• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sabirabad, Saatlı və İmişli rayon təhsil işçiləri ilə görüş

Dekabrın 18-də Sabirabad, Saatlı və İmişli rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Sabirabad, Saatlı və İmişli rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Tədbirdə Sabirabad, Saatlı və İmişli rayon təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Sonra Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini ötən il təhsil sahəsində həyata keçirilən işlər, qarşıda duran vəzifələr barədə danışıb. Nazir müavini məktəblərin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə toxunub, bu göstəricilərin artırılması istiqamətində işlərin davam etdirilməsini tövsiyə edib.

Daha sonra qeyd olunan rayonların təhsil şöbələrinin əməkdaşları, məktəb direktorlarının iştirakı ilə görüş keçirilib. Görüşdə nazir müavini Məhəbbət Vəliyeva şagirdlərin beynəlxalq müsabiqələrdə əldə etdiyi uğurlardan, məktəblərin ali təhsil müəssisələrinə qəbul göstəricilərindən danışaraq nəticələrin yaxşılaşdığını diqqətə çatdırıb. Nazir müavini dövlətin təhsil sahəsinə olan qayğısının nəticəsi olaraq son illərdə əldə olunan uğurlardan danışıb. 

Görüş iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.

Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.


6 il əvvəl