• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil statistikası - 2019

Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən cari ildə 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.   İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılıb Cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb. Növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur.   165 minədək  uşaq birinci sinfə gedib 2019-2020-ci tədris ili üzrə Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. 2019-2020-ci tədris ilində birinci siniflərə 165 minədək  uşaq qəbul edilib.   31-ci Beynəlxalq İnformatika Olimpiadası keçirilib Ölkəmizdə ilk dəfə 88 ölkə və regiondan olan şagirdlərin iştirak etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI 2019) keçirilib.   117 məktəbdə 162 xüsusi sinif Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif  yaradılıb. Ümumilikdə 4000-ə yaxın şagird bu siniflərdə təhsilini davam etdirir.           Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılıb. Şagirdlərin yerdəyişməsi elektronlaşdırılıb Ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem (www.sy.edu.az) vasitəsilə həyata keçirilib.   Məzunlardan 112-si qızıl medal alıb Bu il ümumi təhsil müəssisələrini bitirən məzunlardan 112 nəfər qızıl, 67 nəfər isə gümüş medalla təltif olunub.   Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib Cari ildə keçirilən Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da əvvəlki illərə nisbətən 5 dəfə çoxdur. Onlardan 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc medal qazanıb.   Beynəlxalq fənn olimpiadalarında qazanılan uğur 2019-cu ildə Azərbaycan məktəbliləri ümumilikdə 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər. Məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib. 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb. Ümumilikdə məktəblilərimiz 5 əsas fənn üzrə keçirilən dünya olimpiadalarının 4-ü  üzrə medal qazanıblar.   322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait 2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin 322 adda 7 717 764 nüsxə  dərslik və metodik vəsait çap edilib. 2019-cu il ərzində dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.    Ehtiyat dərsliklərin tətbiqinə başlanılıb 2019-2020-ci tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.   Azərbaycan Təhsil Şəbəkəsi 3 900-a yaxın təhsil müəssisəsini əhatə edir Cari ildə Azərbaycan Təhsil Şəbəkəsinə 1000-dən çox ümumi təhsil müəssisəsi qoşulub. Ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən Azərbaycan Təhsil Şəbəkəsi hazırda 3 900-ə yaxın təhsil müəssisəsini əhatə edir. Ölkə üzrə şagirdlərin 94 faizi, müəllimlərin isə 90 faizi internetlə təmin olunub.    20 məktəbdə peşə təmayüllü sinif  Ölkə üzrə 20 ümumtəhsil məktəbində 20 peşə təmayüllü sinif yaradılıb. Bu siniflərdə ümumilikdə 420 nəfər şagird təhsil alır.   “Məktəblinin dostu”nun əhatə dairəsi genişləndirilib “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb. Layihə üzrə hazırda 300 əməkdaş çalışır.   STEAM layihəsinin tətbiqinə başlanılıb Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində 6 mindən çox şagirdin cəlb edildiyi STEAM layihəsinin tətbiqinə başlanılıb. Növbəti illərdə 20 mindən artıq şagirdin STEAM layihəsinə cəlb edilməsi, 10 bölgədə isə regional tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur.   “Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilib “Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəb, 700 müəllim və 70 000 şagirdi əhatə edir.   Məktəb tikintisi 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən 50-si modul tipli olmaqla, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb. 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir.   1305 müəllim iş yerini dəyişib           Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron yerləşdirmənin nəticələrinə əsasən, 1305 müəllim iş yerini dəyişib.   Müəllim olmaq istəyənlərin sayı artıb Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artaraq 54 min nəfəri ötüb.   8 mindən çox müəllim işə qəbul olunub 2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub. Onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub. Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.   Müəllimlərin aylıq əməkhaqqı artırılıb Ölkə Prezidentinin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı cari il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər  təşkil edib.   Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradılıb İstedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradılıb.   318 nəfər direktor vəzifəsinə təyin edilib Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələrinə əsasən, ümumilikdə 318 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib.    