SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İctimai Şura üzvləri Lənkəran Dövlət Universitetində olub
Dekabrın 17-də Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Lənkəran Dövlət Universitetində olub.
Səfər çərçivəsində universitetin professor-müəllim heyəti və tələbələrlə görüş keçirilib. Görüşdə ali təhsil müəssisələrinə qəbul şərtləri, magistraturaya qəbul imtahanında ediləcək dəyişikliklər, tədris prosesində təcrübəyə daha geniş yer verilməsinin vacibliyi, universitetlərdə elmi-tədqiqat işlərinin aparılması və digər məsələlər barədə danışılıb. Həmçinin təhsil mühitinin sağlamlaşdırılması, obyektivlik və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib. Bildirilib ki, səslənən fikir və təkliflər Təhsil Nazirliyinə təqdim ediləcək.
Sonra İctimai Şuranın üzvləri tərəfindən universitetin kitabxanasına kitablar hədiyyə edilib.
Şura üzvləri ali təhsil müəssisəsinin yeni istifadəyə verilmiş 2 tədris korpusu, tələbə yataqxanası, professor-müəllim heyəti üçün inşa edilən mənzillər, universitetə məxsus sitrus bağı, çay plantasiyası, həmçinin müasir fənn laboratoriyaları, informatika və linqafon kabinetləri ilə tanış olublar.
Sonda xatirə şəkli çəkdirilib.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl