• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Məhəbbət Vəliyeva Balakən rayonunda

Dekabrın 17-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Balakən rayonuna səfəri çərçivəsində təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Qabaqçöl qəsəbə Şərif kənd tam orta məktəbində olub.

Nazir müavini məktəbin müəllimləri ilə görüşüb, eyni zamanda təhsil ocağında yaradılmış şəraitlə tanış olub və dərs prosesini izləyib. Bildirilib ki, ən müasir tələblər səviyyəsində inşa edilən məktəb keyfiyyətli təhsil üçün lazımi avadanlıqlarla təchiz olunub. Təhsil müəssisəsində ümumilikdə 22 sinif otağı var. Məktəbdə 2 laboratoriya yaradılıb. Kompüterlə təchiz olunmuş İKT zalı, yeməkxana, kitabxana, idman zalı, 80 yerlik akt zalı mövcuddur. Məktəbin ərazisində geniş idman meydançası da inşa olunub.

Daha sonra nazir müavini həmin qəsəbədə yerləşən Yeni Şərif kənd tam orta məktəbinə də baş çəkib, müəllim və şagirdlərlə söhbət aparılıb.

Məktəb rəhbərliyi və müəllimlərlə keçirilən görüşdə məktəbin fəaliyyətinin, təhsilin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqətə çatdırılıb və tövsiyələr verilib.

Səfər çərçivəsində nazir müavini Məhəbbət Vəliyeva Balakən rayonu Humanitar və Texniki təmayüllü liseyində  də olub. Liseydə keçirilən görüşdə təhsil nailiyyətlərinin artırılması istiqamətində atıla biləcək addımlar müzakirə edilib, rəylər dinlənilib.


6 il əvvəl