Elektron portallardan istifadə sayı 5 milyona yaxınlaşıb 2019-cu ildə Təhsil Nazirliyinin www.e-resurs.edu.az, www.e-derslik.edu.az, www.video.edu.az portallarından istifadə sayı 5 milyona yaxınlaşıb.    Ölkə və beynəlxalq miqyaslı yarışlardan 2847 medal Təhsil Nazirliyinin tabeliyində 76 Uşaq-Gənclər İdman-Şahmat Məktəbi fəaliyyət göstərir. 2019-cu ildə bu məktəblərin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıblar.   168 layihə barədə müsbət qərar verilib Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi keçirilib. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihə qalib elan olunub.   Yeni Peşə Təhsil Mərkəzi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən mərkəzə cari tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib. Növbəti tədris ilindən qəbul planının artırılması və qısamüddətli kursların tətbiqi nəticəsində tələbə sayının 1000 nəfərə çatdırılması planlaşdırılır.   Peşə təhsili müəssisələrinə qəbul Cari tədris ilində peşə təhsili müəssisələrinə 14 mindən çox şəxs qəbul olunub.    Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edərək tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyub.   Ali məktəbə qəbul yeni qaydada aparılıb 2019-cu ildə buraxılış imtahanlarının yeni modelinə keçidlə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə Dövlət İmtahan Mərkəzi tərəfindən yeni qaydalar tətbiq olunub, buraxılış imtahanı yeni məzmun və formada 2 mərhələdə təşkil edilib. İlk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılıb.   Təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb, 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulub.   110 mindən artıq tələbənin təqaüdü artırılıb   Ölkə başçısının ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara müvafiq olaraq 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdü 2019-cu il martın 1-dən orta hesabla 20 faiz, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 30 faiz artırılıb.   17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir Hazırda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan 17 120 nəfər məcburi köçkün statusuna malik olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin uşaqları, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.   Dövlət sifarişi yerləri 66 faiz artırılıb Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq     12 300-dən 20 500-ə çatdırılıb. Son 5 il ərzində ali məktəblərə qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub.   500-dən çox bal toplayanlardan 25 faizi müəllimliyi seçib Cari ildə ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanlardan hər 4 nəfərdən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.   46 yeni ixtisas əlavə olunub Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub. Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas əlavə olunub.   2646 tələbənin müraciəti müsbət cavablandırılıb 2019-cu ildə  transfer.edu.az portalı vasitəsilə  ali və orta ixtisas  təhsili müəssisələrindən köçürülmək üçün ümumilikdə 3510 nəfər müraciət edib, onlardan  2646 nəfərin müraciəti müsbət cavablandırılıb.   Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul qaydaları təsdiq olunub Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, 2019-2020-ci ildə subbakalavr təhsilini başa vuran 5000-ə yaxın azərbaycanlı tələbə bu imtiyazdan istifadə edərək təhsillərini davam etdirmək imkanı əldə ediblər. Respublika və beynəlxalq olimpiada, incəsənət və idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olan 100 nəfər istedadlı gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.   90-a yaxın ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə 2019-2020-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 90-a yaxın  ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alır.   259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb Cari tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.   701 SABAH tələbəsi məzun olub 2019-cu ildə 701 SABAH tələbəsi məzun olub. Onlardan 287 nəfər Azərbaycanda, 136 nəfər isə xaricdə magistratura təhsili alır.   Dövlət Proqramının icrası "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına başlanılıb. İlkin mərhələdə proqram çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının təsis olunması ilə bağlı hazırlıq işləri görülməkdədir. Xaricdə doktorantura təhsili üçün prioritet ixtisaslar artıq müəyyən edilib, seçim məqsədilə müvafiq elan verilib.   Azərbaycan regionda birinci yerdədir 2019-cu il üzrə “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir.   Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib.   13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilib Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi təşkil olunub. Sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edib.   Təhsil Nazirliyi yanında İctimai Şura yaradılıb Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədilə İctimai Şura yaradılıb.                     

