SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Bakı şəhəri 220 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Gülyana Özcana həsr olunub. Gülyana Özcan 2011-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək hazırda pedaqoji fəaliyyətini davam etdirdiyi məktəbdə fiziki tərbiyə fənnini tədris etməyə başlayıb. 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilin inkişafı sahəsində xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif olunub. 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olub.
Gülyana Özcan həmçinin 2016-ci ildən “eTwinning Plus” layihəsinin üzvüdür. Layihə çərçivəsində beynəlxalq və milli konfranslarda iştirak edən müəllim "Ənənəvi idman və oyunlar - qeyri-maddi mədəni irsin nümunələri", “Futbol bütün dünyadır" kimi layihələrdə çalışı, “eTwinning Plus” layihələri üzrə keyfiyyət nişanına layiq görülüb. Müəllifi olduğu “Oyunları mübadilə edək” layihəsinə Azərbaycan, Gürcüstan, Hollandiya və digər ölkələrin müəllim və şagirdləri qoşulub. Gülyana Özcan qeyd edir ki, bu cür beynəlxalq layihələrdə iştirak şagirdlərdə fiziki tərbiyə məşğələlərinə marağı artırır. Bu isə öz növbəsində şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafın təmin olunmasına müsbət təsir göstərir.
Peşəsinə böyük sevgi ilə yanaşan müəllim şagirdləri ilə birgə idman yarışlarında nailiyyətlər əldə edir.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl