• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüş

Yanvarın 23-də Təhsil nazirinin müavini Firudin Qurbanov M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndələri ilə görüşüb.

Görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu  bidlirib. Ali təhsil sahəsində əməkdaşlıqdan danışan Firudin Qurbanov qeyd edib ki, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, eləcə də İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir ki, bu təhsil ocaqlarında mindən çox tələbə təhsil alır. Bildirilib ki, Bakı Slavyan və Azərbaycan Dillər universitetlərində rus dilli mərkəzlər, həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Rus İqtisad məktəbi fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı, Azərbaycan - Rusiya Ali Məktəbləri Assosiasiyası da mövcuddur.

Azərbaycanlı mütəffəkir və yazıçılarının bir sıra əsərlərinin rus dilinə tərcümə olunduğunu vurğulayan nazir müavini bildirib ki,  eləcə də rus ədəbiyyatı nümunələri, rus mütəfəkkirlərinin əsərləri Azərbaycan dilinə tərcümə olunur. Ötən il Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illiyinin ölkəmizdə qeyd edilməsi barədə qonaqları məlumatlandıran Firudin Qurbanov mütəfəkkirin əsərlərinin rus dilinə tərcümə olunduğunu qeyd edib. Bu işlərin yüksək səviyyədə görüldüyü də vurğulanıb.

Təhsil nazirinin müavini Rusiya və Azərbaycan arasında humanitar, mədəni əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.

Nazir müavini müasir texnologiyalar dövründə gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin prioritet olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, təhsilin prioritetləri dəyişdikcə kitabxana işi təkmilləşməli və dəyişməlidir.

Görüşdə iştirak edən rusiyalı nümayəndələr də Azərbaycanda rus dilinə ayrılan diqqətdən məmnunluqlarını bildirərək kitabxana işinin təkmilləşdirilməsi sahəsində müsbət təcrübənin aparılması zəruriliyi və bu sahədə görülən işlər barədə məlumat veriblər. MDB məkanında bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verilib.


6 il əvvəl