2019-cu təqvim ili rəqəmlərdə - Azərbaycan Təhsil Şəbəkəsi

2019-cu ildə Azərbaycan Təhsil Şəbəkəsinə 1000-dən çox ümumi təhsil müəssisəsi qoşulub. Ölkənin müxtəlif pillələri üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən Azərbaycan Təhsil Şəbəkəsi hazırda 3900-a yaxın təhsil müəssisəsini əhatə edir. Ölkə üzrə şagirdlərin 94 faizi, müəllimlərin isə 90 faizi internetlə təmin olunub.

Psixoloqların diaqnostik qiymətləndirilməsi başa çatıb

Dekabrın 28-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi başa çatıb. Ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb. Namizədlər arasında Bakı şəhəri 263 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Zeyniyeva 55 bal toplayaraq ən yüksək nəticəni göstərib. Gülşən Zeyniyeva 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində fizika ixtisası üzrə bakalavr, 2000-2001-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya üzrə yenidənhazırlanma təhsili alıb. O, 13 ildir Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə psixoloq olaraq fəaliyyət göstərir.

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Bakı şəhəri 220 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Gülyana Özcana həsr olunub. Gülyana Özcan 2011-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək hazırda pedaqoji fəaliyyətini davam etdirdiyi məktəbdə fiziki tərbiyə fənnini tədris etməyə başlayıb. 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafı sahəsində xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif olunub. 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub. Gülyana Özcan həmçinin 2016-ci ildən “eTwinning Plus” layihəsinin üzvüdür. Layihə çərçivəsində beynəlxalq və milli konfranslarda iştirak edən müəllim "Ənənəvi idman və oyunlar - qeyri-maddi mədəni irsin nümunələri", “Futbol bütün dünyadır" kimi layihələrdə çalışı, “eTwinning Plus” layihələri üzrə keyfiyyət nişanına layiq görülüb. Müəllifi olduğu “Oyunları mübadilə edək” layihəsinə Azərbaycan, Gürcüstan, Hollandiya və digər ölkələrin müəllim və şagirdləri qoşulub. Gülyana Özcan qeyd edir ki, bu cür beynəlxalq layihələrdə iştirak şagirdlərdə fiziki tərbiyə məşğələlərinə marağı artırır. Bu isə öz növbəsində şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafın təmin olunmasına müsbət təsir göstərir. Peşəsinə böyük sevgi ilə yanaşan müəllim şagirdləri ilə birgə idman yarışlarında nailiyyətlər əldə edir.  “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb. Qeyd olunan proqram çərçivəsində sənəd qəbulunun müddəti 25 yanvar 2020-ci il tarixinədək uzadılıb. Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

2019-cu təqvim ili rəqəmlərdə - məktəblilərimizin uğuru

Cari ildə respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib ki, bu da əvvəlki illərə nisbətən 5 dəfə çoxdur. 2019-cu ildə beynəlxalq olimpiadalarda məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib. 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb.

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə elektron qeydiyyat müddəti uzadılıb.  Müsabiqədə iştirak etmək istəyən şagirdlər dekabrın 30-dək  www.sabahinalimleri.edu.az  internet səhifəsində onlayn qeydiyyatdan keçə bilərlər. Bu günədək 358 şagird müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçib. Qeyd edək ki, müsabiqə 11-13 fevral 2020-ci il tarixlərində İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək. Müsabiqənin təşkilində məqsəd yerli ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək də məqsədlər sırasındadır.

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti və mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir. Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri, valideynlər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinə həsr olunmuş sərgi ilə tanış olublar. Sərgiyə baxışdan sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Birinci yerə 31, ikinci yerə 37, üçüncü yerə 47 nəfər layiq görülub, 52 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilib. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Təhsil nazirinin müavini İdris İsayev, Fövqəladə Hallar nazirinin müavini Faiq Tağı-zadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və digər şəxslər təqdim ediblər. Tədbir bədii hissə ilə davam etdirilib. Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin qatıldığı müsabiqəyə sentyabrın 27-dən start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 518 rəsm, 210 plakat, 236 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikasının modeli və 139 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

“Həftənin sualı” – İlin yekunları

“Təhsil TV”-nin “Həftənin sualı” verilişinin budəfəki mövzusu 2019-cu təqvim ilinin təhsil nailiyyətlərinə həsr olunub. Verilişin qonağı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovdur.  

Nazir müavini Məhəbbət Vəliyeva Xızıda məktəb açılışında

Dekabrın 26-da Rafiq İsmayılov adına Xızı şəhəri 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni binanın açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, məktəb kollektivi iştirak ediblər. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir müavini və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. Nazir müavini Məhəbbət Vəliyeva məktəb kollektivi ilə söhbət zamanı bildirib ki, müəllim və şagirdlər onlar üçün yaradılan bu şəraiti dəyərləndirməlidirlər. Nazir müavini qeyd edib ki, şagirdin milli-mənəvi dəyərlər ruhunda tərbiyələndirilməsi hər bir müəllimin vəzifə borcu olmalı və  bu istiqamətdə iş düzgün təşkil edilməlidir. Məhəbbət Vəliyeva təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, müəllim fəaliyyətinin stimullaşdırılması, məktəb tikintisi istiqamətində görülən işlərdən də danışıb. Qeyd edək ki, sözügedən məktəb 420 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət məktəb binasında 17 sinif otağı ilə yanaşı kompüter, məktəbəhazırlıq, tibb, texnologiya  otaqları,   kimya,  fizika və  biologiya laboratoriyaları, çağırışaqədərki  hazırlıq kabineti, 168 yerlik akt zalı, 68 yerlik yeməkxana, idman zalı və kitabxana vardır. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün  müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı