin əsas vəzifələrindən biri şagirdə informasiyalardan düzgün istifadə etməyi öyrətməkdir. Nazir müavininin sözlərinə görə, müəllim təkcə fənni tədris etməməli, həmçinin şagirdin tənqidi düşüncəsi, təhlil bacarığını müəyyən etməlidir. Bundan əlavə, müəllimlər dərs zamanı şagirdlərin sağlamlığına da önəm verməlidirlər. Nazir müavini Firudin Qurbanov çıxışında təhsil sahəsində əldə edilən nailiyyətlərdən və görülən işlərdən də ətraflı söz açıb. Görüş gənc müəllimlərlə qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.

Nazir müavini Abşeronda vətəndaşları qəbul edib

Dekabrın 13-də Təhsil nazirinin müavini Firudin Qurbanov Xırdalan şəhərindəki Abşeron Rayon Mədəniyyət Mərkəzində Abşeron, Zəngilan və Şuşa rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda Abşeron rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı