• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Şəkidə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Dekabrın 19-da Təhsil naziri Ceyhun Bayramov Şəkiyə səfəri çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Şəki şəhəri 11 nömrəli tam orta məktəbin akt zalında baş tutan görüşdə Təhsil naziri müəllimin hər bir şəxsin formalaşmasında, təhsilin keyfiyyətinin inkişafında mühüm rolundan danışıb.

Ceyhun Bayramov son illərdə dövlət başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əmək haqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələrini nəzərə çatdırıb. Müəllim  peşəsinə marağın artdığını vurğulayan nazir bildirib ki, 5 il əvvəl müəllimlərin mərkəzləşdirilmiş işə qəbulu imtahanlarında iştirak üçün 12 000 nəfər qeydiyyatdan keçmişdirsə, cari ildə bu rəqəm 50 000-dək artıb. Ali təhsil müəssisələrinə qəbulda yüksək nəticə göstərənlər arasında hər 4 nəfərdən biri müəllim ixtisasını seçib.

Müəllimlərin mühüm peşə keyfiyyətlərindən söz açan Təhsil naziri vurğulayıb ki, yaxşı müəllim təkcə ixtisasını yaxşı bilən deyil, müəllimin şagirdə münasibəti də əsas amildir. O, şagirdlə düzgün münasibət qurmağı bacarmalı, onların formalaşmasında səriştə və peşəkarlıq nümayiş etdirməlidir.

Nazir Azərbaycan Gənc Müəllimlər Assosiasiyanın əhəmiyyətli fəaliyyətinə də toxunub, bu qurumun müəllimləri daha məhsuldar və səmərəli işləməyə həvəsləndirdiyini deyib.

Çıxışının sonunda Təhsil naziri Ceyhun Bayramov müəllimlərin hər birinə  uğurlar arzulayıb.

Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.


6 il əvvəl