• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Firudin Qurbanov Biləsuvarda vətəndaşları qəbul edib

Yanvarın 24-dəTəhsil nazirinin müavini Firudin Qurbanov Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala və Biləsuvar rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.               Qəbulda sözügedən bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, müəllimlərin yerdəyişməsi, dərs saatlarının artırılması, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

“Təməl” – Dövlət hesabına xaricdə doktorantura təhsili 

“Təhsil” televiziyasının “Təməl” verilişinin budəfəki buraxılışında  2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyəşdirilməsi ilə bağlı sənəd qəbulu mövzu ətrafında müzakirə aparılır. Verilişin qonağı Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədlidir.  

Təhsil naziri Salyan məktəbində olub

Təhsil naziri Ceyhun Bayramov Salyan şəhər 2 nömrəli  tam orta məktəbdə olub. Nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb,  eyni zamanda təhsil ocağının ümumi şəraiti, dərs otaqları, idman zalı və yeməkxanası ilə tanış olub. Təhsil naziri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, həmçinin təhsil ocağında aşkar olunan bir sıra nöqsanlarla bağlı tapşırıqlarını verib.

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Laçın rayonu Ə.İsaxanov adına Quşçu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Zəhra Mirzəyevaya həsr olunub. Zəhra Mirzəyeva 2017-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik  qiymətləndirilməsində yüksək nəticə göstərərək 59 bal toplayıb. Elə həmin il  təhsilin inkişafında göstərdiyi xidmətlərinə, eləcə də gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə  Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub. 2006-cı ildən pedaqoji fəaliyyətə başlayan Zəhra müəllim hər bir şagirdin fərqli olduğunu, buna görə də onlara fərdi yanaşmanı öyrənmək üçün daim öz üzərində işlədiyini deyir. Zəhra Mirzəyevanın sözlərinə görə, müəllim və şagird münasibəti qarşılıqlı inkişafın özüdür. Yaxşı müəllim həmçinin şagirdlərinə kollektivlə  işləmək bacarığını, ətrafdakı insanlara qarşı  diqqətli  olmağı, ədalət  prinsipinə  riayət  etməyi   və  ən  əsası  da  öyrənməyi  sevməyi  öyrədir. Zəhra Mirzəyeva deyir ki, müasir təlimin tələb etdiyi kimi müəllimin məqsədi şüurlu şəkildə öyrənən və öyrəndiklərini tətbiq etməyi bacaran şagirdlər yetişdirmək olmalıdır. Müəllim daim axtarışda olduqda nəticələr də yüksək olur. Zəhra Mirzəyeva bildirir ki, yalnız sənətini sevən bir müəllim mükəmməl şagird yetişdirə bilər. Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş

Yanvarın 23-də Təhsil nazirinin müavini Firudin Qurbanov M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüşüb. Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu  bidlirib. Ali təhsil sahəsində əməkdaşlıqdan danışan Firudin Qurbanov qeyd edib ki, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, eləcə də İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir ki, bu təhsil ocaqlarında mindən çox tələbə təhsil alır. Bildirilib ki, Bakı Slavyan və Azərbaycan Dillər universitetlərində rus dilli mərkəzlər, həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Rus İqtisad məktəbi fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı, Azərbaycan - Rusiya Ali Məktəbləri Assosiasiyası da mövcuddur. Azərbaycanlı mütəffəkir və yazıçılarının bir sıra əsərlərinin rus dilinə tərcümə olunduğunu vurğulayan nazir müavini bildirib ki,  eləcə də rus ədəbiyyatı nümunələri, rus mütəfəkkirlərinin əsərləri Azərbaycan dilinə tərcümə olunur. Ötən il Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illiyinin ölkəmizdə qeyd edilməsi barədə qonaqları məlumatlandıran Firudin Qurbanov mütəfəkkirin əsərlərinin rus dilinə tərcümə olunduğunu qeyd edib. Bu işlərin yüksək səviyyədə görüldüyü də vurğulanıb. Təhsil nazirinin müavini Rusiya və Azərbaycan arasında humanitar, mədəni əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb. Nazir müavini müasir texnologiyalar dövründə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin prioritet olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, təhsilin prioritetləri dəyişdikcə kitabxana işi təkmilləşməli və dəyişməlidir. Görüşdə iştirak edən rusiyalı nümayəndələr də Azərbaycanda rus dilinə ayrılan diqqətdən məmnunluqlarını bildirərək kitabxana işinin təkmilləşdirilməsi sahəsində müsbət təcrübənin aparılması zəruriliyi və bu sahədə görülən işlər barədə məlumat veriblər. MDB məkanında bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilib.

“Bir” Tələbə-Könüllü proqramı

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 23 mindən çox üzvü var. “Bir” Tələbə-Könüllü proqramı Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şəki, Masallı, Lənkəran, Şamaxı, Ağdam, Göyçay, Qubada yerləşən 26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edir. Proqram 25 özəl və dövlət qurumu, 20 beynəlxalq və yerli təşkilatla tərəfdaşdır. Hər bir tələbə proqrama qoşulmaq üçün www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək özünə “BİR könüllü” profili yarada bilər. Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı 14 dekabr 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsi üçün yaradılmış uzunmüddətli proqramdır. Yarandığı gündən indiyədək  “Bir” Tələbə-Könüllü proqramı 520-dən çox mühüm dövlət və beynəlxalq tədbirlərdə iştirak edib.

Bərdədə ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi

Yanvarın 23-də Bərdə şəhəri 4 nömrəli tam orta məktəbdə ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov, "British Council"ın ingilis dili və təhsil üzrə meneceri Nərgiz Hüseynova, Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və təhsil işçiləri iştirak ediblər. Açılış mərasimində bildirilib ki, Resurs və Təlim mərkəzləri gənclərin gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üçillik proqramdır. “Resurs və Təlim mərkəzləri" proqramı "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis Dili mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanır. Diqqətə çatdırılıb ki, "British Council" proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlanır, Təhsil Nazirliyi və Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Azərbaycanda hazırda 17 ingilis dili mərkəzi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilində Abşeron, Zaqatala, Tərtər və Beyləqan rayonlarında yerləşən məcburi köçkün məktəblərində yeni Resurs və Təlim Mərkəzi yaradılıb. Azərbaycanın məcburi köçkün icmalarından olan təqribən 17 min 200 gənc üç il ərzində ingilis dili və əsas bacarıqların təlimi proqramından faydalanacaq. Sonra Resurs və Təlim Mərkəzinin müəllimləri dərs nümunəsini nümayiş etdiriblər.

Təhsil naziri Salyanda vətəndaşları qəbul edib

Yanvarın 23-də Təhsil naziri Ceyhun Bayramov Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərini qəbul edib.  Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, həyata keçirilən qəbulda Hacıqabul, Salyan rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının əsaslı təmir və tikintisi, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Təhsil naziri Ceyhun Bayramov: “Yüksəliş” müsabiqəsi istedadlı şəxslərlə işin təşkilində növbəti addımdır”

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir. “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Təhsil naziri Ceyhun Bayramov istedadları ilə fərqlənən şəxslərə dəvət ünvanlayıb: “Yüksəliş” müsabiqəsi dövlətin istedadlı şəxslərlə işin təşkilində növbəti addımı və onların inkişafına yönələn tədbirlərin davamıdır”. Daha ətraflı https://yukselish.az/  

Böyük və kiçik summativ qiymətləndirmə qaydaları - “Həftənin sualı”

 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı