• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

20 Yanvara həsr olunmuş xüsusi dərslər

Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir. Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların da keçirilməsi nəzərdə tutulur. Ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində  təhsil işçiləri, şagird və tələbələr şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər Xiyabanını ziyarət edirlər. 

Məktəbimizdə - fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyindəndir. 1986-cı ildən Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəb kimi fəaliyyətə başlayan təhsil müəssisəsinə 1991-ci ildən lisey statusu verilib. Hazırda liseydə 1538 şagird təhsil alır. 2018-2019-cu tədris ilində liseyin məzunları ali təhsil müəssisələrinə qəbul imtahanlarında 100 faiz nəticə göstərib. 48 məzundan 25 nəfəri 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb. Məzunlardan 4 nəfəri Prezident təqaüdünə layiq görülüb. Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə

Təhsil Nazirliyinin SABAH qruplarında 2019-2020-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib.  Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik,  dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən namizədlər yanvarın 15-dək müraciət formasını (https://forms.gle/PKmsbF618C9spByc7) doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çoxu iki fənn üçün müraciət edə bilər.  Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/sabah-qruplarina-2019-2020-ci-tedris-ilinin-yaz-semestrine-muellim-qebulu daxil olaraq əldə edə bilərsiniz.

2019-cu il ərzində Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 227 483 müraciət daxil olub

2019-cu il ərzində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 227 483 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində il ərzində 192 153 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 35 330 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində il ərzində 16 780 sənəd (7 090 ərizə, 9 690 məktub) qəbul olunub və qeydiyyata alınıb. 2019-cu ilin dekabr ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 2011 vətəndaşa xidmət göstərilib. Həmin dövrdə 1286 sənəd (418 ərizə, 868 məktub) qəbul olunub və qeydiyyata alınıb. Telefon Məlumat Mərkəzində isə dekabr ayı ərzində 10180 zəng qəbul edilib. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, şagirdlərin yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi məsələləri əhatə edib.

2019-cu təqvim ili rəqəmlərdə

Müəllimlər STEAM layihəsi üzrə Türkiyədə təlimlərdə

STEAM layihəsi çərçivəsində 25 nəfərlik pedaqoji heyət Türkiyənin İstanbul şəhərində keçirilən təlimlərdə iştirak edib.   Gəncə, Şəki, Zaqatala, Lənkəran, Biləsuvar, Şirvan, Quba və Sumqayıtdan təlimə cəlb olunan müəllimlər İstanbulda yerləşən Baxçaşəhər kollecində  “STEAM təhsili nədir?” , “Mühəndislik və dizayn”,” Autodesk Fusion 360  3D proqramlaşdırma” , “Süni intellekt”, “Machine learning”, “Deep Learning”, “LEGO Ev3”, “Dron və insansız uçan hava aparatlarının proqramlaşdırılması və idarə edilməsi”, “CNC və 3d printerlərdə iş”, “Arduino proqramlaşdırılması və kiçik robotların hazırlanması” modulları üzrə bilik və bacarıqlara yiyələniblər. Təlim çərçivəsində müəllimlər ağır istehsal sənayesində istifadə olunan robotların proqramlaşdırılması və iş prinsipi ilə tanış olublar. Təlimlərdə iştirak edən müəllimlər Baxçaşəhər Universitetinin Müəllimlərin Təkmilləşdirilməsi, Peşəkar İnkişafı və Araşdırma Mərkəzi əsasında yaradılmış “BAUSTEM” mərkəzində seminara da qatılıb, STEAM dərslərində istifadə olunan müasir avadanlıqlarla tanış olub, müxtəlif tapşırıqlar yerinə yetirərək yeni cihazların iş prinsipi və müxtəlif layihələrdə tətbiq üsullarını öyrəniblər. Sonda müəllimlərə sertifikatlar təqdim olunub.

2019-cu il - təhsil fotoyaddaşda

.

Rumıniyada 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı

Rumıniya Xarici İşlər Nazirliyi 2020-2021-ci tədris ili üzrə ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edir. Tədris rumın dilindədir. Tələb olunan sənədlərin siyahısı keçiddən əldə edilə bilər. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 7 fevral 2020-ci il tarixinədək Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Fərmanla “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” təsdiqlənib.       Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub. Sənəddə ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədi ilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb. Göstərilən hədəflərə nail olunması və mövcud tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması üçün ölkəmizin beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə uyğun təşkil olunmuş təhsildə keyfiyyət təminatı sisteminin yaradılması zəruridir. Sadalanan tədbirlərin həyata keçirilməsi Azərbaycanın təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə irəliləməsinə və dövlət büdcəsindən kadr hazırlığı üçün ayrılan vəsaitin səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına xidmət edəcək.

Diaqnostik qiymətləndirilmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib

Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edək ki, 24-28 dekabr tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilib. Ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı