• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Məhəbbət Vəliyeva Xızıda məktəb açılışında

Dekabrın 26-da Rafiq İsmayılov adına Xızı şəhəri 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni binanın açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, məktəb kollektivi iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir müavini və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Nazir müavini Məhəbbət Vəliyeva məktəb kollektivi ilə söhbət zamanı bildirib ki, müəllim və şagirdlər onlar üçün yaradılan bu şəraiti dəyərləndirməlidirlər. Nazir müavini qeyd edib ki, şagirdin milli-mənəvi dəyərlər ruhunda tərbiyələndirilməsi hər bir müəllimin vəzifə borcu olmalı və  bu istiqamətdə iş düzgün təşkil edilməlidir.

Məhəbbət Vəliyeva təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, müəllim fəaliyyətinin stimullaşdırılması, məktəb tikintisi istiqamətində görülən işlərdən də danışıb.

Qeyd edək ki, sözügedən məktəb 420 şagird yerlikdir. 2 mərtəbəli tədris korpusundan ibarət məktəb binasında 17 sinif otağı ilə yanaşı kompüter, məktəbəhazırlıq, tibb, texnologiya  otaqları,   kimya,  fizika və  biologiya laboratoriyaları, çağırışaqədərki  hazırlıq kabineti, 168 yerlik akt zalı, 68 yerlik yeməkxana, idman zalı və kitabxana vardır. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün  müasir tələblərə cavab verən qazanxana və nasosxana tikilib.


6 il əvvəl